Məhkəmə qərarları › İş №2(105)-289/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-289/2021

03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-289/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilib, Cavabdeh 1 ədəd «Roza» yataq mebeli - 1100 manat, 1 ədəd stenka mebeli - 800 manat, 1 ədəd miz (stol) 6 ədəd kürsü(stul) ilə birlikdə - cəmi 220 manat, 1 ədəd mətbəx mizi (stol) 6 ədəd kürsü (stol) ilə birlikdə - 80 manat, 1 ədəd jurnal mizi (stol) - 30 manat, 1 ədəd televizor mizi (stol) - 80 manat, 1 ədəd «Nord» soyuducu - 400 manat, 1 ədəd «Daewoo» paltaryuyan maşın (7 kq-lıq) - 1100 manat, 1 ədəd «Vestel» tetevizoru - 370 manat, 1 ədəd «LG» dividi ilə birlikdə vidiomaqnitofon- 100 manat, 1 ədəd «X9» markalı elektrik ət maşını- 70 manat, 1 ədəd «İtimat» markalı elektrik sobası - 100 manat, 1 ədəd şirəçəkən - 50 manat, 1 ədəd mikser-20 manat, 1 ədəd soğançəkən - 10 manat, 1 ədəd elektrik gecə lampası, cəmi - 50 manat, 2 ədəd çilçıraq, cəmi - 90 manat, 3 ədəd buxarlı eletrik ütüsü, cəmi 110 manat, 1 ədəd Fen - 70 manat, 1 ədəd «Tefal» çaynik - 20 manat, 1 dəst 60 əşyadan ibarət göy rəngli «Madonna» qab-qacağı - 500 manat, 1 dəst 60 əşyadan ibarət «Roza» qab-qacağı - 80 manat, 6 fincandan ibarət 1 çay dəsti - cəmi 15 manat, 12 fincandan ibarət 1 çay dəsti - 150 manat, 6 ədəd büllur (xrüstal) bakallar - 30 manat, 12 ədəd rəngli bakallar - 60 manat, 6 stəkan və 1 qrafindən ibarət dəst - 30 manat, çamadanda stəkan dəsti -50 manat, 6 ədəd büllur (xrüstal) sok stəkanları - 30 manat, 5 ədəd büllur (xrüstal) meyvə qabı, cəmi - 60 manat, 4 ədəd göy rəngli «Madonna» meyvə qabı, cəmi - 80 manat, ağ rəngli «Madonna» kafe dəsti - 15 manat, 30 ədəd şüşə rozetkalar (mürəbbə nəlbəkisi), cəmi - 25 manat, 12 ədəd kiçik stəkanlar, cəmi - 6 manat, 6 ədəd böyük «Madonna» kasalar, cəmi 36 manat, 1 ədəd şüşə qrafin - 5 manat, 1 ədəd çərəz qabı - 10 manat, 12 ədəd şüşə kassa, cəmi - 60 manat, 2 ədəd şüşə qənd qabı, cəmi - 6 manat, 4 ədəd tava - 60 manat, 6 ədəd dəmir çaydanlar, cəmi - 90 manat, 1 ədəd şüşə dəm çayniki - 15 manat, 5 predmetdən ibarət 1 dəst şirəli qazan - 40 manat, 6 ədəd bıçaq, cəmi - 15 manat, bıçaq və qaşıq dəsti (52 ədəd), cəmi - 50 manat, 6 ədəddən ibarət fincan dəsti - 15 manat, 3 ədəd pərdə, cəmi 90 manat, 1 qutuda dini əşyalar ( şarf- 2 ədəd, namaz papağı- 2 ədəd, möhür 3 ədəd, təsfeh 6 ədəd), cəmi - 20 manat, çeşidli plastik mətbəx əşyaları (aşsüzən, xəmiryoğuran və s.) - 30 manat, 23 ədəd dəmir və plastik paltarasan, cəmi - 40 manat, müxtəlif mətbəx əşyaları (ələk, taxta qaşıqlar və s.),cəmi - 40 manat, 4 ədəd plastik vedrə və 5 ədəd plastik qazanlar, cəmi - 40 manat, 2 ədəd böyük aş qazanı, cəmi - 60 manat, 3 ədəd 3x4 metr ölçüdə xalçalar, cəmi - 450 manat, 1 ədəd 4x2,5 metr ölçüdə kavrolit- 30 manat, 3 ədəd 1,5x2 metr ölçüdə kiçik xalçalar, cəmi - 30 manat, 3 ədəd ədyal, cəmi - 90 manat, 1 dəst divan və kreslo üzü, cəmi - 40 manat, 2 ədəd mütəkkə, cəmi - 10 manat, 21 ədəd döşəküzləri (navoloçka), cəmi -105 manat, 3 ədəd 1 nəfərlik döşəklər, cəmi -300 manat, 1 ədəd ikinəfərlik döyük döşək - 150 manat, 1 ədəd ikinəfərlik, 4 ədəd birnəfərlik yorğanlar, cəmi 340 manat, 6 ədəd dəsmal, cəmi - 30 manat, 6 ədəd qalın ədyal, cəmi 50 manat, 2 ədəd iri yataq ədyalları, cəmi - 80 manat, 26 ədəd yastıq üzü (navoloçka), cəmi 110 manat, 4 ədəd xəmiryayan taxta, cəmi 