Məhkəmə qərarları › İş №2(105)-300/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-300/2024

01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-300/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(060)-5693/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 görə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi ödənilməmiş 7596 manat miqdarında aliment borcunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, xx.xx.2023-cü il tarixindən uşaqların yetkinlik yaşına çatana kimi isə hər bir uşaq üçün hər ay 220 manat olmaqla alimentin ödənilməsi haqqında, həmçinin mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, uşaqlara görə xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi ödənilməmiş 7596 manat miqdarında aliment borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, xx.xx.2023-cü il tarixindən uşaqların saxlanılması üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər bir uşaq üçün hər ay 220 manat olmaqla cavabdehdən iddiaçının xeyrinə aliment tutulması, həmçinin mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış nikahın pozulmasına dair Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixdə 2(060)- 5466/2021 saylı qətnamə qəbul etmişdir. Məhkəmə tərəflər arasında olan nikahın pozulmasına dair qətnamə çıxarsa da qətnamədə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment ödənilməsi məsələsinə qiymət verilməmişdir. Belə ki, birgə nikahdan 3 uşaq doğulmuşdur. Onunla birgə yaşayan yetkinlik yaşına çatmayan 3 uşaq üçün alimentin təyin edilməsi və indiyə qədər ödənilməmiş aliment borclarının ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin öz uşaqlarının qayğısına qalmaması, onlar üçün maliyyə vəsaiti ayırmaması onun bir ana kimi iztirab çəkməsinə və maddi cəhətdən çətin vəziyyətə düşməsinə gətirib çıxarır. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etmişdir ki, tərəflər övladları ilə birlikdə cavabdehə məxsus evdə yaşayırlar. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini, cavabdehin əmək haqqının 1/3 hissədə alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh 600 manat əmək haqqı alır. O, əlavə olaraq qeyd etmişdir ki, iddianın xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi ödənilməmiş 7596 manat miqdarında aliment borcunun tutulması hissəsini qəbul etmirlər. Belə ki, iddia həmin hissədə əsassızdır. Cavabdeh uşaqlarına yaxşı baxır, onların saxlanılması üçün yetəri qədər yardım edir, hazırda da iddiaçı və övladları onunla birlikdə özünə məxsus evdə yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(060)-5693/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 25 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 88.40 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(060)-5693/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 600 manat əmək haqqı alır. O, iddianın xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi ödənilməmiş 7596 manat miqdarında aliment borcunun tutulması hissəsini qəbul etmir. Belə ki, iddia həmin hissədə əsassızdır. Cavabdeh uşaqlarına yaxşı baxır, onların saxlanılması üçün yetəri qədər yardım edir, hazırda da iddiaçı və övladları onunla birlikdə özünə məxsus evdə yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 vəxx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin Babayev Samıṅ Məmmədəlı oğlundan tutularaq İddiaçı verilməsi, cavabdeh Babayev Samıṅ Məmmədəlı nadnulğȯ ödənilmiş 25 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın verilməsinə görə 88.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Cavabdehin hər ay bir uşaq üçün 190 manat olmaqla cəmi üç uşağa görə 570 manat aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, onun rəsmi iş yeri var və 669.71 manat əmək haqqı alır. Hesab edirik ki, 669.71 manat əmək haqqının qarşılığında 570 manat aliment kifayət qədər yüksək məbləğdir. Çünki cavabdehin başqa gəliri yoxdur. Cavabdeh iddia tələbini qismən qəbul edir. Yəni bir uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat aliment ödəməyə razıdır. Hesab edirik ki, alimentin məbləği müəyyən olunarkən cavabdehin maddi vəziyyəti və aldığı aylıq əmək haqqı nəzərə alınmalı idi. Lakin məhkəmə bunu nəzərə almamışdır. Həmçinin qeyd edir ki, iddiaçı özü də işləyir və aylıq əmək haqqı 359 manat təşkil edir. Bundan əlavə uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdehlə iddiaçı eyni fərdi yaşayış evində yaşasalar da, onlar arasında nikah pozulduğundan onların faktiki ər-arvad münasibətləri yoxdur və birgə təsərrüfat aparmırlar, Həmçinin cavabdeh iş fəaliyyəti ilə bağlı uzunmüddətli səfərlərdə olduğundan demək olar ki, yaşadığı evdə çox az vaxt keçirir. Yəni o, ümumiyyətlə övladlarına aliment öhdəliyindən əlavə hər hansı maddi mənəvi qayğı göstərmir, ümumiyyətlə maraqlanmır, digər tərəfdən cavabdeh öz şikayətində bildirmişdir ki, o, 669 manat maaş alır və birinci instansiya məhkəməsi tərəfindən təyin edilən aliment məbləğini ödəyə bilmir. Bu onu övladlarını saxlamaq vəzifəsindən azad etmir. Digər tərəfdən sual olunur o, 669 manata tır sürücüsü işləyir? bu nə qədər inandırıcıdır? Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən aliment 2023-cü ilin minimum yaşayış normasından az olduğu halda belə, cavabdeh övladları üçün sadəcə minimum yaşayış həddini qarşılamaqdan boyun qaçırır. Hətta 2024cü il üçün hər uşağa görə 235 manat müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh hələ övladlarının digər xərclərinə qatılmır. Yəni onların məktəbə, nəqliyyat, məktəbdən əlavə hazırlıq məşğələlərinə çəkilən xərclərə ümumiyyətlə qatılmır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5466/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt Qeydiyyat şöbəsində bağlanmış 1772 nömrəli akt qeydli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində işləyir (maşın operatoru, paltaryuyan), aylıq əmək haqqı 359 manat təşkil edir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh "xxxx" MMC-də işləyir (Sürücü, yükdaşıyan), aylıq əmək haqqı 669.71 manat təşkil edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan üç uşaq doğulmuşdur. xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Qətnamədə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment ödənilməsi nəzərdə tutulmamışdır. Tərəflər işləyir, iddiaçının aylıq əmək haqqısı 359 manat, cavabdehin aylıq əmək haqqısı isə 669.71 manat təşkil edir. İddiaçı və övladları cavabdehlə birlikdə sonuncuya məxsus evdə yaşayırlar. Cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiyini, onun əmək haqqının 1/3 hissədə alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, iddianın aliment tələbi ilə bağlı olan hissəsini araşdıraraq, hesab etmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə bu hissədə iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, tərəflərin işləməsini nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda iddianın uşaqlara görə xx.xx.2022-ci il tarixindən xx.xx.2023- cü il tarixinə kimi ödənilməmiş 7596 manat miqdarında aliment borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ilə bağlı olan hissəsini araşdıraraq, hesab etmişdir ki, iddianın həmin hissəsi iddiaçı məhkəməyə müraciət edənədək aliment almaq üçün tədbirlər görməsi, cavabdehin alimenti verməkdən boyun qaçırması barədə hər hansı sübut təqdim etmədiyindən və bu hal iş materialları ilə təsdiqlənmədiyindən təmin edilməməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin azyaşlı uşaqları xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində alimentin Babayev Samıṅ Məmmədəlı oğlundan tutularaq İddiaçı verilməsi uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(060)-5693/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar