Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-286/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndələri vəkillər Vəkil2, Vəkil1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin tutulması barədə ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment öhdəliyindən azad olunma barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(012)-1992/2022 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) ilkin iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 31 avqust 2006-cı il təvəllüdlü X6 və 24 dekabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 31 avqust 2006-cı ildə anadan olmuş X6 və 24 dekabr 2010-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 31 avqust 2006-cı il təvəllüdlü X6 və 24 dekabr 2010-cu il təvəllüdlü X11 dünyaya gəlmişlər. Cavabdehlə olan nikah Abşeron Rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli, 2(012)-187/2012 saylı qərarı ilə pozulmuşdur. Nikah pozulduqdan etibarən cavabdeh uşaqlarına heç bir maddi və mənəvi dəstək göstərməmiş, onların heç bir qayğılarını qarşılamamış və ümumiyyətlə azyaşlı uşaqlarla əlaqəni bir ata kimi pozmuşdur. Cavabdehin uşaqlara maddi dəstək ola biləcək qədər imkanı var və bu, onun atalıq borcudur. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı aliment öhdəliyindən azad olunma barədə qarşılıqlı iddia verərək, birgə nikahdan doğulmuş 31 avqust 2006-cı il təvəllüdlü X6 və 24 dekabr 2010- cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək aliment üzrə öhdəliyinin tam ödənilmiş hesab edilməsi və onun aliment ödəmək öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia bununla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 11 noyabr 2005-ci ildə nikaha daxil olmuşdur. Birgə nikahdan 31 avqust 2006-cı ildə X6 və 24 dekabr 2010-cu ildə X11 anadan olmuşlar. Cavabdehin xasiyyətinə görə faktiki olaraq ailə dağılmış və hələ 2-ci uşaq dünyaya gəlməmiş, nikah pozulmadan o, evi tərk edib getmişdir. Cavabdeh onun iş yerinə müxtəlif məzmunlu mənfi xarakterli məktublar, ərizələr yazmış, nəhayət onu iş yerindən - Fövqəladə Hallar Nazirliyindən çıxartdırmışdır. Bütün bunlardan sonra birgə yaşamağın mümkünsüzlüyünü nəzərə alaraq o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 14 iyun 2012-ci il tarixli 2(012)-187/2012 saylı qətnaməsi ilə nikah pozulmuş, 2 uşağın saxlanılması üçün əmək haqqının 1/3 hissəsi miqdarında alimentin alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra X7 ona qarşı sabit pul məbləğində alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hər bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Birgə nikah dövründə o, "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 saylı binanın 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzili öz vəsaiti hesabına almışdır. Həmin mənzilə görə o, 01 dekabr 2009-cu il tarixli mənzilin alqısatqı müqaviləsinə əsasən 30376,19 manat pulu 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Son qalıq pul olan 18188 manat pulu 2010-cu ildə tamamlamışdır. Buna dair ona maliyyə arayışı verilmişdir. Bundan başqa, həmin mənzilin təmirinə də pul xərcləmişdir. Təmir xərci ayrıca məbləğdir, mənzilin dəyərinə daxil deyildir. Eyni zamanda, birgə nikah dövründə Xırdalan şəhəri, Masazır yolunun altı - 1, bina 0001, mənzil 2819 ünvanında dəyəri hələ o dövrdə 100000 manat təşkil edən böyük 2 mərtəbəli, inşaat materialları və konstruksiyaları yüksək keyfiyyətdən ibarət olan, onun tərəfindən inşa edilən ev mövcud olmuşdur. Nikah pozulduqdan sonra cavabdeh ona qarşı "xxxx" ASC-nin Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7-ci km. məhəllə ünvanında yerləşən mənzilə görə müqavilə üzrə əldə olunmuş əmlakdan payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli, 2(012)-1855/2012 saylı qətnaməsi ilə Arzu İbrahimovanın iddiası rədd edilmişdir. Arzu İbrahimova şikayətlər versə də, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Eyni zamanda o da Masazır qəsəbəsində yerləşən evə çəkilmiş xərc üzərində payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, "xxxx" ASC-nin inşa etdiyi evə köçürülməsinə, Arzu İbrahimovaya kompensassiya ödənilməklə, istifadə hüququna xitam verilmısinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə onun həmin mənzilə köçürülməsi hisəsində iddiası təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7- ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzili üzərində qətnamə ilə tam hüququ, eyni zamanda Masazır qəsəbəsində yerləşən birgə nikah dövründə tikintiyə çəkilən xərcin yarısına isə faktiki hüququ mövcud olmuşdur. Alimenti vaxtlı - vaxtında ödəmişdir. Aliment işi Abşeron rayon İcra Şöbəsində icra edilirdi. İcra işi Abşeron Rayon Məhkəməsində olarkən, bir müddət sonra 2016-cı ildə cavabdeh özü ona müraciət edərək belə bir təklif etdi ki, alimentlə bağlı razılığa gəlsinlər, uşaqların yetkinlik yaşına çatanadək alimentin onun tərəfindən ödənilməsi öhdəliyi - "xxxx" ASC-də yerləşən evdən tam surətdə cavabdeh X2 xeyrinə imtina etməsi, eyni zamanda Masazır qəsəbəsində yerləşən evə çəkilmiş xərcin bölünməsinə dair iddiasını geri götürməsi ilə əvəzləşdirsin. Bunun müqabilində cavabdehin ona qarşı alimentlə bağlı heç vaxt tələbi olmayacaqdır. Cavabdehin bu təklifi ilə razılaşmış, "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7- ci km məhəllə ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 12-ci blok, 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 45,47 kv.metr olan 24 saylı 1 otaqlı mənzili üzərində bütün hüquqlarının, payının cavabdeh Arzu İbrahimovanın adına keçməsinə razılıq vermişdir. Masazırdakı evlə bağlı iddianı isə tələb etməmiş, iddiası baxılmamış saxlanılmışdır. Bütün bunların müqabilində tələbkar Arzu İbrahimova 02 mart 2016-cı il tarixdə İcra Şöbəsində 23 noyabr 2012-ci il tarixli 2012)- 1869/2012 saylı icra vərəsinin icrası ilə bağlı borclu tərəfindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment borcunun tam ödənilməsini bildirməklə, icra vərəqi üzrə icraata xitam verilməsini xahiş etmiş, gələcəkdə alimentlə bağlı hər hansı iddiasının olmayacağını qeyd etmişdir. Bütün bunlar yazılı təsdiq edilmiş surətdə aparılmışdır. Onun "xxxx" ASC-yə yazdığı ərizə ilə, cavabdeh Arzu İbrahimovanın icra şöbəsinə yazdığı ərizə eyni tarixdə olmuşdur. Bununla da alimentlə bağlı məsələ tamamlanmış, iş üzrə icraata xitam verilmiş, 2016-2022-ci illər ərzində onu alimentə görə narahat edən olmamışdır. Hər iki mənzilə dair hüquqlarını tələb etməmiş, cavabdehin xeyrinə uşaqlarına görə paylarından imtina etmiş, mənzillər üzərində olan hüquqlarını cavabdehlə əldə edilən razılığa əsasən, aliment öhdəliyi ilə əvəzləşdirmişdir. Lakin hazırda İddiaçı alimentlə bağlı yenidən müraciət etməsi onu qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Cavabdehlə aralarında alimentlə bağlı razılıq olmuş, o, mənzillərə dair hüquqlarını aliment öhdəliyi ilə hələ 2016- cı ildə əvəzləşdirmişdir. Göründüyü kimi, cavabdeh hüquqlardan sui-istifadə edir, üstəlik məhkəməyə yalan məlumatlar verir. Belə ki, iddia ərizəsində alimentlə bağlı onun guya uşaqlara yardım etmədiyi bildirilir. Lakin alimentlə bağlı iki məhkəmə qətnaməsinin olmasını, 2016-cı ildə aralarında razılığın olmasını, alimentdən imtina etməsini göstərməmişdir. O, hüquqlarını əvəzləşdirdiyi mənzillər üzrə hüquqlarını gerçəkləşdirsə idi, həmin mənzilləri kirayə verib, aliment pulunu asanlıqla ödəyərdi, həm də mülkiyyət hüququnu qoruyub saxlayardı. Cavabdeh isə həmin mənzili kirayə verərək, həm də mənzildən kirayə pulundan illərlə faydalanmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, İddiaçı iddiasını rədd edib, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamışdır. Onun qarşılqılı iddia üzrə təqdim etdiyi sübutlara biganə yanaşmış, onlara heç bir qiymət verməmişdir. Məhkəməyə payından imtina barədə sənəd təqdim etmişdir. Məhkəməyə cavabdeh İddiaçı alimentdən imtinası, gələcəkdə heç bir iddiasının olmayacağına dair ərizəsi təqdim edilmişdir. Məhkəməyə aliment üzrə icra icraatına xitam verilməsinə dair qərardad təqdim edilmişdir. Məhkəməyə mənzilin tam mülkiyyət hüququ əsasında İddiaçı adına özəlləşdirilməsi barədə mülkiyyət sənədi təqdim edilmişdir. Məhkəməyə əmlakın satılmasına dair notariat sənədi təqdim edilmişdir. Abşeron Rayon Məhkəməsi onun təqdim etdiyi sübuta münasibət bildirərək qeyd etmişdir ki, ev payından imtina etməyi məhz alimentlə bağlı olmasına dair legitim sübut yoxdur. Lakin Məhkəmə Kollegiyasının nəzərinə çatdırır ki, Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilir ki, mənzil payından imtina ilə cavabdeh aliment paylından imtinası məhz eyni tarixdə olmuş, hətta cavabdeh İddiaçı aliment tələbinin tam ödənilməsini, gələcəkdə heç bir şikayət və tələbinin olmayacağına dair müraciət ərizə mövcuddur. Məhz bu sənədlərin nəticəsində icra sənədinə icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən xitam verilmişdir. Məhz bu sənədlər elə alimentlə bağlı sazişi bir daha təsdiq edən legitim sənədlərdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafın nəzərə alması, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qarşılıqlı iddiaçının qeyd etdiyi halların məhz birgə nikahdan doğulmuş uşaqların aliment öhdəliklərindən azad olunma səbəbi ilə edildiyi barədə işdə hər hansı legitim sübutun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı nəticəni mübahisələndirərək, apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıdakılara əsasən qanuni və əsaslıdır. İlkin iddia tələbi alimentin tutulması, qarşılıqlı iddia tələbi aliment üzrə öhdəliyinin tam ödənilmiş hesab edilməsi və onun aliment ödəmək öhdəliyindən azad olunması barədədir. Baxılan iş üzrə ilkin iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1. maddəsi, qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 107.2. maddəsi təşkil edir. İlkin İddiaçı ilə Cavabdeh 11 noyabr 2005-ci ildə nikaha daxil olması və onların birgə nikahlarından 31 avqust 2006-cı il təvəllüdlü X6 və 24 dekabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlməsi, aralarında olan bu nikahın Abşeron Rayon Məhkəməsinin 14 iyun 2012ci il tarixli qətnaməsi ilə pozulması, hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin tutulması və qətnamənin icrası ilə bağlı icra sənədi üzrə icra icraata məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə xitam verilməsi işin mübahisəsiz halıdır. uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, 34-cü maddəsinin İV hissəsi). Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 18-ci maddəsinin 1-ci bəndinə görə bu məsuliyyət hər iki valideyn üçün, onların harada yaşamalarından asılı olmayaraq ümumi və məcburi olmalıdır. Konvensiya bu məsuliyyəti “əsas” hesab edir. Valideynlərin uşaqlarının hüquq və mənafelərinin təmin edilməsinə görə məsuliyyətinin xüsusi əhəmiyyəti bununla müəyyən olunur. Eyni zamanda, uşağa görə məsuliyyət hissinin formalaşmasına, uşağın tərbiyəsinə təsir göstərir. Ailə tərbiyəsinin keyfiyyəti əhəmiyyətli dərəcədə onun tam olmadığından asılıdır. Həmin konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosila inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafeylərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri). Həmin Məcəllənin 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Tərəflərin rəsmi nikahından olan 31 avqust 2006-cı il təvəllüdlü X6 və 24 dekabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün 193 manat olmaqla ümumilikdə 386 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bütün maddi və mənəvi yükün ananın üzərində qalması, ilkin iddiaçının mənafeyinin əsaslı şəkildə məhdudlaşdırılmasını qaçılmaz edir. Halbuki övladın saxlanılması üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehdən ilkin İddiaçı xeyrinə İbrahim və Yusif adlı övladlarının saxlanılması üçün alimentin tutulması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə gəldikdə isə qeyd edir ki, qanunun mənasından da göründüyü kimi aliment ödəməli olan şəxs o halda borcları ödəməkdən azad edilə bilər ki, şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə bu borc əmələ gəlsin və ailə, maddi vəziyyəti bu borcu ödəməyə imkan vermədiyi məhkəmə tərəfindən müəyyən edilsin. Ailə Məcəlləsinin 107.2. maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Lakin hazırkı işdə belə hal müəyyən edilməmişdir. İşdən göründüyü kimi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment tələbi barədə icra sənədi üzrə icraata xitam verilmişdir. Bu iddiaçıya müstəqil şəkildə aliment ödənilməsi barədə iddia qaldırmasının istisna etmədiyindən, ilkin iddiaçı hazırda müstəqil qaydada aliment tələbi ilə bağlı müraciət etmişdir. Bu mənada məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qarşılıqlı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə müvafiq olaraq qarşılıqlı iddiasının əsaslı olmasını sübuta yetirə bilməmişdir. Qarşılıqlı iddiaçının alimentin əvəzinə 1 otaqlı mənzilin ona məxsus payı ilə əvəzləşdirilməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 109.1. maddəsinə əsasən aliment başqa qarşılıqlı tələblərlə hesablaşmağa cəlb edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası şikayətin bu dəlili ilə də razılaşmır və hesab edir ki, bu qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-286/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-286/2023
08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver