Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2691/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-177/2021 qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-177/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) "xxxx" ASC-nin Cavabdeh qarşı qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddiası qismən təmin edilib, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 09.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş 3119.94 ABŞ dolları əsas borc, 2523.02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642.96 ABŞ dolları borcun, həmçinin 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun Cavabdeh məxsus 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin likvid qiymətinin 46.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılmsı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş ümumilikdə 5642.96 ABŞ dolları məbləğində borc, 08.06.2020-ci il tarixədək olan cəmi 39.716,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin, 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ilk iddia tələbinin qalan hissədə və Cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-177/2021 qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 09.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 7270.75 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 46937.64 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş 3119.94 ABŞ dolları əsas, 2523.02 ABŞ dolları faiz borcu olmaqla cəmi 5642.96 ABŞ dolları borcun, həmçinin 15480.23 ABŞ dolları əsas borc, 21926.76 ABŞ dolları faiz borcu, 7270.75 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 09.01.2018-ci il tarixdən 08.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 2259.90 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 46937.64 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun Cavabdeh məxsus 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2017-cı il tarixli, 2(105)-41/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5642.96 ABŞ dolları məbləğində borcun, 08.06.2020-ci il tarixədək olan cəmi 46937.64 ABŞ doları borcun və 30 manat dövlət rüsumunun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə, 36 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq X4 mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzili 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC ("xxxx" ASC) 18.600 ABŞ dolları əsas borc, 4692 ABŞ dolları faiz borcu, 5580 ABŞ dolları cərimə borcu olmaqla. cəmi 28872 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının borclu Cavabdeh tutulması, tutulacaq məbləğ öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilində qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2015-cı il tarixli, 2(060)- 11419/2015-cı il tarixli qətnaməsi ilə Cavabdeh 18.600 ABŞ dolları əsas borc, 4692 ABŞ dolları faiz borcu, 580 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23875 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə ("xxxx" ASC ) tutulması və tutmanın Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(105)-41 /2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(060)11419/2015 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh bankın xeyrinə 3119.94 ABŞ dolları əsas, 2523.02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642.96 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı məbləğində pulun tutulması qət edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X6) ona qarşı “qətnamə ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələblərinin rədd edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən şərəf və ləyaqətin alçaldılması ilə bağlı vurulmuş mənəvi iztirab və zərərin əvəzi kimi 80.000 manatın və vicdansızcasına əsassız iddia verdiyi üçün 20.000 manat məbləğin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub ona ödənilməsi, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanına əsasən, tərəfindən ipoteka müqaviləsi ilə təmin olunmuş kredit üzrə öhdəliklər tam icra edildiyi üçün bank tərəfindən ipoteka müqaviləsinə xitam verilməklə mövcud daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi və bu haqda olan çıxarışın ləğv edilərək, həmin Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin onun adına olmuş dövlət reyestr qeydinin bərpa olunması və bu haqda çıxarışın verilməsi üçün Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə rəsmi məktubun verilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X6) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı X1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiası qismən təmin edilmiş, İddiaçı X6 ilə onun arasında bağlanmış 09 yanvar 2015-ci il tarixli, 19- G-1-0-21-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 09 oktyabr 2015-ci il tarixinədək hesablanmış 18.600 ABŞ dolları əsas, 4.692 ABŞ dolları faiz, 580 ABŞ dolları dəbbə, cəmi 23.875 ABŞ dolları, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmər haqqı ondan İddiaçı X3 xeyrinə tutulması, tutmanın ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilə yönəldilməsi, ona məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzilin ilkin satış qiymətinin 44.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A, 51 nömrəli mənzildə qeydiyyatda olan o və mərhum həyat yoldaşı X5 istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin yaşayış sahəsindən ən geci bir ay müddətinə çıxarılmaları, satışdan əldə olunan pul vəsaiti onun İddiaçı İKB-nə olan borcun qaytarılmasına yönəldilməklə, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğin ona qaytarılması qət edilmişdir. O, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsini əsassız və qeyriqanuni hesab etdiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi 18 may 2017-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətini qismən təmin etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul etmişdir. İddiaçı X3 iddia tələbi qismən təmin edilmiş, ondan İddiaçı X3 xeyrinə 09 yanvar 2015-ci il tarixli, 19-G-1-0-21-15 saylı kredit müqaviləsi üzrə 09 oktyabr 2015-ci il tarixədək ödənilməmiş 3119,94 ABŞ dolları əsas, 2523,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642,96 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat məbləğində pulun tutulması, mühasibatlıq ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manatının İddiaçı X2, 25 manatının isə ondan tutularaq Az.MEM Dövlət Xəzinədarllığnın müvafiq hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə, yəni İddiaçı İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 03 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi R.N.Abdullayev apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh 09 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 25 faizlə, 36 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. İpoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən, 3 otaqlı, 58.21 kv.m ümumi, 37.04 kv.m yaşayış sahəsindən ibarət 1A nömrəli evin 51 nömrəli mənzili 09 yanvar 2015-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir Yol yaşayış massivində yerləşən 1A nömrəli evin, 51 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. Bildiriş məktubundan görünür ki, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2015-ci il tarixli, 2(060)-11419/2015 saylı qətnaməsinə əsasən İddiaçı X6 və Cavabdeh arasında 09 yanvar 2015-ci il tarixli, 19-G-1-0- 21-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 09 oktyabr 2015-ci il tarixinədək hesablanmış 18.600 ABŞ dolları əsas, 4.692 ABŞ dolları faiz, 580 ABŞ dolları dəbbə, cəmi 23.875 ABŞ dollarının ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh İddiaçı X3 xeyrinə tutulması, tutmanın Cavabdeh qızma məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev lA-da yerləşən 51 saylı mənzilə yönəldilməsi, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1A-da yerləşən 51 saylı mənzilin ilkin satış qiymətinin 44.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsi ilə satılması, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A-da yerləşən 51 saylı mənzilin açıq hərrac vasitəsilə satıldıqdan sonra Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1 A-da yerləşən 51 saylı mənzildə qeydiyyatda olan Cavabdeh və X5 istifadə hüquqlarının itirilmiş hesab olunması və onların həmin yaşayış sahəsindən ən geci 1 ay müddətinə çıxarılmaları, satışdan əladə olunan pul vəsaitinin Cavabdeh İddiaçı İKB-nə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, evin satışından artıq qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli, 2(105)-41/2017 saylı qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli, 2(060)-11419/2015 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı X3 xeyrinə 09 yanvar 2015-ci il tarixli 19-G-1-0-21-15 saylı kredit müqaviləsi üzrə 09 oktyabr 2015-ci il tarixədək ödənilməmiş 3119,94 ABŞ dolları əsas, 2523,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5642,96 ABŞ dolları və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizası üzrə 50 manat ekspertiza xərcinin 25 manatının İddiaçı İKB-dən, 25 manatının isə Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 12.02.2021-il tarixli, H/03-PLS saylı rəydən görünür ki, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, D/Y, Y/M, ev 1A-da yerləşən 51 saylı mənzilin bazar dəyəri, 55.000 manat, mənzilin likvid qiyməti isə 46.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinin hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edərək birinci instansiya məhkəməsi, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, müqavilə üzrə ödənişləri qrafik üzrə aparmamaqla müqaviləni əhəmiyyətli dərəcədə pozması və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia ərizəsi kredit müqaviləsi üzrə ödənilmədən qalmış əsas və faiz borcu hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 7270.75 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 7270.75 ABŞ dolları məbləğində cərimə borcunun 50 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarını müqayisəli surətdə tədqiq edib, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olub, iəğv olunması üçün başqa bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə heç bir sübutla əsaslandıra bilməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(060)-177/2021 qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2691/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2691/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver