Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-276/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı əqdin etibarlı sayılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X20 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı əqdin etibarlı sayılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-226/2007 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əiibəy oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış torpaq alqı-satqı müqavilələrinin etibarlı sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əiibəy oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 sonunculara məxsus olmaqla Qusar rayonunun Həsənqala kəndi ərazisində yerləşən cəmi 1,90 ha torpaq sahəsini 2005-ci ilin may ayında satın almışdır. Bu barədə aralarında müqavilə bağlanmış, satın aldığı torpağın dəyərini cavabdehlərə tam ödəmişdir. Bundan sonra müqavilələrin təsdiq edilməsi üçün notariat kontoruna gəlməyi cavabdehiərə təklif etmiş, sonuncular əqdlərin dövlət qeydiyyatından boyun qaçırırlar.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əiibəy oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 iddianı edərək məhkəmədə bildirmişlər ki, onlar mülkiyyətlərində olan və rayonun Həsən qala kəndi ərazisində yerləşən 0,20 ha, 0,43 ha, 0,39 ha, 0,39 ha və 0,49 ha torpaq sahələrini İddiaçı satmışlar, torpağın dəyəri onlara tam ödənilmişdir və aralarında heç bir narazılıq olmamışdır. Ona görə də iddianın təmin edilməsinə etiraz etmirlər və məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş edirlər.
4. Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-226/2007 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Məmmədov) iddia təmin edilərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 0,20 ha, 0,43 ha, 0,39 ha, 0,39 ha və 0,49 ha-cəmi 1,90 ha torpaq sahələrinin alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi, JN-0099 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh1 məxsus 0,20 ha, JN-100 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh2 məxsus 0,43 ha, JN-104 saylı, kod 30106038 olan “Torpağa nülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh5 məxsus 0,39 ha, JN-103 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh3 məxsus 0,39 ha və JN-102 saylı kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh4 məxsus 0,49 ha, cəmi 1,90 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə tapşırılması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əiibəy oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 satın aldığı 1,90 ha torpaq sahəsinin dəyərini sonunculara tam ödəməklə əqdi icra etmişdir. Lakin, cavabdehlər həmin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdır. Qətnamədə göstərilən, JN-104 saylı, KOD 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında əks olunan 0.39 ha, N-102 saylı, KOD 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.49 ha torpaq sahələri digər şəxslərin adlarına özgəninkiləşdirilmişdir və dövlət reyestrindən xx.xx.2021-ci il tarixli və xx.xx.2020ci il tarixli çıxarışlar verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə kollegiyasına Cavabdeh2, X15, X1 və X2 ərizələri təqdim edilmişdir. Ərizələrdən görünür ki, onlar apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 336. Əqdlərdən əmələ gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsinin nəticələri 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
13. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.
14. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
16. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
17. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
21. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
24. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəfat etmişdirlər.
25. X1, X15 və X9 Cavabdeh3, Cavabdeh2 isə Cavabdeh1 hüquqi varisləri qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, X10, X1, X15 və X9 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdirlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.
28. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
29. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.
30. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir.
31. Əvvəla kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi JN-0099 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh1 məxsus 0,20 ha, JN-100 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh2 məxsus 0,43 ha, JN-104 saylı, kod 30106038 olan “Torpağa nülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh5 məxsus 0,39 ha, JN- 103 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh3 məxsus 0,39 ha və JN-102 saylı kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh4 məxsus 0,49 ha torpaq sahəsinin olduğunu qeyd etsə də, həmin aktlar iş materiallarına əlavə edilməmiş və məhkəməyə də təqdim edilməmişdir.
32. Mülki Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
33. Digər tərəfdən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi.
34. İş materiallarına əlavə edilmiş (səh. 5-7) ərizələr ilə Cavabdeh5, X5, X25, X6 mülkiyyətlərində olan 0,39 ha torpaq sahəsinin, Cavabdeh3, X1, Cavabdeh4 Şakir oğlu, X9 mülkiyyətlərində olan 0,39 ha torpaq sahəsinin, Cavabdeh4, X4, X11, X7, X12 mülkiyyətlərində olan 0,49 ha torpaq sahəsinin icarəyə verilməsinə razılıq versələr də, həmin ərizələrdə torpaq sahəsinin kimin icarəsinə verilməsi qeyd olunmamışdır. Ərizələrdə iddiaçının adı qeyd olunsaydı belə, həmin ərizələr torpaq sahəsinin alqı-satqısına razılıq barədə deyil, icarəyə verilməsi barədə olmuşdur.
35. Digər tərəfdən işə əlavə edilmiş (səh. 9-13) xx.xx.2005-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh1 ona məxsus 0,20 ha, Cavabdeh2 ona məxsus 0,43 ha, Cavabdeh5 ona məxsus 0,39 ha, Cavabdeh3 ona məxsus 0,39 ha və Cavabdeh4 ona məxsus 0,49 ha torpaq sahəsini iddiaçıya satmışdır.
36. xx.xx.2005-ci il tarixli (səh. 14-15) notarial qaydada təsdiq edilmiş icarə müqavilələrindən görünür ki, Cavabdeh2 ona məxsus 0,43 ha torpaq sahəsini, Cavabdeh1 ona məxsus 0,20 ha torpaq sahəsini X13 99 il müddətinə icarəyə vermişdirlər.
37. xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən Cavabdeh5 ona məxsus 0,39 ha torpaq sahəsini X13 99 il müddətinə icarəyə vermişdir.
38. xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən Cavabdeh3 ona məxsus 0,39 ha torpaq sahəsini X8 99 il müddətinə icarəyə vermişdir.
39. Tədqiq olunan sənədlərdən belə aydın olur ki, həmin torpaq sahələri həm başqa şəxslərə icarəyə verilmiş, həm də sadə yazılı formada iddiaçıya satılmışdır.
40. Apellyasiya şikayətindən və iş materiallarına əlavə edilmiş çıxarışın surətindən görünür ki, JN-104 saylı, KOD 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında əks olunan 0.39 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ 2021-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.
41. Bundan başqa, iş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasının protokolundan göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alğı-satqısına dair razılıq əldə edilmişdir. Cavabdehlər torpaq sahəsinin satılmasına razıdır və iddia tələbini qəbul edirlər. Lakin cavabdehlərin müqavilənin notariat qaydasında təsdiqlənməsindən nədən boyun qaçırdıqları əsaslandırılmamış və araşdırılmamışdır. İddiaçı isə cavabdehlərin müqavilənin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdığını göstərməklə, Mülki Məcəllənin 336.1-ci maddəsinə istinad edərək müqavilənin etibarlı sayılması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
42. Halbuki, tərəflərin razılaşdırılmış iradə ifadəsi mövcud olduğu halda həmin daşınmaz əmlakların alğı-satqısına dair müqavilənin notariat orqanında bağlanması mümkündür.
43. Mülki Məcəllənin 336.1-ci maddəsində göstərilir ki, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.
44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, mövcud iddia tələbi əsassızdır.
46. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlakın alğı-satqısı barədə qanunvericiliyin tələblərinə əməl edilməməsi tərəflər arasındakı müqavilənin özünün etibarlılğını şübhə altına alır.
47. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əiibəy oğlu, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ilə aralarında bağlanmış torpaq alqı-satqı müqavilələrinin etibarlı sayılmasına dair qətnamə çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 0,20 ha, 0,43 ha, 0,39 ha, 0,39 ha və 0,49 ha-cəmi 1,90 ha torpaq sahələrinin alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi, JN-0099 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh1 məxsus 0,20 ha, JN-100 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh2 məxsus 0,43 ha, JN-104 saylı, kod 30106038 olan “Torpağa nülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh5 məxsus 0,39 ha, JN-103 saylı, kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh3 məxsus 0,39 ha və JN-102 saylı kod 30106038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh4 məxsus 0,49 ha, cəmi 1,90 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə tapşırılması barədə qətnamə qəbul etmişdir.
48. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
49. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edir.
50. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-226/2007 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.