Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2882/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın ananın yanında qalmasının müəyyən edilməsi və onun saxlanılması üçün alimentin tutulması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1999/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2011-ci ildə doğulmuş Ülkər adlı uşağın yaşayış yerinin onun yanında müəyyən edilməsi və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 170 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1999/2020 saylı qərardadı ilə (hakim İ.Xəlilov) İddiaçı Cavabdeh qarşı birgə nikahdan doğulmuş uşağın ananın yanında qalmasının müəyyən edilməsi və onun saxlanılması üçün alimentin tutulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Qərardaddan narazı qalan İddiaçı ondan şikayət vermiş, qərardaddın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1999/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad əsassızdır. Belə ki, Cavabdeh ona qarşı birgə nikahdan doğulmuş uşağın himayəyə verilməsi və aliment ödənişindən azad edilmə tələbinə dair iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-276/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur və Ali Məhkəmə bu qətnaməni dəyişdirmədən saxlamışdır. Həmin mülki işin materiallarından da görünür ki, Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 onun tərəfindən internat məktəbə yerləşdirilmişdir, ona qayğı göstərmir və s. Hazırki iddia tələbi isə uşağın himayəyə verilməsi barədə deyil, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbə barədədir. Nəhayət iddia ərizəsindən də göründüyü kimi, uşaq faktiki olaraq onun yanında yaşayır və hazırda Xaçmaz şəhər 7 saylı tam orta məktəbin Azərbaycan bölməsinin 4-cü sinfində təhsil alır. Bu barədə məktəb direktorunun xx.xx.2020-ci il tarixli rəsmi arayışı da ərizəyə əlavə olunmuşdur. Bu hallara məhkəmə düzgün qiymət verməmiş, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qanunsuz qərardad qəbul etmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli və iddia ərizəsi icraata götürülərək baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edib onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı, qərardadın qanuni olduğunu göstərərək şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti MKTİ-nin 478 saylı, xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qızı Ülkərlə (2011-ci il təvəllüdlü) birlikdə yaşayır. Yenə iş materiallarında olan Xaçmaz şəhər A.Səlimov adına 7 saylı tam orta məktəbin xx xxxxxxxx 2020-ci il tarixli, 1 saylı arayışından görünür ki, X4 həmin məktəbin 4-cü sinfində təhsil alır. Yenə də iş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının xx xxxxxxx 2019-cu il tarixli, 19 saylı protokolundan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 Quba rayon Zərdabi qəsəbəsində yerləşən internat müəssisəsindən geri alınaraq anası İddiaçı himayəsinə qaytarılmasına icazə verilmişdir. İşdə olan Ali Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(102)-521/2020 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qərardan görünür ki, Dadaşov X1 Arifə Hüseyn qızına qarşı xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Ülkər adlı uşağın onun himayəsinə verilməsi və onun aliment ödənilməsindən azad edilməsi barədə iddia qaldırmış, bu iddia apelyasiya instansiya məhkəməsinin qətnaməsilə təmin edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1999/2020 saylı qərardadı ləğv edilməlidir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı tələbində onların birgə nikahından xx.xx.2011-ci ildə doğulmuş Ülkər adlı uşağın yaşayış yerinin onun yanında müəyyən edilməsini və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 170 manat alimentin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən ona əsaslanmışdır ki, hazırkı iddia tələbi üzrə eyni tərəflər arasında cavabdehin iddiaçıya qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentdən azad olunma tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(067)-276/2019 saylı qətnaməsi vardır və həmin qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)0- 521/2020 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu zaman məhkəmə MPM-nin 153.2.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad mövcud qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığından ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edir. Qeyd edildiyi kimi, daha əvvəllər Dadaşov X1 Arifə Hüseyn qızına qarşı xx xxxxxx 2011-ci il tarixdə doğulmuş Ülkər adlı uşağın onun himayəsinə verilməsi və onun aliment ödənilməsindən azad edilməsi barədə iddia qaldırmış, bu iddia apelyasiya instansiya məhkəməsinin qətnaməsilə təmin edilmişdir. Bu iddianı qaldırarkən Cavabdeh azyaşlının anası tərəfindən az qayğı göstərilməsinə və onu Quba rayon Zərdabi qəsəbəsində yerləşən internat müəssisəsində yerləşdirməsinə istinad etmişdir. Hazırkı işdə olan Xaçmaz rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının xx xxxxxxx 2019-cu il tarixli, 19 saylı protokolundan isə görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 rayon Zərdabi qəsəbəsində yerləşən internat müəssisəsindən geri alınaraq anası İddiaçı himayəsinə qaytarılmasına icazə verilmişdir. Başqa sözlə hər iki mübahisə üzrə tərəflər və mübahisə predmeti eyni olsa da, əsaslar müxtəlifdir. Buna görə də məhkəmənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsaslanmaqla iddia ərizəsinin qəbulundan imtina etməsi qanunsuzdur və bu hal, məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1999/2020 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1999/2020 saylı qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2882/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2882/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver