Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-287/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6, X5 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X21 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-753/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, X2 və Cavabdeh3 Ehtibar qızından hər ay hər övladından ödənilməklə 400 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər dogma övladlarıdır. O, hazırda mərhum atasının adında olan evdə tək yaşayır. 1966-cı ildə anadan olmuşdur. Onkoloji bədxassəli xəstədir. 2017-ci ildə əməliyyat olunmuşdur. Hazırda tək yaşayır. Həyat yoldaşı ilə hal-hazırda boşanma işləri Xaçmaz Rayon Məhkəməsindədir. Aldığı təqaüd yalniz iynə-dərmanlarına zorla çatır. Cavabdehlər ailələri ilə birlikdə başqa ünvanda yaşayirlar. Cavabdehlərdən Ehtiram və İntiqam hazırda müddətdən artıq hərbi xidmətdə işləyirlər, hər ay təxminən 800 rnanatdan çox əmək haqqı alırlar. Buna baxmayaraq, oğlanları onunla qətiyyən rnaraqlanmirlar. Onları hazırda işlədikləri iş yerlərinə də o, qoymuşdur.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-753/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehlər X1 və X2 hər ay 150 manat, Cavabdeh3 Ehtibar qızından isə hər ay 100 manat aliment alınaraq İddiaçı verilməsi, cavabdehlər X1 25 manat, X2 25 manat və Cavabdeh3 Ehtibar qızından 18 manat olmaqla, mütənasib qaydada ümumilikdə 68 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, onkoloji xəstə olan və əmək qabiliyyəti olmayan iddiaçının maddi imkanı qənaətbəxş hesab edilə bilməz, eyni zamanda əmək qabiliyyəti olan cavabdehlərin maddi vəziyyəti qənaətbəxşdir. Belə ki, onlardan X7 və X8 müddətdən artıq hərbi xidmətdə işləyirlər. Belə olan halda cavabdehlər maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan ataları İddiaçı saxlamağa və ona qayğı göstərməyə borcludur. Bununla əlaqədar məhkəmə həmçinin cavabdeh X4 iddianı qismən qəbul etdiyini və hər ay iddiaçıya 100 manat vəsait ödəməyə etiraz etmədiyini də nəzərə alır.
6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 82-ci maddəsinə istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh3 Ehtibar qızı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-753/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın ona münasibətdə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Cavabdeh3 13 iyun 2015-ci il tarixdə X17 ilə ailə qurmuşdur. AZ-İİ № 053045 reyestr nömrəli nikah haqqında şəhadətnamə bu faktı təsdiq edir. Onun Xaçmaz Rayon Məhkəməsində belə bir iddianın qaldırılmasından, ona bildiriş göndərilməsindən heç bir xəbəri olmamışdır. Onun qeydiyyat ünvanının ünvan 1 X17 ilə ailə qurduqdan sonra, yəni 2015-ci ildən etibarən Bakı şəhərində yaşamağa başlamışdır. Buna görə də ona çatdırılmış heç bir məhkəmə bildirişindən, qətnaməsindən xəbəri olmamışdır. O, minimum əmək haqqı ilə çalışır. Birgə nikahdan doğulmuş 2 uşağı var. Uşaqlardan biri çəpgözlükdən əziyyət çəkir. Eyni zamanda əri X17 ailəni təkbaşına dolandıra bilmir. Aldığı əmək haqqı ailəni dolandırmaq üçün kifayət etməməsinə baxayaraq, onun əmək haqqından icra qaydasında tutulmalar baş tutmuşdur. Yalnız bundan sonra o maraqlanmış və ona məlum olmuşdur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-753/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ondan hər ay 100 manat alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Qeyd edilən hallar nəticəsində ailəsində söz-söhhbət yaranmış, həyat yoldaşı ilə münasibətləri korlanmışdır. İcra yolu ilə tutulan aliment nəticəsində o, uşaqlarına kifayət qədər qayğı göstərə bilmir. Bundan başqa Xaçmaz Rayon Məhkəməsinin 2(067)753/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində qardaşı X8 öz çıxışında qeyd etmişdir ki, “iddiaçı onun atasıdır. Atası onu böyütsə də aralarındakı münasibətlər çoxdandır pozulub. O və qardaşı İntiqam müddətdən artıq hərbi xidmətdə işləyirlər, 700 manat əmək haqqı alırlar. O, subaydır, qardaşı İntiqam isə ailəlidir. Həmçinin bacısı Ceyranxanım da ailəlidir və uşağı çəpgözlükdən əziyyət çəkir. Əslidə o, atasına yardım etməyə borclu deyildir. Onun özünün borcları vardır. Amma yenə də istəyir ki, məsələ sülh yolu ilə bitsin, ona görə də atasına hər ay 100 manat yardım etməyə etiraz etmir”. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-753/2024 saylı, xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə onun qardaşlarının hər birindən 150 manat aliment tutulması qət olunmuşdur və cavabdehlər buna etiraz etməmişlər. O, alimenti qarşılamaq iqtidarında deyil. Onun öz azyaşlı övladlarını saxlamaq, qayğılarına qalmaq borcu vardır. Digər cavabdehlər alimenti qarşılayırlar. Onlardan kifayət qədər aliment alınır. Bu səbəbdən onun üzərindən aliment öhdəliyinin götürülməsi daha məqsədə uyğun olar. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat təşkil etmişdir. Belə ki, 2024-cü il üçün əhalinin yaşayış minimumu üçün müəyyən olunmuş miqdar 270 manatdır və Xaçmaz Rayon Məhkəməsinin 2(067)-753/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qardaşları X7 və X8 birlikdə iddiaçı üçün 300 manat aliment ödəyirlər. Eyni zamanda onun özünün, ərinin və uşaqlarının da yaşayış minimumunu nəzərə almaq vacibdir. Özü minimum əmək haqqı ilə marketdə çalışır və ailəsinin, uşaqlarının qayğısına qalmağa çalışır. Yaranmış bu vəziyyət onun ailəsində maddi çətinliyin artmasına səbəb olmaqla söz-söhbətin yaranmasına gətirib çıxarır. Digər cavabdehlər X7 və X4 iddiaçının saxlanması üçün öz aliment öhdəliklərini icra etməsinidə nəzərə alaraq Cavabdeh3 münasibətdə alimentin alınmasının dayandırılması daha məqsədəuyğun olardı.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilməmişdir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs məhkəmə iclaslarından məlumatı olmamışdır. Onun qeydiyyatı Xaçmaz rayonu olsa da 2015-ci ildən ailə qurdurdan sonra Bakı şəhərində yaşayır. Cavabdeh “Oba” marketdə işləyir, 300 manat əmək haqqı alır. İcra qaydasında əmək haqqısından pul tutulanda məlum olmuşdur ki, atası ondan aliment istəyir. Məhkəmə iclasında iddiaçının oğlu bildirib ki, hər ikisi hərbiçidir, 700 manat əmək haqqı alırlar. Təmsil etdiyi şəxsin 2 övladı var, övladı gözündən müalicə olur, digər xəstəlikləri də vardır ki, fiziki qüsurlu uşaqları var. 1 ildən bir, 6 aydan bir fiziki müayinə olunmalıdır. Uşaqlarına xərcləri çox olur. Qardaşları da bildiriblər ki, onlardan tutulsun, bacılarından aliment tutulmasın. Bu səbəbdən təmsil etdiyi şəxsə münasibətdə qətnamənin ləğv edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məhkəmə iclasları barədə qızının qeydiyyatda olduğu ünvana məktub göndərilir, məktub qaynanası tərəfindən qəbul edilib. Qardaşları da məhkəmə iclasları barədə məlumatları olub. 2017-ci ildə onkoloji xəstəlikdən əməliyyat olub. Ağrıkəsici dərmanlarla yaşayır. Beynində, ciyərlərində, qida borusunda xəstəliklə bağlı ocaqlar var. Qızından 100 manat tələb edir. Tək yaşayır, övladları ona baxmış və hər hansı bir yardım göstərmir. 150 manat təqaüd alır. Qətnaməniin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X7 və X8 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. XVİİ-JQ seriyalı 420228 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.1993-cü ildə doğulmuşdur. Onun atası İddiaçı, anası isə X11r.
14. XVİİ-JQ seriyalı 334556 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1992-ci ildə doğulmuşdur. Onun atası İddiaçı, anası isə X11r.
15. XİX-JQ seriyalı 258584 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 xx.xx.1995-ci ildə doğulmuşdur. Onun atası X15, anası isə X10r
16. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı mediasiya prosesində iştirak üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir.
17. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən “Sidik kisəsinin Cr+i. Sidik kisəsinin TUR-si." diaqnozu iİə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında həkim-onkoloqun qeydiyyatindadir.
18. Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsinin xx.xx.2020-ci il tarixli protokolundan müəyyən olunur ki, İddiaçı Eritemli qastropatiya.Diafraqmanin qida borusunun dəliyi yırtığı fonunda reflyuks ezofagit aşka edilmişdir.
19. xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasinda sonuncu müayinəyə dair məlumatından müəyyən olunur ki, İddiaçı sidik kisasinin yuxarıda göstərilən bir və ya bir neçə İokaİizasiyasindan kanara çixmaqla zədələnməsi, sidik kisəsinin xərçəngi. pT1N0M0 İ (birinci) mərhələ. Gi. Sidik kisəsi TUR cərrahi əməliyyatından (xx.xx.2017) və 4 kurs sidik kisəsi daxili MKT-dan sonrakı vəziyyət. Patositomorfologiya:17207/2017-urotelial karsinoma, İovv grade, Lamina propria sirayet, azala qatu infakt diaqnozu qoyulmuşdur.
20. Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindn çıxarışdan müəyyən olunur ki, İddiaçı üzərində xx.xx.2017-ci il tarixdə sidik kisəsinin xərçəngi ilə əlaqədar TUR əməliyyat icra olunmuşdur. 21.“Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı 150 manat məbləğində pensiya alır.
22. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, cavabdeh X3 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı-kassır vəzifəsində işləyir, 400 manat əmək haqqı alır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Ailə Məcəlləsi
82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
24. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
25.Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26.Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-753/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh3 apellyasiya şikayətinə aid hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh3 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Hazırki işin hallarına əsasən iddiaçı onkoloji xəstəlikdən əziyyət çəkməklə, tək yaşayır və gəliri yalnız 150 manat müavinətdən ibarətdir. Qeyd olunan məbləğlə isə iddiaçının minumum qida ehtiyacını, aylıq məişət xərclərini qarşılaması məhduddur. Şübhəsiz haldır ki, onkoloji xəstəlikdən əziyyət çəkən şəxs müalicəsi ilə bağlı əlavə xərclərə məruz qalmaqdadır. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı-kassır işləməklə aylıq gəliri, 400 manat əmək haqqından ibarətdir. Həmçinin, işin hallarından da görüdüyü kimi cavabdehin əri də işləməklə ailəyə gəlir gətirməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələb edilən 400 manat aliment məbləğinin 100 manatını Cavabdeh3 tutmaqla düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-753/2024 nömrəli qətnaməsi Cavabdeh3 Ehtibar qızına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh3 Ehtibar qızının apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-753/2024 nömrəli qətnaməsi Cavabdeh3 Ehtibar qızının apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.