20 manat, 2 ədəd oxlov, cəmi 4 manat, 1 ədəd dəmir odun peçi - 30 manat, 1 ədəd kiçik mürcü - 30 manat, 6 dəst ikinəfərlik, 10 dəst birnəfərlik yataq komplektləri, cəmi 300 manat, 1 ədəd xənçər formasında şüşə fiqur - 20 manat, 15 ədəd kasetlər, cəmi 15 manat, 30 ədəd disklər, cəmi 30 manat 13 ədəd böyük yastıq (poduşka), cəmi - 390 manat adlı cehiz əmlakların alınaraq İddiaçı verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qızıl-zinət tələbinə dair hissədə təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilib, İddiaçı 12 qram 583 əyyarlı qızıl üzük, 10 ədəd kəhrəba və Cavabdeh aid şəxsi şəkillərin alınıb, Cavabdeh verilməsi və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsinin qismən ləğv edilərək 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2007-ci il tarixdə bağlanmış nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3741/2019 saylı qətnaməsi ilə rəsmi qaydada pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il tarixdə Əli və xx.xx.2008-ci il tarixdə Həmid adlı iki nəfər uşaqları onun himayəsində saxlanmışdır. Gəlin köçərkən cehiz əşyalarını Cavabdeh yaşadığı X6 qəsəbəsi, Xəzri adlanan yaşayış sahəsində yerləşən 2 yaşayış otağından ibarət fərdi yaşayış evinə yerləşdirmişdir. Toy ərəfəsində cavabdehin qohumları tərəfindən ona həddiyə olaraq 3 ədəd qızıl üzük və digər qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Nikahları pozulmazdan əvvəl qaynanası X5 ona məxsus qızıl-zinət əşyaları olan 3 ədəd qızıl üzükləri bildiyinə görə «xxxx» ASC-yə girov qoyub kredit pul götürmüşdür. Ümumiyyətlə əvvəllər qaynanası ona məxsus həmin 3 ədəd qızıl üzükləri bir neçə dəfə banklara girov qoyub kredit pul götürmüşdür. Nikahları pozulandan sonra dəfələrlə cehizlərini və qızıl-zinət əşyalarını, yəni 3 ədəd qızıl üzüklərini ona qaytarmalarını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Cavabdeh son dəfə bildirmişdir ki, cehiz əşyaları qaytarmayacaqdır, 3 ədəd qızıl üzükləri isə anası banka girov qoyub kredit pul götürmüşdür. Cavabdeh qızıl-zinət əşyalarını və cehizlərini qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Adları göstərilən qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehin yaşadığı X6 qəsəbəsi, Xəzər yaşayış sahəsində yerləşən fərdi yaşayış evindədir. Həmin əmlaklar 1 ədəd «Roza» yataq mebeli - 1100 manat, 1 ədəd stenka mebeli - 800 manat, 1 ədəd miz (stol) 6 ədəd kürsü(stul) ilə birlikdə - cəmi 220 manat, 1 ədəd mətbəx mizi (stol) 6 ədəd kürsü (stol) ilə birlikdə - 80 manat, 1 ədəd jurnal mizi (stol) - 30 manat, 1 ədəd televizor mizi (stol) - 80 manat, 1 ədəd «Nord» soyuducu - 400 manat, 1 ədəd «DAEWOO» paltaryuyan maşın (7 kq-lıq) - 1100 manat, 1 ədəd «Vestel» tetevizoru - 370 manat, 1 ədəd «LG» dividi ilə birlikdə vidiomaqnitofon- 100 manat, 1 ədəd «X9» markalı elektrik ət maşını- 70 manat, 1 ədəd «İtimat» markalı elektrik sobası - 100 manat, 1 ədəd şirəçəkən - 50 manat, 1 ədəd mikser-20 manat, 1 ədəd soğançəkən - 10 manat, 1 ədəd elektrik gecə lampası, cəmi - 50 manat, 2 ədəd çilçıraq, cəmi - 90 manat, 3 ədəd buxarlı eletrik ütüsü, cəmi 110 manat, 1 ədəd Fen - 70 manat, 1 ədəd «Tefal» çaynik - 20 manat, 1 dəst 60 əşyadan ibarət göy rəngli «Madonna» qab-qacağı - 500 manat, 1 dəst 60 əşyadan ibarət «Roza» qab-qacağı - 80 manat, 6 fincandan ibarət 1 çay dəsti cəmi 15 manat, 12 fincandan ibarət 1 çay dəsti - 150 manat, 6 ədəd büllur (xrüstal) bakallar - 30 manat, 12 ədəd rəngli bakallar - 60 manat, 6 stəkan və 1 qrafindən ibarət dəst - 30 manat, çamadanda stəkan dəsti -50 manat, 6 ədəd büllur (xrüstal) sok stəkanları - 30 manat, 5 ədəd büllur (xrüstal) meyvə qabı, cəmi - 60 manat, 4 ədəd göy rəngli «Madonna» meyvə qabı, cəmi - 80 manat, ağ rəngli «Madonna» kafe dəsti - 15 manat, 30 ədəd şüşə rozetkalar (mürəbbə nəlbəkisi), cəmi - 25 manat, 12 ədəd kiçik stəkanlar, cəmi - 6 manat, 6 ədəd böyük «Madonna» kasalar, cəmi 36 manat, 1 ədəd şüşə qrafin - 5 manat, 1 ədəd çərəz qabı - 10 manat, 12 ədəd şüşə kassa, cəmi - 60 manat, 2 ədəd şüşə qənd qabı, cəmi - 6 manat, 4 ədəd tava - 60 manat, 6 ədəd dəmir çaydanlar, cəmi - 90 manat, 1 ədəd şüşə dəm çayniki - 15 manat, 5 predmetdən ibarət 1 dəst şirəli qazan - 40 manat, 6 ədəd bıçaq, cəmi - 15 manat, bıçaq və qaşıq dəsti (52 ədəd), cəmi - 50 manat, 6 ədəddən ibarət fincan dəsti - 15 manat, 3 ədəd pərdə, cəmi 90 manat, 1 qutuda dini əşyalar ( şarf- 2 ədəd, namaz papağı- 2 ədəd, möhür 3 ədəd, təsfeh 6 ədəd), cəmi - 20 manat, çeşidli plastik mətbəx əşyaları (aşsüzən, xəmiryoğuran və s.) - 30 manat, 23 ədəd dəmir və plastik paltarasan, cəmi - 40 manat, müxtəlif mətbəx əşyaları (ələk, taxta qaşıqlar və s.),cəmi - 40 manat, 4 ədəd plastik vedrə və 5 ədəd plastik qazanlar, cəmi - 40 manat, 2 ədəd böyük aş qazanı, cəmi - 60 manat, 3 ədəd 3x4 metr ölçüdə xalçalar, cəmi - 450 manat, 1 ədəd 4x2,5 metr ölçüdə kavrolit- 30 manat, 3 ədəd 1,5x2 metr ölçüdə kiçik xalçalar, cəmi - 30 manat, 3 ədəd ədyal, cəmi - 90 manat, 1 dəst divan və kreslo üzü, cəmi - 40 manat, 2 ədəd mütəkkə, cəmi - 10 manat, 21 ədəd döşəküzləri (navoloçka), cəmi -105 manat, 3 ədəd 1 nəfərlik döşəklər, cəmi -300 manat, 1 ədəd ikinəfərlik döyük döşək - 150 manat, 1 ədəd ikinəfərlik, 4 ədəd birnəfərlik yorğanlar, cəmi 340 manat, 6 ədəd dəsmal, cəmi - 30 manat, 6 ədəd qalın ədyal, cəmi 50 manat, 2 ədəd iri yataq ədyalları, cəmi - 80 manat, 26 ədəd yastıq üzü (navoloçka), cəmi 110 manat, 4 ədəd xəmiryayan taxta, cəmi 20 manat, 2 ədəd oxlov, cəmi 4 manat, 1 ədəd dəmir odun peçi - 30 manat, 1 ədəd kiçik mürcü - 30 manat, 6 dəst ikinəfərlik, 10 dəst birnəfərlik yataq komplektləri, cəmi 300 manat, 1 ədəd xənçər formasında şüşə fiqur - 20 manat, 15 ədəd kasetlər, cəmi 15 manat, 30 ədəd disklər, cəmi 30 manat 13 ədəd böyük yastıq (poduşka), cəmi - 390 manat, cehiz əşyaları cəmi 9347 manat təşkil edir. Bütün göstərilən əşyalar onun şəxsi əmlakıdır və valideynləri tərəfindən alınıb ona toy ərəfəsində hədiyyə edilmişdir. Nişan zamanı və toydan əvvəl cavabdehin və valideyinlərinin ona bağışladıqları qızıl-zinət əşyaları da cavabdehin evində qalmışdır və həmin qızıl-zinət əşyaları bunlardır: 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat, qızıl-zinət əşyaları cəmi 1350 manat təşkil edir. Ona görə də sadalanan cehiz və qızıl-zinət əşyaların Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı 3700 manat pulun, ona məxsus 12 qram 583 əyyarlı qızıl üzüyünün, 10 ədəd kəhrəbanın, hərbi biletinin, doğum haqqında şəhadətnamənin, ona aid kaset və şəxsi şəkillərinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən iddianın qızıl-zinət əşyaları tələbinə dair hissədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pulun alınaraq ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətlərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, tərəflər xx xxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, ilk iddiaçı X6 qəsəbəsi, Xəzər yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçərək özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparıb yerləşdirmişdir. Tərəflərin xx.xx.2006-cı il tarixdə Əli və xx.xx.2008-ci il tarixdə Həmid adlı iki nəfər uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx xxxx 2007-ci ildə Sumqayıt şəhər Qeydiyyat şöbəsində 265 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx xxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2006-cı il təvəllüdlü X7 və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olana kimi ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlaklar ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus olan 1 ədəd 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü – 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat qızıl-zinət əşyalarının hədiyyə olunması işin mübahisəsiz halıdır. İlk iddia üzrə Cavabdeh, ilk İddiaçı məxsus olan qızıl-zinət əşyalarının mövcudluğunu və həmin əşyaların iddia ərizəsində göstərilən qiymətlərdə olmasını mübahisələndirməyərək sadəcə sonuncunun evi tərk edərkən özü ilə apardığını göstərmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyırsa, cavabdeh də etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübut etmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə həmin normaların tələbləri pozulmuşdur. İşin tədqiq edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları olaraq 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 3700 manat pulun, ona məxsus 12 qram 583 əyyarlı qızıl üzüyünün, 10 ədəd kəhrəbanın, hərbi biletinin, doğum haqqında şəhadətnamənin, ona aid kaset və şəxsi şəkillərinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini qismən təmin etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia tələbini qismən qəbul edib, 12 qram 583 əyyarlı qızıl üzüyü, 10 ədəd kəhrəbanını və şəxsi şəkilləri onda olduğu üçün həmin əşyaları qarşılıqlı iddia tələbi üzrə iddiaçıya Cavabdeh qaytarmağa razıdır. Tələbin digər hissədə təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Sadalanan hallardan göründüyü kimi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bu vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ilk iddianın qızıl-zinət əşyaları tələbinə dair hissəsində ləğv edilərək ilk iddia ərizəsi həmin hissədə təmin edilib, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pul alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, qətnamə qalan hissəsində dəyişdirilmədən saxlanmalı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsi qismən «İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsi «1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pul təmin edilməsin» hissəsində ləğv edilsin və ilk iddia ərizəsi həmin hissədə təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pul alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qətnamə - «Cavabdeh 1 ədəd «Roza» yataq mebeli - 1100 manat, 1 ədəd stenka mebeli - 800 manat, 1 ədəd miz (stol) 6 ədəd kürsü(stul) ilə birlikdə - cəmi 220 manat, 1 ədəd mətbəx mizi (stol) 6 ədəd kürsü (stol) ilə birlikdə - 80 manat, 1 ədəd jurnal mizi (stol) - 30 manat, 1 ədəd televizor mizi (stol) - 80 manat, 1 ədəd «Nord» soyuducu - 400 manat, 1 ədəd «Daewoo» paltaryuyan maşın (7 kq-lıq) - 1100 manat, 1 ədəd «Vestel» tetevizoru - 370 manat, 1 ədəd «LG» dividi ilə birlikdə vidiomaqnitofon- 100 manat, 1 ədəd «X9» markalı elektrik ət maşını- 70 manat, 1 ədəd «İtimat» markalı elektrik sobası - 100 manat, 1 ədəd şirəçəkən - 50 manat, 1 ədəd mikser-20 manat, 1 ədəd soğançəkən - 10 manat, 1 ədəd elektrik gecə lampası, cəmi - 50 manat, 2 ədəd çilçıraq, cəmi - 90 manat, 3 ədəd buxarlı eletrik ütüsü, cəmi 110 manat, 1 ədəd Fen - 70 manat, 1 ədəd «Tefal» çaynik - 20 manat, 1 dəst 60 əşyadan ibarət göy rəngli «Madonna» qab-qacağı - 500 manat, 1 dəst 60 əşyadan ibarət «Roza» qab-qacağı - 80 manat, 6 fincandan ibarət 1 çay dəsti cəmi 15 manat, 12 fincandan ibarət 1 çay dəsti - 150 manat, 6 ədəd büllur (xrüstal) bakallar - 30 manat, 12 ədəd rəngli bakallar - 60 manat, 6 stəkan və 1 qrafindən ibarət dəst - 30 manat, çamadanda stəkan dəsti -50 manat, 6 ədəd büllur (xrüstal) sok stəkanları - 30 manat, 5 ədəd büllur (xrüstal) meyvə qabı, cəmi - 60 manat, 4 ədəd göy rəngli «Madonna» meyvə qabı, cəmi - 80 manat, ağ rəngli «Madonna» kafe dəsti - 15 manat, 30 ədəd şüşə rozetkalar (mürəbbə nəlbəkisi), cəmi - 25 manat, 12 ədəd kiçik stəkanlar, cəmi - 6 manat, 6 ədəd böyük «Madonna» kasalar, cəmi 36 manat, 1 ədəd şüşə qrafin - 5 manat, 1 ədəd çərəz qabı - 10 manat, 12 ədəd şüşə kassa, cəmi - 60 manat, 2 ədəd şüşə qənd qabı, cəmi - 6 manat, 4 ədəd tava - 60 manat, 6 ədəd dəmir çaydanlar, cəmi - 90 manat, 1 ədəd şüşə dəm çayniki - 15 manat, 5 predmetdən ibarət 1 dəst şirəli qazan - 40 manat, 6 ədəd bıçaq, cəmi - 15 manat, bıçaq və qaşıq dəsti (52 ədəd), cəmi - 50 manat, 6 ədəddən ibarət fincan dəsti - 15 manat, 3 ədəd pərdə, cəmi 90 manat, 1 qutuda dini əşyalar ( şarf- 2 ədəd, namaz papağı- 2 ədəd, möhür 3 ədəd, təsfeh 6 ədəd), cəmi - 20 manat, çeşidli plastik mətbəx əşyaları (aşsüzən, xəmiryoğuran və s.) - 30 manat, 23 ədəd dəmir və plastik paltarasan, cəmi - 40 manat, müxtəlif mətbəx əşyaları (ələk, taxta qaşıqlar və s.),cəmi - 40 manat, 4 ədəd plastik vedrə və 5 ədəd plastik qazanlar, cəmi - 40 manat, 2 ədəd böyük aş qazanı, cəmi - 60 manat, 3 ədəd 3x4 metr ölçüdə xalçalar, cəmi - 450 manat, 1 ədəd 4x2,5 metr ölçüdə kavrolit- 30 manat, 3 ədəd 1,5x2 metr ölçüdə kiçik xalçalar, cəmi - 30 manat, 3 ədəd ədyal, cəmi - 90 manat, 1 dəst divan və kreslo üzü, cəmi - 40 manat, 2 ədəd mütəkkə, cəmi - 10 manat, 21 ədəd döşəküzləri (navoloçka), cəmi -105 manat, 3 ədəd 1 nəfərlik döşəklər, cəmi -300 manat, 1 ədəd ikinəfərlik döyük döşək - 150 manat, 1 ədəd ikinəfərlik, 4 ədəd birnəfərlik yorğanlar, cəmi 340 manat, 6 ədəd dəsmal, cəmi - 30 manat, 6 ədəd qalın ədyal, cəmi 50 manat, 2 ədəd iri yataq ədyalları, cəmi - 80 manat, 26 ədəd yastıq üzü (navoloçka), cəmi 110 manat, 4 ədəd xəmiryayan taxta, cəmi 20 manat, 2 ədəd oxlov, cəmi 4 manat, 1 ədəd dəmir odun peçi - 30 manat, 1 ədəd kiçik mürcü - 30 manat, 6 dəst ikinəfərlik, 10 dəst birnəfərlik yataq komplektləri, cəmi 300 manat, 1 ədəd xənçər formasında şüşə fiqur - 20 manat, 15 ədəd kasetlər, cəmi 15 manat, 30 ədəd disklər, cəmi 30 manat 13 ədəd böyük yastıq (poduşka), cəmi - 390 manat adlı cehiz əmlakların alınaraq İddiaçı verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyərinin Cavabdeh alınaraq İddiaçı verilsin» hissəsində dəyişdirilmədən saxlansın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar