Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2649/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi: X8, Cavabdehin nümayəndəsi: X12, 3-cü şəxsin nümayəndəsi: X9 iştirakları ilə, İddiaçı Heybət qızının Cavabdeh qarşı normadan artıq işə görə əmək haqqının, işdən çıxma müavinətinin və gecikdirmə ilə əlaqədar ödəncin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyev) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı Heybət qızının xeyrinə iki aylıq müavinət qismində 930 (doqquz yüz otuz) manat, normadan artıq işə görə 1646,41 (bir min altı yüz qırx altı manat qırx bir qəpik) manat və gecikdirmə ilə əlaqədar iddia ərizəsinin verildiyi xx.xx.2019-cu il tarixə 24461,32 (iyirmi dörd min dörd yüz altmış bir manat otuz iki qəpik) manat olmaqla, ümumilikdə 27037,73 (iyirmi yeddi min otuz yeddi manat yetmiş üç qəpik) manat pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Heybət qızı Cavabdeh və üçüncü şəxs Neftçilərin Hüquqlarını müdafiə Təşkilatı İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Cavabdehsından onun xeyrinə 930 manat məbləğində iki aylıq müavinətin, 1734.45 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 38 909 manat məbləğində gecikdirmə ilə əlaqədar ödənc, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 43.909 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdən Əmək müqaviləsi bağlamaqla cavabdeh müəssisə olan Sumqayıt şəhər Cavabdeh, Əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün Tərbiyəçi müəllim vəzifəsinə işə qəbul edilmişdir. Sumqayıt şəhər Cavabdehsında əmək münasibətlərində olduğu müddətdə işi ilə əlaqədar peşə xəstəliyinə tutulmuş, əmək qabliyyətini 100 faiz itirməklə 1-ci qrup əlillik dərəcəsi almışdır. Peşə xəstəsi olmaqla, əmək qabliyyətini 100 faiz itirməklə 1-ci qrup əlil olmağını aşağıdakı sənədlər də təsdiq edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il il tarixli Rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri Klinikasının xx xxxxxx 2016-cı il tarixli X10 (Epiqriz), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli “Əmək şəraitinin sanitar-gigiyenik xasiyyətnaməsi”. Onun Sumqayıt şəhər Cavabdehsına qarşı “Əmək xəsarəti (peşə xəstəliyi) ilə əlaqədar aylıq və birdəfəlik ödəncin, gecikdirmə ilə əlaqədar ödəncin və maddi ziyanın tutulması barədə” İddia ərizəsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-14272/2017 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinə əsasən Apellyasiya şikayətim qismən təmin edilmiş, əmək xəsarəti (peşə xəstəliyi) ilə əlaqədar cavabdehdən onun xeyrinə 2016-cı ilin oktyabr ayından başlayaraq hər ay üçün 350 manat məbləğində aylıq ödəncin tutulması barədə qərar qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsində qüvvədə saxlanılmışdır. Əmək münasibətlərində olduğu müddətdə, Sumqayıt şəhər Cavabdehsı tərəfindən eyni zamanda aşağıda göstərilən əmək hüquqları da pozulmuşdur. Belə ki, onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan qaydada “1-ci qrup əlil olma” əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsini 74-cü maddəsinin c) bəndinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə işçi ilə bağlanmış Əmək müqaviləsi ləğv edilir. Bu maddənin Qeyd hissəsinə əsasən: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır. O, da 1-ci qrup əlil olmağı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli Rəyini Sumqayıt şəhər Cavabdehsına təqdim etmiş və əmək qabliyyətini daimi olaraq itirməklə əlaqədar bu əsasla işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsin 77.7-ci maddəsinə əsasən, Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» (əmək qabliyyətini 6 aydan çox olan müddətə itirmə əsası ilə) bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu maddəsini əsas tutaraq Sumqayıt şəhər Cavabdehsından onun xeyrinə 930 manat məbləğində 2 aylıq orta əmək haqqı məbləğində müavinət məhkəmə qaydasında cavabdehdən tutulmaqla ona ödənilməlidir. Əmək münasibətlərində olduğu müddətdə Sumqayıt şəhər Cavabdehsında xx xxxxxxxx 2014-cü ildən olmaqla 15 ay müddətində 1.5 ştatla işləmişdir. Yəni 24 saat əvəzinə 36 saat. Qeyd olunan faktı məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər Cavabdehsının xx xxxxxxxx 2014-cü il tarixli 181 saylı Əmri ilə təsdiq olunur. Hər iş günü üçün normadan artıq 2 saat işləməyinə baxmayaraq ona normadan artıq olan bu saatlar üçün birqat məbləğində əmək haqqı ödənilmişdir. Halbuki, Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215 saylı Qərarına əsasən, Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normaları aşağıdakı kimi müəyyən edilmişdir: ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat. Azərbaycan Respublikası Əmək Məcəlləsin 165-ci maddəsinə əsasən, İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Sumqayıt şəhər Cavabdehsında xx xxxxxxxx 2014-cü ildən olmaqla 15 ay ərzində (2014: sentyabr - 67.82 AZN, oktyabr - 144.90 AZN, noyabr - 116.25 AZN, dekabr - 116.25 AZN, 2015: yanvar - 116.25 AZN, fevral - 116.25 AZN, mart - 116.25 AZN, aprel - 146.10 AZN, may - 116.25 AZN, iyun -116.25 AZN, iyul -116.25 AZN, avqust -116.25 AZN, sentyabr -116.25 AZN, oktyabr -116.25 AZN, noyabr - 96.88 AZN) cəmi 1734.45 manat məbləğində pulu ona ödəməmişdir. Qeyd olunan 1734.45 manat məbləğində pul da cavabdehdən məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar ona ödənilməli olan 930 manat müavinət və 1734.45 manat olmaqla, cəmi 2664.45 manat pul artıq 4 ildən çoxdur ki, ona ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsini əsas tutaraq ödənilməyən 2664.45 manatın bir faizi olan 26.65 manat pula görə, gecikdirilən 1460 günə görə, hər gün üçün 26.65 manat olmaqla, cəmi 38 909 (1460 gün x 26.65 manat = 38 909 manat) manat məbləğində pul cavabdehdən məhkəmə qaydasında tutulmaqla ona ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsini əsas tutaraq dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi, Sumqayıt şəhər Cavabdehsından onun xeyrinə 5000 manat məbləğində pul məhkəmə qaydasında cavabdehdən tutulmaqla ona ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi A.M.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı ilə gimnaziya arasında xx xxxxxxxx 2007-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə xx xxxxxxx 2016-cı il tarixdə xitam verilmişdir. Müqaviləyə xitam verilərkən isə son haqq-hesab edilərək iddiaçıya ödəniş edilmişdir. Həmçinin, iddiaçının 1.5 ştatla işlədiyi vaxtlar üçün də bütün ödəncləri edilmişdir. Məhkəmə cavabdeh kimi gimnaziyanın iştirakını məhkəmədə təmin etməmişdir. Ümumiyyətlə, məhkəmə iddia müddətini tətbiq etməklə iddianı rədd etməli olduğu halda əsassız şəkildə iddianı təmin etmişdir. Belə ki, əmək müqaviləsinə 2016-cı ildə xitam verilməsinə baxmayaraq iddia 2019-cu ildə irəli sürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-90/2020 saylı qətnaməsinin dəyişdirərək, iddiaçının iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi A.S.Kərimova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi R.Ə.Hüseynov apellyasiya şikayətinin dəlillərini qəbul etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi R.Ə.Babayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə 3-ü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya son haqqı hesabının edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi A.M.Əhmədovanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, S.H.Muradova uzun müddət müalicə olunaraq İ (birinci) qrup əlilliyə çıxdığı üçün, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə AR ƏM-in 69cu maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-14272/2017 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Cavabdehsından əmək xəsarəti (peşə xəstəliyi) ilə əlaqədar 2017-ci ilin oktyabr ayının 10-dan başlayaraq hər ay üçün 350 (üç yüz əlli) manat məbləğində aylıq ödəniş və 20 000 (iyirmi min) manat məbləğində birdəfəlik sığorta pulunun tutularaq S.H.Muradovaya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 3177/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-14272/2017 saylı qətnaməsi ləğv olunmuş, iddiaçı S.H.Muradovanın cavabdeh Sumqayıt şəhər Cavabdehsına qarşı əmək xəsarəti ilə əlaqədar aylıq və birdəfəlik ödəncin və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Sumqayıt şəhər Cavabdehsından əmək xəsarəti (peşə xəstəliyi) ilə əlaqədar 2016-cı ilin oktyabr ayının 10-dan başlayaraq hər ay üçün 350 (üç yüz əlli) manat məbləğində aylıq ödənişin tutularaq S.H.Muradovaya ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2836/201 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3177/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 23224 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, S.H.İddiaçı Heybət qızına xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək olan dövrdə Əmək Məcəlləsinin 165.1-ci maddəsinə əsasən hesablanmalı olan əmək haqqının 6585,63 manat təşkil etdiyi müəyyən edilmişdir. S.H.Muradovaya xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək olan müddət ərzində hesablanmış əmək haqqının 4939,32 manat təşkil etdiyi məzərə alınmaqla, qeyd edilən dövrdə S.H.Muradovaya hesablanmalı olan əmək haqqının 1646,41 manat təşkil etdiyi müəyyən edilmişdir. S.H.Muradovaya hesablanmalı olan iki aylıq müavinətin 930,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Gecikdirmə ilə əlaqədar İddiaçı Heybət qızına iddia ərizəsinin verildiyi xx.xx.2019-cu il tarixə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində hesablanmalı olan ödəncin 24.461,32 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi üzrə xx.xx.2014-cü il tarixli, 181 nömrəli əmrdən çıxarışdan görünür ki, 2014-2015-ci il tədris ili üçün məktəbin müəllimlərinin həftəlik dərs yükü aşağıdakı kimi bölünmüşdür: S.H.Muradova – 1,5 ştat. İşə əlavə olan Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi üzrə xx.xx.2015-ci il tarixli, 195 nömrəli əmrlərdən çıxarışdan görünür ki, 2015-2016-cı il tədris ili üçün məktəbin müəllimlərinin həftəlik dərs yükü aşağıdakı kimi bölünmüşdür: S.H.Muradova – 1,5 ştat. İşdə olan Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi üzrə xx.xx.2014-cü il tarixli, 179 nömrəli əmrdən çıxarışdan görünür ki, S.H.Muradovanın ailə vəziyyətinin çətin olduğu nəzərə alınaraq xx.xx.2014-cü il tarixdən dərs ilinin sonunadək əlavə 0,5 tərbiyəçilik ştatı verilmişdir. Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbi üzrə xx.xx.2015-ci il tarixli, 192 nömrəli əmrdən çıxarışa əsasən, S.H.Muradova 2015-2016-cı tədris ilində İV d sinfinə tərbiyəçi təyin edilmişdir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Göstərilən maddənin İİİ hissəsinə müvafiq olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusiya səlahiyyətləri çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusiya əhəmiyyəti qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 2014-cü il 14 noyabr tarixli Qərarı). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh Sumqayıt şəhər Cavabdehsından onun xeyrinə 930 manat məbləğində iki aylıq müavinətin, 1734.45 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 38.909 manat məbləğində gecikdirmə ilə əlaqədar ödəncin, mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pulun tutulması barədə 4 ayrı-ayrı tələbdən ibarət olmaqla iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, S.H.Muradova uzun müddət müalicə olunaraq İ (birinci) qrup əlilliyə çıxdığı üçün, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏM-in 69-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 74-cü maddəsinin c) bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Həmin maddənin Qeydinə görə əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. İş materiallarında olan və qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, iddiaçı S.H.Muradova Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il il tarixli arayışına əsasən İ qrup əlildir. Göründüyü kimi, əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə görə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. Beləliklə, İddiaçı İ qrup əlillik dərəcəsi təyin olunmuş, yəni o, əmək vəzifələrini uzun müddət icra edə bilməməsi səbəbindən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 23224 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, S.H.Muradovaya hesablanmalı olan iki aylıq müavinətin 930,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbinin iddiaçıya 930 manat məbləğində iki aylıq müavinətin ödənilməsi hissəsində təmin edilməsi barədə gətirdiyi dəlili düzgün hesab edir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən Azərbaycan Respublikası CMnin 296 maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edilməsini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi Azərbaycan Respublikası CM-nin maddəsi mülki işlə heç bir əlaqəsi olmamışdır. Bundan əlavə olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Mülki işdə olan sənədlər və protokol da təstiq edir, Sumqayıt şəhər Cavabdehsının direktor müavini və həmin dövrdə direktoru əvəz edir A.Əhmədova məhkəmə işində iştirak etmiş və rəsmi qaydada məhkəmənin vaxtı və yeri barədə rəsmi məlumatlandırılmışlar. Məhkəmə iddia tələbinin normadan artıq işə görə cavabdehdən 1734.45 manat məbləğində əmək haqqının tutulması hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 215 saylı “Təhsil müəssisələrinin pedoqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır). Ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat olmalıdır. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci bəndinə əsasən xüsusi təhsil müəssisəsində və ya bölməsində, eləcə də psixoloji-tibbi-pedaqoloji komissiyalarda çalışan şəxslərin əmək haqlarına 50 faiz əlavə edilir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. İş materiallarından görünür ki, xx.xx.2014-cü ildən iddiaçıya əmək haqqı hesablanan zaman onun ştatdan artıq (0,5 ştat) gördüyü işə görə ikiqat məbləğdə əmək haqqı hesablanmalı olduğu halda birqat məbləğdə əmək haqqı hesablanmış, nəticədə iddiaçıya ödənilməli olan əmək haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 23224 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatı zamanı S.H.Muradovaya xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək olan dövrdə Əmək Məcəlləsinin 165.1-ci maddəsinə əsasən hesablanmalı olan əmək haqqının 6585,63 manat təşkil etdiyi müəyyən edildi. S.H.Muradovaya xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək olan müddət ərzində hesablanmış əmək haqqının 4939,22 manat təşkil etdiyi nəzərə alınmaqla, qeyd edilən dövrdə S.H.Muradovaya hesablanmalı olan əmək haqqının 1646,41 manat təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası normadan artıq işə görə cavabdehdən 1734.45 manat məbləğində əmək haqqının tutulması hissəsində iddia tələbi qismən təmin edilməsi, cavabdehdən normadan artıq işə görə 1646,41 manat pul tutularaq İddiaçı ödənilməsi barədə biringi instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsini 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu müddətdə göstərilən müddətlər üzürlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 6-cı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, baçıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. İddiaçı Sumqayıt şəhər Cavabdehsında peşə xəstəliyi almış 1-ci qrup əlildir. Azərbaycan Respublikası Əmək Məcəlləsini 296-cı maddəsinin 6-cı hissəsi və qeyd hissəsi isə xəstə işçilərin iddia müddətinin buraxılmasını üzürlü hesab edir. Göstərilən əsaslardan da mülki iş üzrə cavabdehin iddia müddətinin ötməsi barədə etirazları əsassızdır. İddia tələbinin ödənilməli əmək haqqının ödənilməməklə gecikdirilməsinə görə cavabdehdən 38 909 manat məbləğində ödəncin tutulması ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeydinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı S.H.Muradovaya ödənilməli olan yuxarıda qeyd edilən məbləğlər cavabdeh tərəfindən vaxtında ödənilməməklə iddiaçının əmək və sosial-təminat hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 23224 saylı ekspert rəyi ilə iddiaçı S.H.Muradovaya iddia ərizəsinin verildiyi xx.xx.2019-cu il tarixə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində hesablanmalı olan ödəncin 24.461,32 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdehsından 24461,32 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın cavabdehdən iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pul tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı cavabdehdən 5.000 manat məbləğində mənəvi ziyan tələb etsə də, iddia ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı, iztirab keçirməsini əsaslandırmamış, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanla bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-90/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2649/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2649/2020
02.12.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver