Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2902/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun Cavabdeh MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3452/2020 saylı qərardadından Cavabdeh MMC-nin nümayəndəsi Sənan Hüseynov tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (G.Tanrıverdiyeva) iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlunun nümayəndəsi Vəkil2 iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə məhkəmədə baxılıb qurtaranadək Cavabdeh MMC-nin bank hesabında olan 45121 manat məbləğində vəsaitin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi Sənan Hüseynov qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3741 (üç min yeddi yüz qırx bir) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, İddiaçı2 Əmili oğlunun əmlakına dəymiş maddi zərərin əvəzi olaraq 29600 (iyirmi doqquz min altı yüz) manat məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi, 2017- ci ilin 13 aprel tarixindən 2017-ci ilin noyabr ayının 15-nə kimi mağazanın işləməməsi nəticəsində əldən çıxmış qazancın qarşılığı olan 3750 (üç min yeddi yüz əlli) manat pulun cavabdehdən alınıb İddiaçı2 Əmili oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq, 5000 manat məbləğində pulun cavabdehdən alınaraq İddiaçı2 Əmili oğluna və 3000 manat məbləğində pulun isə İddiaçı1 ödənilməsi, məhkəməyə ödədikləri 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq 15 manat İddiaçı1, 15 manat isə İddiaçı2 Əmili oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmili oğlu vəsatətlə məhkəməyə müraciət edərək, hazırki iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qüvvəyə minənədək, iddianın təmin edilməsi tədbiri kimi Cavabdeh MMC-nin bank hesabında olan 45121 (qırx beş min bir yüz iyirmi bir) manat məbləğində vəsaitin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh MMC-nin nümayəndəsi X1 şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil1 şikayəti müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmə xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçılara məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini iddianın pul tələbi olduğundan məhkəmədə iş üzrə çıxarılan qətnamənin gələcəkdə icrasını təmin etmək üçün iddianın təmin etmə tədbirinin tətbiq edilməsi zərurətinin olması, cavabdehin ölkə ərazisində genişmiqyaslı mağazalar şəbəkəsinə malik olmasını nəzərə alaraq, onun qanuni mənafelərini pozmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə cavabdeh tərəfindən mübahisələndirilmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı iddia tələbinə baxılanadək, Cavabdeh MMC-nin bank hesabında olan 45121 (qırx beş min bir yüz iyirmi bir) manat məbləğində vəsaitin üzərinə həbs qoyulması barədə iddianın təmin tədbiri ərizəsi ilə müraciət etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə gəlinəcək nəticənin real icrasının təmin edilməsindən ötrü iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2902/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2902/2020
04.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver