Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2867/2020 26.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3271/2020 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3271/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı ödənilməmiş alimentin ləğv olunması və yeni ödəniş qrafikinin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddianı təmin tədbiri barədə Abşeron rayon İcra şöbəsinə məhkəmənin yekun qətnaməsi çıxarılana qədər yığılıb qalmış alimentin ödənilməsinin tələb edilməsinin qadağan olunması barədə vəsatəti rədd edilmiş, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki,İddiaçıiddia ilə məhkəməyə müraciət edərəkyığılıb qalmış 4710 manat aliment qalığının ləğv olunması, bundan sonra ayda 250 manat olmaqla yeni qrafikin müəyyən olunması, Gülərin onun soyadından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra şöbəsinə məhkəmənin yekun qətnaməsi çıxarılana qədər yığılıb qalmış alimentin ödənilməsinin tələb edilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi üzrə məhkəmənin hazırlıq iclası keçirilmiş, məhkəmə baxış iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Buna baxmayaraq o, alimentin ödənişini gecikdirmədən, vaxtlı-vaxtında ödəniş edir. İcra məmurları onun savadsızlığından, latınca oxuya bilməməsindən istifadə edərək, hansısa sənədə imza etdirmişlər. Onun anası, həmçinin etibarnamə üzrə nümayəndəsi sonradan öyrənmişdir ki, icra məmurları ona yığılıb qalmış pulun tam olaraq yaxın günlərdə ödəməyə görə iltizama imza çəkdirmişlər. İndi isəəgər pulu tam ödəməsə, icra məmurları onu həbs etdirəcəklərinideyirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə vəsatəti rədd edərkən əvvəlki qətnamənin icrasının dayandırılmasının qeyrimümkün olmasını əsas götürmüşdür. Halbuki, burada əvvəlki qətnamənin icrasının dayandırılmasından deyil, iddianıtəmin tədbirindən söhbət gedir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və vəsatətin təmin edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 şikayətdə göstərilənlərə uyğun izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi yığılıb qalmış 4710 manat aliment qalığının ləğv olunması, bundan sonra ayda 250 manat olmaqla yeni qrafikin müəyyən olunması, Gülərin onun soyadından çıxarılması barədədir. İddiaçı iddianın təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra şöbəsinə məhkəmənin yekun qətnaməsi çıxarılana qədər yığılıb qalmış alimentin ödənilməsinin tələb edilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə vəsatəti rədd edərək vəsatətin təmin olunmasının Abşeron Rayon Məhkəməsinin 2(012)-250/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin icra olunmasını qeyri-mümkün etməsinə, mülki iş üzrə məhkəmə mübahisəsi bitənə kimi iddiaçının iddianı təmin tədbiri barədə vəsatətinin təmin edilməsinin qarşı tərəfin hüquq və mənafelərinə zidd olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-250/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx xxxxxx 2005-ciil təvəllüdlü Eyubov Rəşad Eldar oğlunun və xx xxxx 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ödənilmək şərti ilə hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment İddiaçı tutulub Cavabdeh verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbirinə dair vəsatətin təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddianı təmin tədbiri faktiki olaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-250/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin icrasının dayandırılmasına yönəlmişdir və bu da iki azyaşlı uşağın hüquq və mənafelərinin pozulmasına gətirib çıxarardı. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3271/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2867/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2867/2020
26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver