Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2640/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4212/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4212/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və X11 qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X6 nəvələri xx.xx.2003-cü il təvəllüdlü X14, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, üç uşağa görə 510 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2004-cü ildə cavabdehlərin qızı X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X14, xx.xx.2004-cü il tarixdə X12 və xx.xx.2007-ci il tarixdə X15 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1646/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X9 ilə aralarındakırəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X14, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 onun yanında qalmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X3 hər ay bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləgində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlərin qızı ona aliment ödəmir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1646/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi bu günədək icra olunmamışdır. Onda olan məlumata görə X1 Respublikasında yaşayır və qətnaməni icra etmir. Dəfələrlə icra şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər nənə və baba kimi öz nəvələrini saxlamalıdırlar, çünki cavabdehlərin qızı ona aliment ödəmir. Belə olan halda, cavabdehlərdən aliment tutulması mümkündür. Övladlarının maddi yardıma ehtiyacı vardır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız hesab edir. Belə ki, o, xx xxxxxx 2004-cü ildə cavabdehlərin qızı X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur, birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X14, xx.xx.2004-cü il tarixdə X12 və xx.xx.2007-ci il tarixdə X15 anadan olmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1646/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə X9 ilə aralarındakı rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2003-cü il təvəllüdlü X14, xx.xx.2004cü il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 onun yanında qalmaları və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 hər ay bir uşaq üçün 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləgində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehlərin qızı ona aliment ödəmir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1646/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi bu günədək icra olunmamışdır. Onda olan məlumata görə X1 Respublikasında yaşayır, ona görə də qətnaməni icra etmir. Dəfələrlə icra şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər nənə və baba kimi öz nəvələrini saxlamalıdırlar. Cavabdehlərin qızı ona aliment ödəmədiyindən cavabdehlərdən aliment tutulması mümkündür. Onun övladlarının maddi yardıma ehtiyacı vardır, çünki övladları öz anasından maddi yardım ala bilmir. Lakin işə baxan məhkəmə qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki,o, 250 manat pensiya, X16 isə 150 manat müavinət alır. Cavabdeh X16məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə X4 nikahlarından xx.xx.2003-cü il tarixdə X14, xx.xx.2004-cü il tarixdə X12 və xx.xx.2007-ci il tarixdə X15 anadan olmuşlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (060)-1646/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2004-cü ildə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2003-cü il təvəllüdlü X14, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 cavabdeh İddiaçı yanında saxlanılması, xx.xx.2003-cü il təvəllüdlü X14, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin iddiaçı X3 tutularaq cavabdeh İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun xx xxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (060)- 1646/2019 saylı icra sənədi üzrə borclu X9 barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Həmin Məcəllənin 93.1 və 93.2-ci maddələrinə əsasən bu Məcəllənin 88-92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinin mənasına görə yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr baba və nənədən aliment almaq hüququna o vaxt malik olurlar ki, öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik olsunlar. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının uşaqlarının saxlanması üçün qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (060)-1646/2019 saylı qətnaməsi vardır, həmin qətnamə icraya yönəldilmiş, borclu X9 barəsində axtarış da elan edilmişdir. Cavabdeh1 məhkəmə iclasında onun 250 manat pensiya, X10 isə 150 manat müavinət aldığını göstərmişdir. Göründüyü kimi, cavabdehlərin nəvələrinin saxlanması üçün zəruri vasaitə malik deyildirlər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə pensiyaçılar üçün yaşayış minimumu 157 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh1 yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən az miqdarda yüksək pensiya,X16 isə aşağı miqdarda müavinət alırlar və onların nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4212/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2640/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2640/2020
08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver