Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2781/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh Camaləddin oğlunun iştirakı ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-472/2018 saylı qərardadından Cavabdeh Camaləddin oğlunun şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-472/2018 saylı qərardadı ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh Camaləddin oğlu tərəfindən buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmış, Cavabdeh Camaləddin oğlu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsi ilə iddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh Camaləddin oğlundan 786,57 manat məbləğində verilmiş sığorta ödənişinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, eləcə də 7 manat notariat xərcinin əvəzinin, cəmi 823,57 manatın alınaraq “Bakı Sığorta” açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Camaləddin oğluSiyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-472/2018 saylı qərardadı iləSiyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən Cavabdeh Camaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə və müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyinə görə geri qaytarılması qərara alınmışdır. Cavabdeh Camaləddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini buraxmasının səbəbi onun müəyyən müddət Siyəzən şəhərində olmamasıdır. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-472/2018 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh Camaləddin oğlu tərəfindən buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh Camaləddin oğlu qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə onun heç bir məlumatı olmamışdır. Anası və ya özü heç bir poçt xəbərnaməsinə imza etməmişdir. Bunu məhkəmə iclasında dabildirmişdir. Məhkəmə onun söylədiyi faktları əsaslı hesab etmirdisə və sənədin uzun illər yataq xəstəsi olan anası və ya onun tərəfindən imza edildiyinə şübhəsi var idisə, imzanın kimə məxsus olmağını müəyyən etmək üçün ekspertiza keçirə bilərdi.O, məhkəmə qətnaməsini xx.xx.2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsindən imza etməklə özü almışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh Camaləddin oğlu şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı “Bakı Sığorta” açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərkən, cavabdehin qətnamənin surətini xx xxxxxxx 2018-ci il tarixdə almasına, cavabdehin apellyasiya şikayətini məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə biləcəyi ilə bağlı məlumatlı olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Cavabdeh Camaləddin oğluSiyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsinin surətini xx xxxxxxx 2018-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə şəxsən almışdır (İ/v-57). Göründüyü kimi, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)- 472/2018 saylı qətnaməsinin surəti Cavabdeh Camaləddin oğluna rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Cavabdeh Camaləddin oğlu tərəfindən Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni xx xxxxxxx 2018-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Cavabdeh Camaləddin oğlu tərəfindən Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2018-ci ilin noyabr ayının 6-da qurtarmışdır. İş materiallarından görünür ki, Cavabdeh Camaləddin oğlunun Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti xx xxxx 2020-ci il tarixdəSiyəzən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra Cavabdeh Camaləddin oğlu tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 1 il 8 ay 27 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 1 il 7 ay 27 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn, şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s. aid edilə bilər. Cavabdeh Əkbərov X1 Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini buraxmasını onun müəyyən müddət Siyəzən şəhərində olmaması ilə əsaslandırmışdır. Cavabdeh Camaləddin oğlu 1 il 8 ay 27 gün müddətində Siyəzən şəhərində olmaması barədə hər hansı sənədi ərizəsinə və qərardaddan şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh Camaləddin oğlu tərəfindən Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(059)-472/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti üzürsüz səbəbdən buraxılmışdır və müddətin bərpa olunması üçün əsaslar yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Camaləddinoğlunun şikayəti təmin edilməsin. İş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-472/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2781/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2781/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver