Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2605/2022 27.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərə cəlb olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)- 3108/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-3108/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan əsasla iddia ərizəsini geri qaytarması barədə mövqeyi qanunsuz və əsassızdır. İddia ərizəsində cavabdehin ünvanı ünvan 1ri də qeyd olunmuşdur. Cavabdeh faktiki olaraq həmin ünvanda yaşamaqla X1 Şöbəsində qərargah rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı adlanan 81-ci maddəsi Məcəllənin “Ailə üzvlərinin aliment öhdəlikləri” adlanan beşinci bölməsinin on üçüncü fəslinə aiddir. Azərbaycan Respublikası MPM-nın 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Lakin birinci instansiya məhkəməsi bu hallara diqqət yetirməmiş, nəticədə iddia ərizəsini geri qaytarmaqla iddiaçının prosessual hüququnu məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən şikayət ətmin edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2(067)-3108/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-3108/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsi isə iddiaçının seçməsinə görə aidiyyətlə bağlı məsələləri tənzimləyir. Eyni məcəllənin 36.3-cü maddəsində qeyd olunur ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Kollegiya qeyd edir ki, iddiaçı şikayətinin dəlilləri qismində yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına istinad etsə də, hazırkı iddia tələbi mahiyyəti baxımından, həmin normalarda nəzərdə tutulan iddialardan fərqlidir. Belə ki, hazırkı iddia tələbi MPM-in 36.3-cü maddəsində nəzərdə tutulan alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddia ilə əlaqədar olmadığı kimi, qeyd olunan iddia tələbinin məhz Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulan müstəsna hallarla bağlılığına dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarın təsviredici-əsaslandırıcı hissəsində göstərilir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqlidir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Sadalananların yekunu kimi kollegiya qeyd edir ki, iddia ərizəsinin iddiaçının seçiminə görə məhkəməyə müraciət hüququ istisna edildiyindən, iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı isə ünvan 3sinin geri qaytarılması barədə mövqeyi qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd olunan əsasla geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(067)-3108/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2605/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2605/2022
27.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver