Məhkəmə qərarları › İş №2(105)-2845/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2845/2020

30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2845/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1592/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh aylıq qazanc və gəlirlərindən himayəsində olan yetkinlik yaşına çatmayan uşaqları X3 və X1 görə hər ay hər uşaq üçün sabit məbləğdə 170 manat olmaqla, cəmi 340 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ildə cavabdeh iş adı ilə Rusiyaya getmiş və orada qalıb yaşamağa başlamışdır. O, 2012-ci ildə nikahın pozulması və iki uşağın saxlanması üçün aliment tələbinə dair iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilmişdir. Cavabdeh üzərinə düşən aliment öhdəliyini yerinə yetirməmişdir və 2009-cu ildən uşaqları ilə ünsiyyəti olmamışdır, hazırda da yoxdur. 2020ci ilin mart ayından cavabdeh qayıdıb valideynlərinin yanına köçmüşdür. Lakin indiyə kimi uşaqları ilə ünsiyyətdə olmamışdır, həm də onlara heç bir qayğı və yardım etmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1592/2020 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, həmin məhkəmənin xx.xx.2013-cü il tarixli 2(067)- 280/2013 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi və Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddiasının tam təmin edilməsi barəsə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Apelyasiya baxışı zamanı iş üzrə İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1592/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina etdiyini bildirərək şikayəti üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli, apelyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qəbul edilməli və Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1592/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369,400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 1592/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1592/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar