Məhkəmə qərarları › İş №2(105)-2843/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2843/2021

04.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2843/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X4, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 22.06.2014-cü il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 22.06.2014-cü il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının və tutulması üsulunun dəyişdirilərək hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 22.06.2014-cü il təvəllüdlü X3 və 28.06.2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 08.09.2013-cü il tarixdə el adəti ilə cavabdeh ilə ailə qurmuş, həmin münasibətlərindən 22.06.2014-cü il təvəllüdlü X6 və 28.06.2015-ci il təvəllüdlü X9 anadan olmuş, cavabdehin uşaqlarına münasibətdə atalığı isə müvafiq qeydiyyat orqanı tərəfindən təsdiq olunmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan tərəflər arasında baş vermiş münaqişələrə görə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailə daxilində əsassız yerə yaratdığı mübahisələrin iddiaçının və uşaqlarının sağlam yaşamasına mənfi təsir göstərməsi olmuşdur. O uşaqları ilə birlikdə halhazırda qardaşına məxsus olan Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar və onların bütün maddi xərclərini onun valideynləri və qardaşı ödəyir. Cavabdeh könüllü olaraq uşaqların maddi cəhətdən saxlanmasında heç bir kömək göstərmədiyinə görə aliment tələbi ilə bağlı o, məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Mənkəməsinin 17.10.2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 18.09.2018-ci il tarixdən başlayaraq 22.06.2014cü il təvəllüdlü X3 və 23.06.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamədən narazı qalan o apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, həm də hər bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsində məlum olmuşdur ki, cavabdehin rəsmi iş yeri və aylıq qazancı vardır. Həmin qətnamədən kassasiya şikayəti verilsə də Ali Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh ərizə yazaraq işdən çıxmış və hazırda isə yalnız bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat aliment ödəyir. O, maddi cəhətdən çətinlik çəkir, buna görə də həmin aliment məbləğinin artırılmasını zəruri hesab edir. Cəmi 140 manat məbləğində olan aliment məbləği ilə iki uşağın saxlanma xərclərini qarşılamaq mümkün deyildir. Bu məbləğ onun övladlarının saxlanılmasına, eyni zamanda hətta ehtiyac meyarının ödənilməsinə belə kifayət etmir. Eyni zamanda həmin məbləğ qanunvericiliklə müəyyən edilmiş məbləğdən azlıq təşkil etdiyindən, həmin məbləğin artırılaraq 2021-ci il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bir uşaq üçün 175 manata çatdırılmasını zəruri hesab edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Onun himayəsində olan yaşlı valideynləri də yaşamaga ehtiyacı vardır. Aliment verməkdən imtina etmir, sadəcə olaraq onun işsiz olmagını nəzərə alınmalı idi. İddiaçının ərizəsində göstərdiyi miqdarda onun aliment ödəmək iqtidarında olmagını nəzərə almamışdır. Bundan başqa uşagın saxlanılması onunla bərabər ananın da valideynlik borcudur və o həmin borcun yerinə yetirilməsi üçün heç də əlindən gələni etməmişdir. Abşeron Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(012)-3178/2021 saylı qətnaməsinin ləğv edərək, aliment məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi Y.B,Məmmədova apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasına və qətnaməni dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının bir valideyn kimi uşağın saxlanılmasında maddi köməklik göstərməsinə bir ata kimi borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İddia ərizəsindən və mülki işin materillarından görünür ki, tərəflər el adəti ilə 08 sentyabr 2013-cü ildə ailə qurmuş, onların bu nikahdan 22 iyun 2014-cü il təvəllüdlü Mirşahin və 28 iyun 2015-ci il təvəllüdlü Nuray adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(073)-2497/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 18 sentyabr 2018-ci ildən başlayaraq 22 iyun 2014-cü ildə dogulmuş X3 və 28 iyun 2015-ci ildə dogulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaga görə 80 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız oldugundan təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(073)-2497/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, 18 sentyabr 2018-ci ildən başlayaraq 22 iyun 2014-cü ildə dogulmuş X3 və 28 iyun 2015-ci ildə dogulmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, həm də hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli 2(073)-2497/2018 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanması, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(102)- 4715/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-766/2019 saylı iş üzrə 20 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «Uşaq hüquqları haqqında» 20.11.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12.11.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, uşaqların mənafeyini nəzərə alıb, iddianı təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin agır olması barədə gətirdiyi dəlili, iddianın rədd edilməsi üçün əsas ola bilməməsini qed edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 27 may 2021-ci il tarixli 2(012)-3178/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar