Məhkəmə qərarları › İş №2(105)-2958/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2958/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2958/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 2183/2019 saylı qərardadından cavabdeh X13 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X5 övladları xx.xx.2001-ci ildə anadan olmuş X14 və xx.xx.2002-ci ildə anadan olmuş X15 görə əlavə xərclərə cəlb etməklə ondan X6 təhsil xərci kimi ödənilmiş 1800 manat pulun yarı hissəsinin alınaraq ona verilməsi, bundan sonra təhsilini başa vuranadək hər il 900 manat pulun, habelə hər iki uşağın yaşayışı üçün ödənilən kirayə pul məbləğinin və digər ehtiyaclarının qarşılanması üçün hər ay 300 manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2183/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı uşağa görə əlavə xərclərə cəlb edilmə tələbinə dair iddiası təmin edilərək, cavabdeh X13 X1 təhsil alması ilə bağlı çəkilən xərclərə cəlb olunmuş və ondan bu məqsədlə hər ay 150 (yüz əlli) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmuş, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh X9 qarşı əlavə xərclərə cəlb edilmə tələbinə dair iddiası təmin edilərək, cavabdeh X3 Məmmədağa Mehrab oğlunun universitetdə təhsil alması ilə bağlı çəkilən xərclərə cəlb olunmuş və ondan bu məqsədlə hər ay 150 (yüz əlli) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh X4 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2183/2019 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə təqdim edərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2183/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddəti üzürlü hesab edərək bərpa edib apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2183/2019 saylı qərardadı ilə cavabdeh X8 Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)- 2183/2019 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin Qərardaddan Cavabdeh şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2183/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh X13 şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamənin surəti onun poçt ünvanına göndərilsə də, o, qətnaməni almamış və oxumamışdır. Qətnamədən narazıdır və apelyasiya şikayəti vermək istəyir, lakin bunun üçün nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə qətnaməsinin mövcudluğundan icra şöbəsində olduqda məlumatı olmuşdur. Qətnamənin surətini məhkəməyə etdiyi müraciət əsasında xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada almışdır. Məhkəmə qətnamənin ünvanına göndərilməsini, qətnamənin xəbərnaməyə imza edilərək qəbul edilməsini göstərsə də, o, qətnaməni almamış, xəbərnaməni imzalamamışdır. Qətnamənin kimə verilməsi də məlum deyil. Bununla da məhkəmə müdafiəsindən istifadə hüququ pozulur və qətnamədən apelyasiya şikayəti verməklə hüququnu məhkəmə qaydasında müdafiə etmək imkanından məhrum olur. Özündən asılı olmayan səbəblərə görə məhkəmə qətnaməsindən apelyasiya şikayəti verə bilməmişdir. Bu səbəbdən müddətin bərpası üçün məhkəməyə müraciət etmiş, məhkəmə əsassız olaraq ərizəsini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olduğundan qərardad ləğv edilməli, prosessual müddət bərpa olunmaqla apelyasiya şikayəti mahiyyəti üzrə baxılmalıdır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2183/2019 saylı qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehin qeyd etdiyi hal müddətin bərpası üçün əsas sayıla bilməz. Odur ki, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, cavabdeh X8 şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2183/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin cavabdeh X8 poçt ünvanına xx xxxxxx 2019-cu il tarixdə çatdırılmasını, qətnamədən apelyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə xx.xx.2020-ci il tarixdə müraciət etməsini, qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas olmadığını müəyyən edərək müddətin bərpa edilməsinə dair ərizəni təmin etməmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 360, 133.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmışdır. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi xx.xx.2019-cu il tarixdə icra olunması üçün icra şöbəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarla iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Mülki-Prosessual Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2183/2019 saylı qətnaməsi cavabdeh X13 tərəfindən xx.xx.2019cu il tarixdə xəbərnaməyə imza etməklə alınmışdır. Daha sonra cavabdeh Mehrab Əskərov xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-2183/2019 saylı qətnaməsinin rəsmi qaydada təkrar təqdim edilməsini xahiş etmiş, qətnamənn təkrar alınması üçün Xaçmaz Rayon Məhkəməsinin hesabına 10 manat rüsum ödəmişdir. Qətnaməni təkrar xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə almış, xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, bununla da 1 aylıq prosessual müddəti 1 il ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Lakin hazırki iş üzrə cavabdeh Mehrab Əskərovun ərizəsində qətnamədən apelyasiya şikayəti verilməsi müddətini ötürməsini məhkəmə qətnaməsini almaması ilə əlaqələndirmişdir ki, məhkəmə kollegiyası bunu əsaslı saymır. Belə ki, iş materiallarından da görünür ki, cavabdeh Mehrab Əskərov xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərkən ərizəsində məhkəmə qətnaməsinin tərar ona rəsmi qaydada verilməsini xahiş etmiş və məhkəmənin hesabına 10 manat rüsum ödəmişdir. Eyni zamanda da qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, cavabdeh məhkəmə qətnaməsinin daha əvvəl almamasını bildirirsə, qətnamənin rəsmi qaydada təqdim edilməsi üçün yazdığı ərizədə qətnamənin ona təkrar verilməsini xahiş etməməli, bunun üçün dövlət rüsumu ödəməməli, ən əsası isə qətnaməni xx.xx.2020-ci il tarixdə aldığı üçün xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verərkən prosessua müddətin bərpasına dair ərizə ilə müraciət etməməli idi. Qeyd edilən əsaslar məhkəmə qətnaməsinin daha əvvəl ona çatdırılmasını təsdiq edir və qətnamənin təkrar təqdim edilməsi barədə ərizə və prosessual müddətin bərpasına dair ərizə cavabdehin qətnaməni almaması barədə dəlillərini təkzib edir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, işdə iştirak edən şəxs qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmasını bildirirsə, belə olan halda, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını sübut etmək vəzifəsi də həmin şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apelyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və X21 Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X21 Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh X8 şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2183/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-2183/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh X8 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar