Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2725/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, iddiaçı X5 iştirakı ilə, İddiaçı vəkili və nümayəndəsi Məmmədov Kamran Məmmədmövsüm oğlunun, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının və tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Bəylər Ələkbərov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının və tutulma qaydasının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ondan tutulan alimentin məbləğinin və qaydasının dəyişdirilərək, xx xxxx 2015-ci il təvəllüdlü X2, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2019-cu il təvəllüdlü Dəmirov Ömər Namiq oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xeyrinə ondan tutulan alimentin miqdarının hər ay 3 uşağa görə onun qazancının yarısı miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Məmmədov Kamran Məmmədmövsüm oğlu apelyasiya şikayətinin dəlillərini müdafiə edib göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 2015-ci il təvəllüdlü X2, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2019-cu il təvəllüdlü Dəmirov Ömər Namiq oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx xxxxxx 2020-ci ildən başlayaraq iddiaçıdan Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi iddiaçı “xxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan da göründüyü kimi xx xxxxxxx 2017-ci il tarixdən “xxxxxxxxxxxxxxx” ASC-də qazanxana və yandırma sexində çilingər vəzifəsində işləməklə aylıq əmək haqqı 500 manat təşkil edir, bu əmək haqqından müvafiq ödənişlər tutulduqdan sonra isə cəmi 461, 50 manat ödənilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha artıq uşağa görə alimentin miqdarı aliment ödəyən şəxsin qazancının dörddə üç hissəsindən artıq ola bilməz. Göründüyü kimi iddiaçının stabil iş yeri və müntəzəm əmək haqqı olduğu halda məhkəmə hələ iddiaçıdan ilk dəfə aliment qət edərkən maddi hüquq normalarını kobudcasına pozmuş, qanunun bu tələbini nəzərə almamışdır. Hal-hazırda da iddiaçı alimentin miqdarının Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinə uyğun olaraq müəyyən edilməsini xahiş etsə də məhkəmə xahişini əsassız olaraq nəzərə almamışdır. Məhkəmə çıxardığı qətnaməni əsaslandırmaqdan ötrü Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna istinad edir, uşaqlar üçün minumum yaşayış həddinin 170 manat müəyyən edildiyini göstərir. Bu qanun əsas götürülsə o zaman 3 uşağa görə 170x3=510 manat aliment müəyyən edilməlidir, iddiaçının cəmi əmək haqqı isə bu məbləğ qədər deyil. iddiaçının əmək haqqı ayda 2000-3000 manat olsaydı, o zaman cavabdeh iddiaçıdan alimenti Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələbinə görə tələb edəcəkdi və məhkəmə də həmin maddəyə əsaslanacaqdır. Odur ki, məhkəmənin minumum yaşayış həddinə istinad etməsini əsassız hesab edirəm. Məhkəmə iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermədiyini əsas tutaraq iddianın təmin edilməsindən imtina etmişdir. Əslində hamının olduğu ki, bütün dünyada pandemiya ilə əlaqədar olan maddi və sair dəyişikliklər iddiaçının da gündəlik həyatına təsir edib. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)- 253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edlməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə xx xxxx 2015-ci il təvəllüdlü Nadirin, i xx xxxxxx 2017-ci il təvəllüdlü Ayşənin və xx xxxxxx 2019-cu il təvəllüdlü Ömərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı qızı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulur və hazırda iddiaçının hər hansı bir formada aliment borcu yoxdur. Qızı Nigar bu ilin mart ayından uşaqları və oğlu ilə birgə Bakı şəhərində kirayədə qalır. Bunun səbəbi yaşadıqları Siyəzən şəhəri, C.Cabbarlı küçəsində yerləşən 11 nömrəli binanın 6-cı mənzilinin bir otaqdan ibarət olmaqla, 5-6 nəfərin yaşaması üçün çox darısqal olmasıdır. Kirayə haqqı və üç uşağın dolanışığı üçün hətta 300 manat vəsait belə kifayət etmir. Həmçinin, kiçik nəvəsi Ömərin hələ bir yaşı da tamam olmadığına görə, qızı Nigarın hazırda işləməsi mümkün deyildir. Qızı Nigar işləmədiyinə görə, uşaqların dolanışığı iddiaçı tərəfindən ödənilən 300 manat alimentlə və əlavə olaraq özünün maddi köməkliyi ilə təmin olunur. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli,Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Nadir xx xxxx 2015-ci il tarixdə, Ayşə xx xxxxxx 2017-ci il tarixdə Sumqayıt şəhərində, Ömər isə xx xxxxxx 2019-cu il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2020-ci il tarixli, 2(059)-161/2020 saylı qətnaməsindən görünür ki, xx xxxx 2015-ci il təvəllüdlü X2, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2019-cu il təvəllüdlü Dəmirov Ömər Namiq oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-161/2020 saylı icra sənədi xx xxxx 2020-ci il tarixdə şöbənin icraatına daxil olduqdan sonra böyük icra məmuru tərəfindən həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş verilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxx” ASC tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdən “xxxxxxxxxxxxxxx” ASC-də qazanxana və yandırma sexində çilingər vəzifəsində işləyir. İddiaçı aylıq əmək haqqı 500 manat təşkil edir, bu əmək haqqından müvafiq ödənişlər tutulduqdan sonra isə ona 461,50 manat ödənilir. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək tərəflərin nikahından xx xxxx 2015-ci il tarixdə Nadir, xx xxxxxx 2017-ci il tarixdə Ayşə, xx xxxxxx 2019-cu il tarixdə isə Ömər adlı övladları doğulmasını, iddiaçının cavabdehə uşaqların saxlanması üçün maddi cəhətdən köməklik göstərmədiyinə görə ondan qarşı tərəfin xeyrinə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsinin qət edilməsini, iddiaçı tərəfdən məhkəməyə əsaslı sübutlar təqdim edilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 112.1-ci maddələrinə, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanununa istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə qanunvericilik normalarına düzgün istinad edərək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra digər tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun. İş materiallarında da görünür ki, hazırki iş üzrə cavabdehin iddiası əsasında Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2020-ci il tarixli, 2(059)-161/2020 saylı qətnaməsindən görünür ki, xx xxxx 2015-ci il təvəllüdlü X2, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxx 2019-cu il təvəllüdlü Dəmirov Ömər Namiq oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməmiş, hətta qətnamənin qəbul edilməsindən 2 ay 24 gün sonra sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş və bununla belə ailə və maddi vəziyyətində dəyişiklik olmasını da sübuta yetirə bilməmişdir. İş materiallarından görünür ki, iddiaçının iddia tələbinin əsası kimi göstərdiyi hallar – 461,5 manat əmək haqqı alması – Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-161/2020 saylı qətnaməsi ilə hər uşaq üçün 100 manat olmaqla 300 manat aliment müəyyən edildiyi zaman da mövcud idi. Başqa sözlə, iddiaçının aliment məbləğinin azaldılma əsası kimi göstərdiyi hallar alimentin miqdarı müəyyən olunduqdan sonra əmələ gələn hallar deyil və bu səbəbdən də iddiaçının tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin təsiri altına düşmür. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təklif etdiyi üç uşaq üçün əmək haqqının 50% miqdarında aliment məbləği üç uşaq üçün qanunla müəyyən edilmiş yaşayış minimumundan xeyli aşağı olduğuna görə uşaqların marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, 461,5 manat məbləğinin 50% hissəsi 230 manat 75 qəpik təşkil edir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının təklif etdiyi əmək haqqının 50 % hissəsi, yəni 230,75 manat məbləğdə aliment üç uşağın bir aylıq qida, geyim və digər zəruri xərclərini ödəmək üçün yetərli sayıla bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin iddiaçının 461,5 manat əmək haqqından savayı, başqa gəlirinin olmaması onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi hallar hazırki işdə mövcud olmadığı üçün birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən iddiaçının apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin dəyişdirilməsi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 2(059)-253/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2725/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2725/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver