Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2586/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xx xxxx 2020-ci tarixli qətnaməsindən iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xx xxxx 2020-ci tarixli qətnaməsi ilə subroqasiya qaydasında pul tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh1dan iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3001,92 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti və 7 manat notariat xərci olmaqla, cəmi 3038,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. (hakim H.Əhmədov) Qətnamədən iddiaçı «xxxxxxxxxxxx» ASC apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xx xxxx 2020-ci tarixli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 da qətnamədən apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xx xxxx 2020-ci tarixli qətnaməsinin ləğv edilməsini və iddianın ona dair hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: «xxxxxxxxxxxx» ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 2942,01 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, habelə 7 manat notariat xərci olmaqla, cəmi 2979,41 manat pulun Cavabdeh1 tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, «xxxxxxxxxxxx» ASC Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 51-ci maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 cavabdeh qismində hazırkı işə cəlb edilməsini xahiş etmişdir. Sonradan iddiaçı «xxxxxxxxxxxx» ASC iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 2942,01 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, habelə 7 manat notariat xərci olmaqla, cəmi 2979,41 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixində, Bakı şəhəri, Cavadxan küçəsində Cavabdeh1 “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2014-cü il tarixli, 13768 saylı arayışa əsasən ** TG *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS 090” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı “xxxxxxxxxxxx”ASC tərəfindən “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2942,01 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin cavabdehlər bu günə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı «xxxxxxxxxxxx» ASC verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qismən əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2014-cü il tarixli, 13768 saylı arayışına əsasən ** TG *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS 090” markalı avtomobilin sürücüsü Cavabdeh1 bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Qeyd edilən sığorta hadisəsinin törədilməsində Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edən Cavabdeh1 təqsirli olduğundan həm Cavabdeh1 və Cavabdeh2 MMC müştərək məsuliyyət daşımalı və zərər hər iki cavabdeh tərəfindən müştərək qaydada qarşılanmalıdır. Bundan başqa, əmək qanunvericiliyinə uyğun olaraq işçi işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Maddi məsuliyyət işçinin üzərinə o zaman qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin, təqsirkarın əməli müvafiq qanunla ziddiyyət təşkil etsin, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun. İşəgötürən işçisinin təqsiri nəticəsində üçüncü şəxslərə dəymiş zərəri qarşılamalı və daha sonra məhz işəgötürən tərəfindən ödənilən ziyanın məbləği reqres qaydada işçidən tələb olunmalıdır. Həmçinin məhkəmə, “İcbari Sığortalar haqqında” Qanuna əsaslanaraq sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığını qeyd etmişdir. Lakin “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyta nişanlı avtomobil iddiaçı tərəfindən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə deyil, avto kasko sıöorta qaydaları ilə sığortalanmışdır. Mülki iş üzrə Cavabdeh2 MMC mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etdirsəydi, iddiaçı tərəfindən ödənilən sığorta ödənişi nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şirkətindən subroqasiya qaydasında tələb olunacaqdı. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2194/2018 saylı qərardadına əsasən Cavabdeh2 MMC mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, lakin sonda Abşeron Rayon Məhkəməsinin qətnaməsində Cavabdeh2 MMC hissəsində qismən təmin edilmişdir. Göstərilənlərə əsasən qətnamə Cavabdeh2 MMC hissəsində dəyişdirilməli, 2942,01 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, habelə 7 manat notariat xərci olmaqla, cəmi 2979,41 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. İş üzrə Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə tərəfindən əsasız olaraq digər cavabdeh "Cavabdeh2" MMC-yə aid hissədə iddia təmin edilməmişdir. Dəymiş zərəri ödəməli olan "Cavabdeh2" MMC-dir. "Cavabdeh2" MMC-nin avtobuslara nəzarət edən rəhbər şəxsi onu hadisə törədilən zaman idarə etdiyi avtobusu müvəqqəti (bir neçə saatlıq) idarə etməyi xahiş etmiş, yaranacaq bütün məsuliyyətə cavabdeh olduqlarını bildirmişlər. Hətta avtobusu idarə etmək üçün ona yol vərəqəsi belə verməmişlər, lakin hadisə baş verən zaman bütün məsuliyyəti öz üzərlərindən atmışlar. Bundan başqa, dəymiş zərərin əvəzinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə bu zərər 2544 manat müəyyənləşdirilmişdir. Buna baxmayaraq, məhkəmə ekspert tərəfindən 18 faizlik ƏDV faizinin nəzərə alınmadığını göstərərək bu məbləği də ondan tutmuşdur. Bununla da, işə baxan məhkəmə qanunun tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia ona dair hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cəmiyyətin apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdi. Nümayəndə onu da bildirdi ki, Cavabdeh1 şikayəti zərərin "Cavabdeh2" MMC-dən də tutulması hissəsində məqbuldur. Lakin iddia tələbindəki zərərin əvəzi hər iki cavabedehdən müştərək qaydada tutulmalıdır. Cavabdeh1 nümayəndəsi X4 cavabdehin apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, baş vermiş qəza nəticəsində məsuliyyəti təkcə "Cavabdeh2" MMC daşıdığından hazırkı tələbə cavab verməli şəxs də məhz həmin MMC-dir. Digər tərəfdən dəymiş zərərin əvəzinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə bu zərər 2544 manat müəyyənləşdirilmişdir. Buna baxmayaraq, məhkəmə ekspert tərəfindən 18 faizlik ƏDV faizinin nəzərə alınmadığını göstərərək bu məbləği də ondan tutmuşdur. İş üzrə digər cavabdeh "Cavabdeh2" MMCməhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş materiallarında olan ünvan üzrə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh "Cavabdeh2" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, X8 (sığortalı) mülkiyyətində olan 27500 manat dəyərində olan “Subaru Forester” markalı, 2013-ci il buraxılışlı, ban №-si JF1SJ9LC5DG045303 olan, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixinədək olan müddətə bəzi hadisələrdən, o cümlədən yolnəqliyyat hadisələrindən «xxxxxxxxxxxx» ASC-də fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növündə sığortalamışdır. Yenə iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2014cü il tarixli arayışın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə, saat 10:45-də Cavabdeh1 idarə etdiyi Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə X5 idarə etdiyi “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuşdur. Yenə də iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2014-ci il tarixli, CYP 839241 saylı protokoldan və həmin tarixli qərardan görünür ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 Bakı şəhəri, Cavadxan küçəsində avtomaşını idarə edərkən yerdəyişmə zamanı eyni səmtə sağ cərgə ilə düz hərəkət edən “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomaşınla idarə etdiyi avtobus toqquzmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. İşə əlavə edilmiş “xxxxxxxxxxxx” ASC-nin sığorta hadisələrinin tənzimlənməsi Departamenti tərəfindən verilmiş zərərin hesablanması aktından görünür ki, X6 məxsus “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ƏDV 18% daxil olmaqla 3292,01 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli sığorta aktından surətindən görünür ki, xx.xx.2014cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyana görə “xxxxxxxxxxxx” ASC tərəfindən X5 hesabına 2942,01 manat ödənilmişdir. Yenə işdə olan 000168 saylı, xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə 2942,01 manat məbləğ «xxxxxxxxxxxx» ASC tərəfindən X6 ödənilmişdir. İşə əlavə edilmiş «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli, BS-17/1216 saylı pretenziyadan görünür ki, ona vurulmuş zərərin məbləğini 5 (beş) təqvim günü müddətində şirkətə ödənilməsini təklif etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Yenə işə əlavə edilmiş Məhkəmə Ekspertizadsı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31567 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobillərin qiymətləri nəzərə alınaraq 2013-cü il buraxılışlı, “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hisərlərinə köhnəlmə əmsalı tətbiq edilməklə təxminən 2544,00 manat müəyyən edilir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətləriqismən təmin edilməli,Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xx xxxx 2020-ci tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2014-cü il tarixdə, Bakı şəhəri, Cavadxan küçəsində, Cavabdeh1 Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2014-cü il tarixli, 13768 saylı arayışına əsasən ** TG *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS 090” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs olaraq müəyyən edilmiş, onun barəsində xx.xx.2014-ci il tarixli, CYP 839241 saylı inzibati qaydada protokol tərtib edilmişdir. Bundan sonra, dəymiş zərərin məbləği hesablanmış, yol nəqliyyat hadisəsi ilə bağlı “xxxxxxxxxxxx”ASC tərəfindən “Subaru Forester” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2942,01 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda «xxxxxxxxxxxx» məhkəmədə iddia qaldıraraq, 2942,01 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, habelə 7 manat notariat xərci olmaqla, cəmi 2979,41 manat pulun qəza törədilən avtomobili idarə edən Cavabdeh1 və bu avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 MMC-dən müştərək qaydada tutulmasını xahiş etmişdir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxxx» məhkəmədə iddia qaldıraraq, 2942,01 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu, habelə 7 manat notariat xərci olmaqla, cəmi 2979,41 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə isə mübahisəni araşdıraraq öz qətnaməsilə bu iddianı qismən təmin etmiş, Cavabdeh1dan iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3001,92 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti və 7 manat notariat xərci olmaqla, cəmi 3038,92 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən iddiadan kənara çıxmış, subroqasiya qaydasında 2942,01 manat məbləğində pul tələb edildiyi halda, Cavabdeh1 iddiaçının xeyrinə 3001,92 manat pul tutmuş, nəticədə MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, hazırkı tələb Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı qaldırılmış, lakin məhkəmə qətnaməsilə iddia yalnız Cavabdeh1 dair hissədə təmin edilmişdir. Bu nəticəyə gələrkən, məhkəmə Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında iddiaçıya tələb etmək hüququ verilməsinin əsaslarının iddia ərizəsində göstərilmədiyinə və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyinə əsaslanmışdır. Məhkəmə hesab etmşdir ki, Cavabdeh2 MMCnin iş üzrə mülki hüquqi məsuliyyəti sübut olunmadığından tələb ona dair hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də birinci instansiya məhkəməsi prosessual normaları (MPM-nin 81 və 88-ci maddələri) pozmuşdur. Belə ki, işdə olan Bakı şəhər BPİ DYP İdarəsinin xx xxxxxx 2014-cü il tarixli arayışından görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 idarə etdiyi DAEVOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi məhz Cavabdeh2 MMC-dir. AR MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Yenə də həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Eyni Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yol-nəqliyyat hadisəsi törədilərkən Cavabdeh1 Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobili lazımi icazə olmaqla idarə etmiş, hadisəni əmək vəzifələrinin icrası zamanı törətmiş, buna görə də, sürücü tərəfindən vurulmuş ziyana görə MMC onunla birlikdə müştərək qaydada maddi məsuliyyət daşımalıdır. Hazırki iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən doğan hüquq münasibətləri Cavabdeh1 ilə X7 arasında yaranmışdır. X11 sığortalanmış avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “xxxxxxxxxxxx” ASC-yə müraciət etdiyi üçün sığorta şirkəti tərəfindən sığorta ödənişi edilmişdir. Cavabdeh1 tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində sığortalı X6 vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) “xxxxxxxxxxxx” ASC-yə keçmişdir. “Subroqasiya hüququ” sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Eyni Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Dəymiş zərərin məbləğinin müəyyənləçdirilməsi məqsədilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və vurulmuş zərər nəticəsində 2013-cü il buraxılışlı, Subaru-Forester avtomobilinin təmir-bərpa xərci cəmi 2680,80 manat (dəyişilməli hissələrin qiyməti-1750,80 manat+təmir-bərpa işlərinin qiyməti 930 manat) müəyyən edilmişdir. Tədqiqat zamanı dəyişilməli hissələrin qiyməti 1750,80 manat müəyyən edilmiş, bu zaman illik 4 % aşınma nəzərə alınmış və tətbiq edilmiş, dəyişilməli hissələrin qiyməti 1750,80 manat müəyyən edilmişdir. Təmir-bərpa işlərinin qiyməti 930 manat əlavə edilsə, ümumilikdə avtomobilin təmir-bərpa xərci 2544 manat təşkil edir. Lakin işə baxan məhkəmə, ekspert tərəfindən avtomobilin təmir-bərpa xərci kimi müəyyən edilmiş 2544 manatı qəbul etməklə yanaşı, ehtiyat hissələrinə görə əlavə olaraq 457,92 manat ƏDV hesablamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ehtiyat hissələrinə görə əlavə 18 % ƏDV hesablanması barədə məhkəmənin gəldiyi bu nəticə əsassızdır, çünki ekspert dəyişilməli hissələrin qiymətini müəyyən edərkən bütün xərcləri nəzərə almış, son nəticədə bu məbləği 2544 manat müəyyən etmişdir. Beləliklə də, işin faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın məhz bu məbləğdə təmin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti, o cümlədən Cavabdeh1 verdikləri apelyasiya şikayətlərinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bununla belə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətlərdə göstərilən dəlillər iddia tələbinin tam formada təmin edilməsi və ya rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar üzrə yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasəniddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçının ödədiyi 30,40 manat dövlət rüsumu, 7 manat notariat xərci və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməli, Cavabdeh1 apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15 manat məbləğində dövlət rüsumunun 10 manatı “xxxxxxxxxxxx” ASC-dən tutularaq ona verilməli, aparılmış ekspertiza tədqiqatının xərci isə bütün tərəflərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Tərəflərin verdikləri apelyasiya şikayətləri qisməntəmin edilsin. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-15/2020 saylı, xx xxxx 2020-ci tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yensi qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı «xxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə subroqasiya qaydasında 2544 manat, iddia verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 30,40 manat, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu və 7 manat notariat xərci olmaqla, cəmi 2596,80 manat məbləğində pul tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Cavabdeh1 apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15 manat məbləğində dövlət rüsumunun 10 manatı “xxxxxxxxxxxx” ASC-dən tutularaq ona verilsin. Aparılmış ekspertizanın xərci kimi 120 manat pul “xxxxxxxxxxxx” ASC-dən, Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (hesab N:AZ34CTRE********************)ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2586/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2586/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver