Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2661/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3549/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3549/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim G.Tanrıverdiyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3549/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh da qətnamədən apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3549/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və ondan hər ay cəmi 240 manat sabit məbləğdə alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2001-ci il ildə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı üç uşaqları anadan olmuşdur. Cavabdeh fərdi işlə məşğuldur və yaxşı qazanc əldə edir. Onun aylıq qazancı ***-**** manat civarındadır. Lakin buna baxmayaraq uşaqlarına heç bir maddi və mənəvi köməklik göstərmir və göstərmək fikrində də deyil. Bu səbəbdən də uşaqlarının maddi tələbatını ödəməkdə çətinlik çəkir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkədə 2020ci il yaşayış minumumu uşaqlar üçün 170 manat müəyyən edildiyindən, iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki hallarına uyğun deyildir və maddi, habelə prosessual normaların pozulması nəticəsində çıxarılmışdır. Cavabdehin aylıq qazancı 1000-1500 manat civarındadır, buna görə də 3 uşaq üçün hər ay 510 manat aliment ödəmək iqtidarındadır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, alimentin məbləğinin hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, maddi vəziyyəti pisdir, çünki pandemiya şəraitində heç bir yerdə işləmir. Onun hər ay 3 uşaq üçün cəmi 240 manat aliment ödəməyə imkanı çatır və qətnamə ilə ondan tutulacaq aliment də bu məbləğdə müəyyən edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı özünün apelyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh isə verdiyi apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan nikah haqqında İİ-AZ 003678 saylı, xx xxxxxx 2001-ci il tarixli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx xxxxxx 2001-ci il tarixində, Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qulamova soyadı verilmişdir. Yenə iş materiallarında olan doğum haqqında AZ-İİ 274934, AZ-İ 346409 və AZ-İ 522027 saylı şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2003-cü ildə X5, xx.xx.2004-cü ildə X6 və xx.xx.2009-cu ildə X7 adlı uşaqları doğulmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3549/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2001-ci tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2003-cü ildə Fidan, xx.xx.2004-cü ildə Aydan və xx.xx.2009-cu ildə İlkin adlı uşaqlar doğulmuşlar. Əvvəllər onların münasibətləri normal olsa da, hazırda bu münasibətlər pisləşmişdir və tərəflər faktiki olaraq ayrılmışlar. Birgə nikahdan doğulmuş uşaqlar analarının yanındadır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 510 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməsilə iddia qismən (cəmi 330 manat) təmin olunmuşdur. Hazırda əsas mübahisə alimentin ümumi məbləği üstündədir, belə ki, iddiaçı bu məbləğin 510 manat, cavabdeh isə 240 manat həddində müəyyənləşdirilməsini tələb edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: iki uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən tərəflərin hər birinə münasibətdə bərabərlik prinsipini gözləmişdir. İşdən görünür ki, cavabdehin rəsmi işləməsi və ya müntəzəm gəlir əldə etməsi barədə işdə hər hansı mötəbər sübut yoxdur. Alimentin məbləği müəyyən edilərkən iddiaçının, uşaqların və cavabdehin mənafeləri, onların sağlamlıqları düzgün qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hər birinə münasibətdə birinci instansiya məhkəməsi balanslaşdırılmış qətnamə çıxarmışdır və tutulan alimentin məbləği birgə nikahdan doğulmuş uşaqların əvvəlki şəraitdə böyümələri üçün kifayət edir. Valideyinlərin öz uşaqları barədə aliment öhdəlikləri davam edən münasibətlər sırasına daxil olduğundan və buna görə də gələcəkdə, əmlak vəziyyətinə uyğun, alimentin miqdarına dair iddia verilməsi imkanlarının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hazırki halda bu nəticəyə gəlir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər apelyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmişlər. Bu baxımdan, məhkəmə kollegiyası onların apelyasiya şikayətlərində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3549/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2661/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2661/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver