Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2670/2021 27.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1399/2021 saylı, 24 may 2021ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1399/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 05.10.2012-ci il təvəllüdlü X1 və 21.05.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 aprel 2021-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat məbləğində sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən cavabdeh X7 apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1399/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və ondan hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin tutulmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 05.10.2012-ci il təvəllüdlü X1 və 21.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 200 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 22.10.2011-ci il tarixdə faktiki nikah əsasında ailə qurmuşdur. Birgə nikahlarından 2 övladları anadan olmuşdur. 20.08.2019-cu il tarixdən uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Onun qazanc və gəlir yeri olmadığından uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh uşaqları ilə maraqlanmır, maddi köməklik göstərmir, onların saxlanmaları üçün digər işlərdə iştirak etmir. Ona görə də o, məhkəməyə müraciət etməyi qərara almışdır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh X7 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuzdur. Belə ki, o, heç yerdə işləmir. İş tapmaqda çətinlik çəkir. X8koloji xəstədir. Bu çətinliklərə baxmayaraq, o, hər ay hər uşağa 100 manat aliment ödəyə bilər. Ondan hər ay cəmi 350 manat aliment tutulması onu çətin vəziyyətə salır. Bu məbləği ödəyə bilməyəcək, bununla da onun barəsində inzibati və cinayət məsuliyyəti yaranacaqdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, onun işsiz olması və maddi vəziyyəti nəzərə alınmamışdır. Göstərilənlərə əsasən qətnamə dəyişdirilməli, ondan hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh X7 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəməyə teleqram yollayaraq səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan doğum haqqında AZ-İV 548982 və 548983 saylı şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən 05.10.2012-ci ildə X5 və 21.05.2014-cü ildə X6 anadan olmuşdur. İşə əlavə edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, **********6 saylı arayışdan məlum olur ki, Elvar İsmayılov hazırda işsizdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1399/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, tərəflərin faktiki nikahından doğulmuş Murad və Camal adlı uşaqların saxlanılması üçün hər ay tutulacaq alimentin məbləği hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 22 oktyabr 2011-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, tərəflərin birgə nikahından 05.10.2012-ci ildə Murad və 21.05.2014-cü ildə Camal adlı uşaqlar doğulmuşlar. Tərəflər 10 avqust 2019-cu ildən ayrılmışlar və azyaşlı uşaqların hər ikisi analarının himayəsində qalmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 05.10.2012-ci il təvəllüdlü X1 və 21.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 200 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə qətnaməsilə bu məbləğ ümumilikdə 350 manat müəyyən edilmiş, lakin cavabdeh şikayət verərək həmin məbləğin 200 manata endirilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yenə həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. İstinad olunan qanunvericilik aktlarından da görünür ki, öz uşaqlarını saxlamaq valideynləri vəzifəsidir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi tərəflər arasında münasibətlər pisləşdikdən sonra azyaşlı uşaqlar analarının yanında qalmış, işə baxan məhkəmə tərəfindən onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 22 aprel 2021-ci tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdeh apelyasiya şikayətində təyin edilmiş 350 manat alimentin məbləğinin dəyişdirərək cəmi 200 manat təyin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmiş və maddi imkanının az olmasını əsas gətirmişdir. İşin tədqiq olunan faktiki hallarını, cavabdehin daimi iş yerinin olmaması, hazırda işsiz olması və sabit gəlirə malik olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən hər uşağa görə hər ay 130 manat məbləğində aliment tutulması ağlabatan olardı. Bu hallara qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi tərəflərin birgə nikahından doğulmuş Murad və Camal adlı azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit aliment məbləği hər uşaq üçün 175 manatdan 130 manata endirilməlidir və bu məbləğ hazırkı mərhələdə hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, ən başlıcası isə birgə nikahdan doğulmuş Murad və Camal adlı azyaşlı uşaqların mənafeyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1399/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilməli, tutulacaq alimentin məbləği hər ay ümumilikdə 260 (130+130) manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X12rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından 05.10.2012-ci ildə doğulmuş Murad və 21.05.2014-cü ildə doğulmuş Camal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1399/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 05.10.2012-ci il təvəllüdlü X1 və 21.05.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 aprel 2021-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2670/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2670/2021
27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver