Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2760/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs X5 iştirakı ilə, İddiaçı Əmənulla oğlunun Cavabdeh qarşı cehiz əmlakın mənzildən çıxarılması barədə ilk, Cavabdeh İddiaçı Əmənulla oğluna qarşı əmlakın qaytarılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1792/2020 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 1792/2020 saylı qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilmiş, qarşılıqlı iddia ərizəsində göstərilən cehiz əmlaklar: yataq dəsti mebeli (taxt, 2 ədəd tumba, tirmo-1 ədəd, qarderob) - 3500 manat; qonaq otağı dəst mebeli (divan, stol-1 ədəd, stullar - 6 ədəd, servant - 2 ədəd, televizor-1 ədəd, televizor altı -1 ədəd - 3300 manat; əl-üz dəsmalı - 18 ədəd (18x5) 90 manat; can dəsmalı - 8 ədəd (8x20) 160 manat; çay dəsmalı - 36 ədəd (36x3) - 108 manat; önlük-2 ədəd 5 manat; yataq - 8 ədəd 2 nəfərlik (45x8) 360 manat; yataq– 4 ədəd tək nəfərlik (30x4) 120 manat; taxt örtüyü (çəhrayı)-100 manat; yorğan - 3 ədəd 1 nəfərlik (3x80) 240 manat; döşək - 3 ədəd 1 nəfərlik (3x100) 300 manat; yorğan - 1 ədəd 2 nəfərlik -130 manat; döşək-1 ədəd 2 nəfərlik -150 manat; silikon yastıq -70/50 2 ədəd (10x2) - 20 manat; yastıq (müalicəvi)-70/50 (15x2) -30 manat; silikon yorğan - 3 ədəd 2 nəfərlik (40x3) - 120 manat; yastıq (qaz tükü ilə) -70/50 4ədəd-(50x4) - 200 manat; pərdə (qonaq otağı üçün) - 300 manat; pərdə (yataq otağı üçün ) - 250 manat; pərdə (mətbəx üçün ) - 50 manat; pərdə (balkon üçün) - 70 manat; pərdə (balkon üçün) - 70 manat; xalça (qonaq otağı) - 200 manat; xalça (mətbəx ) - 150 manat; xalça (koridor) - 130 manat; xalça (hamamın qabağı üçün) -130 manat; tozsoran - 1 ədəd 250 manat; elektrik soba -150 manat; elektrik termos - 50 manat; samovar dəsti ağ -1 ədəd; mikser -1 ədəd - 25 manat; toster -1 ədəd 35 manat; çaydan (düdüklü) -1 ədəd 32 manat; çaydan (türk dəsti) – 1 ədəd 30 manat; qəhvəüyüdən -1 ədəd 20 manat; blender - 2 ədəd (55+25) 80 manat; ütü -1 ədəd 75 manat; ütü stolu - 1 ədəd 35 manat; şirəçəkən - 1 ədəd 150 manat; ətçəkən - 1 ədəd 190 manat; Tefal qazan - 7 ədəd 250 manat; qazan dəsti- 3 ədəd balaca 170 manat; qazan düdüklü -1 ədəd 45 manat; qazan dəsti (Ortimes) - 6 ədəd 300 manat; şirəli qazan dəsti – 6-lı dəst 35 manat; çilçıraq (yataq otağı üçün) - 120 manat; gecə lampası - 2 ədəd 60 manat; çaxır naboru (xrustal) - 150 manat; konfet qabı (büllur qayıq formalı) - 30 manat; böyük ağ meyvə qabı - 1 ədəd 30 manat; mürəbbə qabı (büllur) - 2 ədəd 30 manat; mürəbbə qabı (qapaqlı büllur) - 2 ədəd 60 manat; su stəkanı (büllur) - 12 ədəd 80 manat; armudu stəkan (büllur) - 12 ədəd 50 manat; çörək qabı - 1 ədəd 35 manat; aşbaz ləvazimatı - 4 ədəd 10 manat; nahar servisi (12 nəfərlik) - 700 manat; büllur su stəkanı - 12 ədəd 60 manat; sini 2 ədəd qızılı dəst - 50 manat; meyvə qabı (böyük) - 25 manat; çərəz qabı (büllur böyük) - 1 ədəd 50 manat; çaydan -1 ədəd 25 manat; dəm çaydanı - 1 ədəd 5 manat; çamadan bıçaq dəsti - 150 manat; mürəbbə qabı – 1 ədəd 5 manat; tort qabı (ağ güllü) - 12 manat; meyvə qabı (büllur) - 1 ədəd 45 manat; ot dəmləmə qabı - 1 ədəd - 5 manat; şirə stəkanı (aşağısı qara) - 12 ədəd; soğan doğrayan aparat - 1 ədəd 15 manat; qənd qabı (sadə bordo) - 1 ədəd 7 manat; çipsi qabı - 2 ədəd 6 manat; çamadan (üç mərtəbəli) qaşıq dəsti - 250 manat; külqabı (sadə+göy+güllü) - 3 ədəd 40 manat; Scheffer stəkan dəsti (6 nəfərlik) - 15 manat; ağ konfet qabı -2 ədəd 10 manat; rozetka - 12 ədəd 12 manat; stəkan - 2 ədəd 6 manat; tort dəsti (12 nəfərlik) - 2 qutu 30 manat; Bazarstore stəkanı - 4 ədəd (3x4) 12 manat; ayran qabı -1 ədəd 11 manat; yumurta bişirən - 1 ədəd 6 manat; güldan (böyük, büllur) - 2 ədəd 60 manat; meyvə qabı ( böyük, büllur) - 50 manat; konfet qabı (böyük, güllü) - 2 ədəd 20 manat; yemək saxlama qabı ( üç mərtəbəli şüşə ) -15 manat; sini (ağ, sadə) - 2 ədəd 10 manat; qaşıq - 12 ədəd, çəngəl -12 ədəd, balaca qaşıq -12 ədəd (gündəlik ) -18 manat; qrafın -1 ədəd və stəkan - 6 ədəd 15 manat; kasa- 2 ədəd 10 manat; aşsüzən - 2 ədəd 20 manat; kauçuk - 3 ədəd 5 manat; qaşıq qoymaq üçün qab - 1 ədəd 5 manat; mürəbbə qabı - 1 ədəd 6 manat; tualet təmizləyən - 1 ədəd 3 manat; zibil qabı (mətbəx üçün) - 1 ədəd 5 manat; paltar səbəti (çirkli paltarlar üçün) -1 ədəd 20 manat; ipəzor qabı - 1 ədəd 3 manat; asılqan (paltar asmaq üçün) - 1 ədəd 10 manat; qazan qapağından (3 manat) ibarət olan əşyaların İddiaçı Əmənulla oğlundan alınaraq Cavabdeh verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. (hakim E.Abdullayev) Qətnamədən ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1792/2020 saylı qətnaməsinin qismən ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Əmənulla oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus cehiz əmlaklarının onun mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əmənulla oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. Onun oğlu Cəbiyev Orxan cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Uzun müddətdir ki, cavabdeh valideynlərinə məxsus evdə yaşayır. Onun cehiz əmlakları isə mülkiyyətindəki mənzildə qalmışdır ki, bu da onun mülkiyyətindən sərbəst istifadə etməsinə mane olur. Onların barışması bundan sonra mümkün deyildir və buna görə də iddia təmin olunmalıdır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək, həmin ərizədə göstərdiyi 100 adda cehiz əmlaklarının, dəyəri 5118 manat olan qızıl-zinət əşyalarının və 1500 manat dəyərində olan ağ rəng xəz kürkün (şubanın) İddiaçı Əmənulla oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, o, İddiaçı Əmənulla oğlunun övladı Orxanla xx.xx.2017-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə qurmuşdur. El adəti üzrə toydan sonra o, İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, 10A saylı evin 25 saylı mənzilinə gəlin köçmüşdür. Həmin mənzilə gəlin köçərkən özünə məxsus şəxsi əşyalarını və cehiz əmlaklarını da həmin mənzilə aparmışdır. xx.xx.2018-ci il tarixində Sumqayıt şəhəri, Heydər Parkı ərazisində onunla Orxan Cəbiyev arasında mübahisə yaranmış və Orxan Cəbiyev onu tək qoyub getmişdir. Həmin vaxt o, altı ayıq hamilə idi və bu hadisədən sonra indiyə kimi atasıgildə qalır. Birgə nikahdan xx.xx.2018-ci ildə Arda adlı bir övladları olmuşdur. Övladıları olduqdan sonra da Orxan Cəbiyev nə uşağı, nə də onunla maraqlanmamışdır. Orxan Cəbiyevin iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-362/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş Ardanın onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment, uşağın 3 yaşı tamam olana kimi hər ay 40 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Parkda mübahisə yarandıqdan sonra o, evə dönməmiş və özünə aid məxsus qızılzinət əşyalarını, şəxsi əşyalarını və cehiz əmlaklarını götürməmiş, bütün əşyalar həmin mənzildə qalmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının mənzilindəki cehiz əmlakları aşağıdakılardır: yataq dəsti mebeli (taxt, 2 ədəd tumba, tirmo-1 ədəd, qarderob) - 3500 manat; qonaq otağı dəst mebeli (divan, stol-1 ədəd, stullar - 6 ədəd, servant - 2 ədəd, televizor-1 ədəd, televizor altı -1 ədəd - 3300 manat; əl-üz dəsmalı - 18 ədəd (18x5) 90 manat; can dəsmalı - 8 ədəd (8x20) 160 manat; çay dəsmalı - 36 ədəd (36x3) - 108 manat; önlük-2 ədəd 5 manat; yataq - 8 ədəd 2 nəfərlik (45x8) 360 manat; yataq– 4 ədəd tək nəfərlik (30x4) 120 manat; taxt örtüyü (çəhrayı)-100 manat; yorğan - 3 ədəd 1 nəfərlik (3x80) 240 manat; döşək - 3 ədəd 1 nəfərlik (3x100) 300 manat; yorğan - 1 ədəd 2 nəfərlik -130 manat; döşək-1 ədəd 2 nəfərlik -150 manat; silikon yastıq -70/50 2 ədəd (10x2) - 20 manat; yastıq (müalicəvi)-70/50 (15x2) -30 manat; silikon yorğan - 3 ədəd 2 nəfərlik (40x3) - 120 manat; yastıq (qaz tükü ilə) -70/50 4ədəd- (50x4) - 200 manat; pərdə (qonaq otağı üçün) - 300 manat; pərdə (yataq otağı üçün ) - 250 manat; pərdə (mətbəx üçün ) - 50 manat; pərdə (balkon üçün) - 70 manat; pərdə (balkon üçün) - 70 manat; xalça (qonaq otağı) - 200 manat; xalça (mətbəx ) - 150 manat; xalça (koridor) - 130 manat; xalça (hamamın qabağı üçün) -130 manat; tozsoran - 1 ədəd 250 manat; elektrik soba -150 manat; elektrik termos - 50 manat; samovar dəsti ağ -1 ədəd; mikser -1 ədəd - 25 manat; toster -1 ədəd 35 manat; çaydan (düdüklü) -1 ədəd 32 manat; çaydan (türk dəsti) – 1 ədəd 30 manat; qəhvəüyüdən -1 ədəd 20 manat; blender - 2 ədəd (55+25) 80 manat; ütü -1 ədəd 75 manat; ütü stolu - 1 ədəd 35 manat; şirəçəkən - 1 ədəd 150 manat; ətçəkən - 1 ədəd 190 manat; Tefal qazan - 7 ədəd 250 manat; qazan dəsti- 3 ədəd balaca 170 manat; qazan düdüklü -1 ədəd 45 manat; qazan dəsti (Ortimes) - 6 ədəd 300 manat; şirəli qazan dəsti – 6-lı dəst 35 manat; çilçıraq (yataq otağı üçün) -120 manat; gecə lampası - 2 ədəd 60 manat; çaxır naboru (xrustal) - 150 manat; konfet qabı (büllur qayıq formalı) - 30 manat; böyük ağ meyvə qabı - 1 ədəd 30 manat; mürəbbə qabı (büllur) - 2 ədəd 30 manat; mürəbbə qabı (qapaqlı büllur) - 2 ədəd 60 manat; su stəkanı (büllur) - 12 ədəd 80 manat; armudu stəkan (büllur) - 12 ədəd 50 manat; çörək qabı - 1 ədəd 35 manat; aşbaz ləvazimatı - 4 ədəd 10 manat; nahar servisi (12 nəfərlik) - 700 manat; büllur su stəkanı - 12 ədəd 60 manat; sini 2 ədəd qızılı dəst - 50 manat; meyvə qabı (böyük) - 25 manat; çərəz qabı (büllur böyük) - 1 ədəd 50 manat; çaydan -1 ədəd 25 manat; dəm çaydanı - 1 ədəd 5 manat; çamadan bıçaq dəsti - 150 manat; mürəbbə qabı – 1 ədəd 5 manat; tort qabı (ağ güllü) - 12 manat; meyvə qabı (büllur) - 1 ədəd 45 manat; ot dəmləmə qabı - 1 ədəd - 5 manat; şirə stəkanı (aşağısı qara) - 12 ədəd; soğan doğrayan aparat - 1 ədəd 15 manat; qənd qabı (sadə bordo) - 1 ədəd 7 manat; çipsi qabı - 2 ədəd 6 manat; çamadan (üç mərtəbəli) qaşıq dəsti - 250 manat; külqabı (sadə+göy+güllü) - 3 ədəd 40 manat; Scheffer stəkan dəsti (6 nəfərlik) - 15 manat; ağ konfet qabı -2 ədəd 10 manat; rozetka - 12 ədəd 12 manat; stəkan - 2 ədəd 6 manat; tort dəsti (12 nəfərlik) - 2 qutu 30 manat; Bazarstore stəkanı - 4 ədəd (3x4) 12 manat; ayran qabı -1 ədəd 11 manat; yumurta bişirən - 1 ədəd 6 manat; güldan (böyük, büllur) - 2 ədəd 60 manat; meyvə qabı ( böyük, büllur) - 50 manat; konfet qabı (böyük, güllü) - 2 ədəd 20 manat; yemək saxlama qabı ( üç mərtəbəli şüşə ) -15 manat; sini (ağ, sadə) - 2 ədəd 10 manat; qaşıq - 12 ədəd, çəngəl -12 ədəd, balaca qaşıq -12 ədəd (gündəlik ) -18 manat; qrafın -1 ədəd və stəkan - 6 ədəd 15 manat; kasa- 2 ədəd 10 manat; aşsüzən - 2 ədəd 20 manat; kauçuk - 3 ədəd 5 manat; qaşıq qoymaq üçün qab - 1 ədəd 5 manat; mürəbbə qabı - 1 ədəd 6 manat; tualet təmizləyən - 1 ədəd 3 manat; zibil qabı (mətbəx üçün) - 1 ədəd 5 manat; paltar səbəti (çirkli paltarlar üçün) -1 ədəd 20 manat; ipəzor qabı - 1 ədəd 3 manat; asılqan (paltar asmaq üçün) - 1 ədəd 10 manat; qazan qapağı-3 manat. Bundan əlavə, qızıl-zinət əşyaları da onlarda qalmışdır. Həmin qızıl zinət əşyaları aşağıdkılardır: Qızıl dəsti – 210 qram 585 əyar - 1.500 manat; “həri” mərasiminin üzüyü - 8.2 qram 750 əyar 700 manat; nişan üzüyü - 585 əyar 500 manat; “xına yaxdı” mərasimində taxılan qolbağ - 10.5 qram 700 manat; “üz gördü” mərasimində taxılan üzük - 3 qram 190 manat; qaşlı üzük - 2 qram 120 manat; boyunbağı - 4 qram; boyunbağı+kulon - 8 qram 700 manant; sırğa - 6 qram 458 manat; qolbağ - 4 qram 250 manat; habelə xəz kürk (şuba) - 1500 manat. Bütün bu əmlaklar ona məxsusdur və ona qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını hərtərəfli araşdırmamışdır. İddiaçı oğlu Orxanla mübahisəsi parkda olmuş, elə oradan atası evinə yollanmış, özünə məxsus qızıl-zinət əşyalarını və xəz kürkü özü ilə götürməyə imkanı olmamışdır. Məhkəmə isə onun iddiasını bu hissədə təmin etməmişdir. Onun vəkili bu barədə sübutları, fotoşəkilləri məhkəməyə təqdim etmək istəsə də, məhkəmə bununla bağlı iclası təxirə salmamış, natamam araşdırma apararaq qismən səhv nəticəyə gəlmişdir. Buna görə də qətnamə qismən ləğv edilməli, qarşılıqlı iddia təmin olunmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi üçün məhkəmə kollegiyasına kifayət qədər sübutlar təqdim etdikləri nəzərə alınaraq, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında ilk iddia üzrə İddiaçı Əmənulla oğlu apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs X6 da şikayətlə razılaşmadı. O, məhkəmə iclasında bildirdi ki, mübahisədən sonra keçmiş arvadı və qayınanası yaşadıqları mənzilə gəlmiş, özlərinin apara biləcəkləri əşyalarını, o cümlədən qızıl-zinət əşyalarını götürüb aparmışlar. O, digər otaqda oturmuş, onların işinə qarışmamışdır. Həmin vaxt Aysel o biri otaqda divanda uzanmış, anası yır-yığış etmiş, o, bunun şahidi olmuşdur. Bununla belə, mənzildə qalan cehiz əmlakların çıxarılması barədə atası sonradan iddia qaldırmışdır. Xəz kürkü isə Ayselə anası almışdı və onun aparılıb-aparılmamasından xəbəri yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən MH ******* saylı, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 10A-da yerləşən 25 nömrəli mənzil İddiaçı Əmənulla oğlunun xüsusi mülkiyyətindədir. İş üzrə sübutlar şahid ifadələrindən, qarşılıqlı iddiaçının təqdim etdiyi fotoşəkillərdən və tərəflərin izahatlarından ibarət olmuşdur. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ruzigarı arvadı, Orxanın isə anasıdır. Oğlu Orxanla keşmiş gəlini Aysel parkda mübahisə edəndən sonra, Ayselin atası onu evlərinə aparmışdır. Sonra o, gəlinini atası evindən götürüb oğlu ilə yaşadığı mənzilə gətirmişdir. Ayselin anası ona telefonla qızını niyə apardığını söyləmişdir. Həmin gün qızın anası qızının dalınca mənzilə gəlmişdir. 1 gün orada qalmışlar. Səhəri gün Orxan ona bildirmişdir ki, Ayseli anası öz evlərinə aparıb. Bundan sonra, oğlunun yaşadığı mənzilə getmiş və görmüşdür ki, qızıl-zinət əşyaları aparılmışdır, qızıl qabı boşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ayselin anasıdır. Orxanla qızı Aysel parkda mübahisə edəndən sonra, əri Ayseli parkdan evlərinə gətirmişdir. Bundan sonra, Orxangilin mənzilinə getməmişdir. Bütün qızıllar və kürk o mənzildə qalmışdır. Qızılların bəzisini qarşı tərəf almışdı, bəzi qızılları və kürkü isə qızı üçün özü alıb. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin və onların nümayəndə və vəkilinin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1792/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk və qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, A.Ə.Cəbiyeva və O.İddiaçı xx xxxxxx 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2018-ci ildə Arda adlı uşaq doğulmuşdur. A.Ə.Cəbiyeva toydan sonra, ərinin atasına məxsus mənzilə gəlin köçmüş, daha öncə sadalanan səbəblərdən ailə münasibətləri pozulmuş, nikahlarına xitam verilmiş, hazırda cəmi dəyəri 5118 manat olan qızıl-zinət əşyaları və 1500 manatlıq xəz kürklə bağlı aralarında mübahisə yaranmışdır. İşə baxan birinci instansiya məhkəməsi kifayət qədər sübutlar olmaması səbəbilə qarşılıqlı iddianı bu hissədə rədd etmiş, A.Ə.Cəbiyeva qətnaməni məhz bu hissədə mübahisələndirərək apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, A.Ə.Cəbiyeva tərəfindən tələb edilən qızıl-zinət əşyalarının və xəz kürkün İddiaçı qanunsuz istifadəsində qalmasına dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. X11 Məhkəməsi “X1rşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı X9 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmiş, özünə məxsus xəz kürk və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz istifadəsində qalmasına və onların geri qaytarılmamasına dair məhkəməyə əsaslı şübhələrdən kənar heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən nəzərə alır ki, qarşılıqlı iddiaçı X9 əri ilə mübahisə etdikdən sonra, İddiaçı məxsus mənzilə gəlmiş və özünə məxsus şəxsi əmlakının əllə daşına biləcək hissəsini götürmüşdür. İş materiallarından görünür ki, əmlakların çıxarılması barədə məhkəmədə İddiaçı iddia qaldırdıqdan sonra, Aysel Cəbiyeva həmin əmlakların, qızıl-zinət əşyalarının və kürkün qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarından görünür ki, Aysel Cəbiyeva ilə Orxan Cəbiyev nikaha girdikdən sonra İddiaçı məxsus mənzildə, digər şəxslərlə deyil, ikisi yaşamışlar. Belə olan halda, qızıl-zinət əşyalarının və ya xəz kürkün mənzilin mülkiyyətçisi kimi qayınatadan tələb edilməsinə məhkəmə kollegiyası ağlabatan hesab etmir. Məhkəməyə təqdim edilmiş foto şəkillər qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etsə də, həmin əşyaların İddiaçı qanunsuz istifadəsində qalmasını təsdiq etmir. Şahid ifadəsinə gəldikdə isə yuxarıda adı qeyd olunan şahid şəxs Aysel Cəbiyeva ilə yaxın qohumluq münasibətində olan şəxsdir-anasıdır və onun qızıl-zinət əşyaları barədə dedikləri də qarşılıqlı iddia ərizəsinin bu hissədə təmin edilməsi üçün əsaslar yaratmır. Digər tərəfdən, qarşılqılı iddia üzrə cavabdehin şahidi həmin dəlillərinin əksini deyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu şikayət vermiş şəxsin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1792/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2760/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2760/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver