Məhkəmə qərarları › İş №2(105)-3019/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3019/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3019/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə işin ərazi aidiyyatı üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh vəkili-nümayəndəsi X3 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş azyaşlı xx xxxxxx 2014-cü il təvəllüdlü X1 və xx xxxx 2017-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması və həmin uşaqların saxlanılması üçün hər ay uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Ə.Y.Məmmədzadə işin aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Ə.Y.Məmmədzadə şikayəti onunla əsaslandırmışdır ki, tərəflər Laçın rayonu Tığık kəndində pasport qeydiyyatındadırlar. Hazırda Laçın Rayon Məhkəməsi məhkəmə kimi tam səlahiyyətlidir, Ağcabədi rayonu ərazisində Taxta körpü adlanan ərazidə yerləşir və fəaliyyət göstərir. Bunları birinci instansiya məhkəməsi nəzərə almamışdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işin baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Ə.Y.Məmmədzadə şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı ləğv edilməli, şikayəti isə təmin olunmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmçinin, 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materialları ilə iddiaçı və cavabdehin Laçın Rayonu Tığık kəndində qeydiyyatda olduğu müəyyən olunduğuna görə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırda mülki işə Abşeron Rayon Məhkəməsində baxılması barədə gəldiyi nəticəni düzgün hesab etmir. Məhkəmə kollegiyası iddiaçının faktiki Abşeron rayonu, Masazır kəndi, M.Müşfiq küçəsi 100-də yaşamasını nəzərə alıb, bu işə Abşeron Rayon Məhkəməsində baxılması barədə dəlili əsassız hesab edir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35.1, 44, 263-ci, 398.0.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdehin nümayəndəsi X3 şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)- 3697/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar