Məhkəmə qərarları › İş №2(105)-2656/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2656/2020

28.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2656/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X2, cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2348/2019 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” MMC-nin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)- 2348/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı pul tələbinə dair iddia qismən təmin edilib, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin alqı-satqısı barədə xx xxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin alqı-satqısı üzrə dəymiş zərərin əvəzi kimi 2970 manat ilkin ödəniş, ödənilmiş 7956 manat 97 qəpik faiz, həmin mənzilin alınmasına görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş və cavabdehə ödənilmiş 26670 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 25 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37621,97 (otuz yeddi min altı yüz iyirmi bir manat doxsan yeddi qəpik) “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı qaytarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxx” MMC apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)- 2348/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 296/2020 saylı qətnaməsi ilə cavabdeh “xxxxxxxxxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxxxxxxxxx” MMC həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3602/2020 saylı qərarı ilə cavabdeh “xxxxxxxxxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 296/2020 saylı qətnaməsi qismən - 7956,97 manat faiz məbləğinə aid hissədə ləğv edilərək iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, onunla “xxxxxxxxxxx” MMC arasında bağlanmış ABB YM-0220 saylı xx xxx 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinə (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) görə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin təmiri və mebel ilə təchiz olunmuş şəkildə verilməsi şərti ilə satın alınmışdır. Müqavilənin şərtlərinə görə hər kv.metrinə görə 650 manat olmaqla təmirsiz qiyməti 20280 manat müəyyən edilmiş, mənzilin MMC tərəfindən təmir edilməsinə görə mənzilin hər kv.metrinə görə 200 manat və təmirli mənzilin mebel dəsti ilə təchiz olunması üçün 3120 manat məbləğində hesablanaraq müqavilənin ümumi dəyəri 29640 manat müəyyən edilmişdir. Müqavilənin qiymətinin 2970 manatı onun şəxsi vəsaiti hesabına, qalan 26670 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və onun arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən kreditin illik faiz dərəcəsi 10, müddəti 180 ay müəyyən edilmiş, tərəfindən banka 19399 manat məbləğində ödəniş edilmişdir. O, ABB YM-0220 saylı xx xxx 2015-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, “xxxxxxxxxxx” MMC üzərinə düşən öhdəliyi hazırkı vaxta kimi yerinə yetirməmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “xxxxxxxxxxx” MMC ilə onun arasında bağlanmış ABB YM-0220 saylı xx xxx 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) ləğv edilməsi, dəymiş zərərin əvəzi kimi 38100 manat 04 qəpik pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxx” MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə yenidən ərizə təqdim edərək “xxxxxxxxxxx” MMC ilə onun arasında bağlanmış ABB YM-0220 saylı xx xxx 2015-ci il tarixli mənzilin alqısatqısı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) ləğv edilməsi, dəymiş zərərin əvəzi kimi 2970 manat ilkin ödəniş, ödənilmiş 7956 manat 97 qəpik faiz, 11442 manat əsas, cəmi 19399 manat 30 qəpik pulun və bank qarşısında 15227 manat 67 qəpik əsas, 558 manat 36 qəpik faiz olmaqla, cəmi 15786 manat 03 qəpik olmaqla, ümumilikdə 38155 manat 33 qəpik manat pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxx” MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, onunla “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, mənzilin alqı-satqı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) ləğv edilməsi, ödədiyi ilkin ödəniş və kredit məbləğinə görə dəymiş 22369 manat zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxx” MMC-dən alınaraq ona ödənilməsi, dəymiş zərərin əvəzi kimi xx xxxx 2015-ci il tarixli 8-xx-xx-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsi üzrə onun ödəməli olduğu qalıq 12184 manat 23 qəpik kredit məbləğinin “xxxxxxxxxxx” MMC-dən alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh “xxxxxxxxxxx” MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azəbaycan Respublikası Mülki Məcəlləsinin 389,1; 390.1; 421.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 9.1; 14.2; 76; 88; 217; 220.4-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edib təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-296/2020 saylı qətnaməsi qismən - 7956,97 manat faiz məbləğinə aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən faiz məbləğinə dair hissəsində yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2015-ci il tarixli ABB YM-0220 saylı mənzilin alqısatqısı müqaviləsindən müəyyən edilir ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin təmiri və mebel ilə təchiz olunmuş halda İddiaçı təhvil verməyi, İddiaçı tərəfindən isə həmin mənzilin hər kv.metrinə görə 650 manat olmaqla təmirsiz qiyməti 20280 manat müəyyən edilmiş, mənzilin Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir edilməsinə görə mənzilin hər kv.metrinə görə 200 manat və təmirli mənzilin mebel dəsti ilə təchiz olunması üçün 3120 manat məbləğində hesablanaraq müqavilənin ümumi dəyəri 29640 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 2970 manatı İddiaçı şəxsi vəsaiti hesabına, qalan 26670 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2015-ci il tarixli 8-xx-xx-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilə görə İddiaçı 180 ay müddətinə 26670 manat məbləğində kredit verməyi, İddiaçı isə hər ay 286 manat 60 qəpik məbləğində pulu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. xx xxxx 2015-ci il tarixli 8-xx-xx-2015-YS-AAF-RO saylı təminatlı kredit müqaviləsinə əlavədən müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2030-cu il tarixədək həmin müqavilə üzrə hər ay 286 manat 60 qəpik olmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə kredit borcu ödəməlidir. Kredit üzrə ödəniş qrafikindən müəyyən edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2030-cu il tarixədək hər ay 205 manat 08 qəpik olmaqla “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə kredit borcu ödəməlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, İddiaçı qız ilə bank arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin əldə edilməsinə görə 26670 manat məbəğində kredit verilmişdir. Həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixə qədər ödənilmiş faiz məbləğ 7956 manat 97 qəpik, əsas məbləğ 11442 manat 33 qəpik olmaqla, cəmi 19399 manat 30 qəpik təşkil edir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə bank qarşısında 15227 manat 67 qəpik əsas, 558 manat 36 qəpik faiz borcu olmaqla, cəmi 15786 manat 03 qəpik kredit öhdəliyi mövcuddur. İddiaçı “xxxxxxxxxxx” MMC-yə ünvanladığı ərizəsindən müəyyən edilir ki, o, xx xxx 2015ci il tarixli ABB YM-0220 saylı mənzilin alqı-satqısı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) ləğv edilməsi, ödədiyi ilkin ödəniş və kredit məbləğinə görə dəymiş 22369 manat zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi, dəymiş zərərin əvəzi kimi xx xxxx 2015-ci il tarixli 8-xx-xx-2015-YS-AAF- RO saylı təminatlı kredit müqaviləsi üzrə onun ödəməli olduğu qalıq məbləğinin “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. X1 “xxxxxxxxxxx” MMC-yə ünvanladığı ərizəsindən müəyyən edilir ki, o, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin təhvil verilməsinə dair “xxxxxxxxxxx” MMC-ni xəbərdar etmişdir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. (Mülki Məcəllənin 389.1., 390.1.maddələri). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (Mülki Məcəllənin 405.1. maddəsi). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Mülki Məcəllənin 442. maddəsi). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2. maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnamənin mübahiusələndirilən hisəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən banka ödənilmiş 7956,97 manat faiz məbləğinin cavabdehdən tutulması hissəsində hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7- ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şərtlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Odur ki, iddiaçının banka ödədiyi 7956,97 manat faiz məbləğinin onun zərərini təşkil edib etməməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən faiz məbləği cavabdehin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yaranmış zərər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərər dedikdə, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalma nəzərdə tutulur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir. Başqa sözlə, müqavilə öhdəliyinin təqsirli şəkildə pozulması halında iddia olunan zərərlə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında uyğun səbəbli əlaqə aşkar edilməlidir. İddiaçının tələb etdiyi 7956,97 manat onunla bank arasında bağlanmış kredit müqaviləsi əsasında götürdüyü borca görə hesablanmış faiz məbləğidir. Məlum olduğu kimi mülki hüquq münasibətlərində borc müqaviləsi bağlanarkən tərəflər əsas borca faiz hesablanıb ödənilməsini razılaşdıra bilərlər (Mülki Məcəllənin 741-ci maddəsi). Faiz, borclunun götürdüyü vəsaiti hansı ehtiyacına sərf etməsindən asılı olmayaraq, kreditorun pulundan istifadə etməsinə görə ödədiyi vəsaitdir. Bu baxımdan borc götürülərkən razılaşdırılmış faizlər, vəsaitin hansı məqsədə sərf edilməsindən və bu ehtiyacın uğurlu həllindən asılı olmayaraq borclunun kreditor qarşısındakı müqavilə öhdəliyidir. Başqa sözlə, borclu üçüncü şəxslərlə girdiyi hüquq münasibətlərindən (üçüncü şəxsin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən) asılı olmayaraq kredit müqaviləsi üzrə faizləri ödəmək öhdəliyini daşıyır. Bu baxımdan faiz borcunun hesablanması və ödənilməsi faktı özü-özlüyündə zərər kimi qiymətləndirilə bilməz. İşin hallarından görünür ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə mənzilin dəyərini ödəmək üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən kredit götürmüş və həmin borca görə hesablanmış 7956,97 manat faiz məbləğini banka ödəmişdir. İddiaçının bankdan aldığı borc məbləğini cavabdehlə bağladığı müqavilə üzrə ödənişə sərf etməsi həmin borca hesablanmış faizin zərər təşkil etməsi anlamına gəlmir. Çünki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra edərək mənzili iddiaçıya vermiş olsaydı belə, sonuncu, bankdan borc alarkən razılaşdırdığı faiz məbləğini yenə də ödəməli olacaqdı. Başqa sözlə, cavabdehin hərəkətsizliyi (müqavilə öhdəliyinin icrasını gecikdirərək mənzili iddiaçıya vaxtında təhvil verməməsi) ilə kredit müqaviləsi üzrə bankın hesabladığı faiz məbləği arasında səbəbli əlaqə mövcud deyil. Bu baxımdan iddiaçının banka ödədiyi 7956,97 manat faiz məbləği cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində yaranan zərər kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibıtlərinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə qətnamə 7956,97 manat faiz məbləğinə aid hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin mübahisələndirilən hissədə həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti faiz borcu hissəsində təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunub, iddia həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxx” MMC-nin verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2348/2019 saylı qətnaməsi qismən – 7956,97 manat faiz məbləğinə aid hissədə ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar