Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-303/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat Ofisinə qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-190/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 2(029)-190/2020 saylı, xx xxxx 2020-ci il tarixli saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2 kəndində yerləşən 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş AN-İ № ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir (hakim Rafik Kazımov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-190/2020 saylı, xx xxxx 2020-ci il tarixli saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 kəndində yerləşən 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Qusar Rayon Məhkəməsinin həmin xx xxxx 2020-ci il tarixli, 2(029)-190/2020 saylı qətnaməsini qanunsuz və əsassız hesab edir və həmin qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Bildirir ki, Qusar Rayon Məhkəməsi xx xxxx 2020ci il tarixli, 2(029)-190/2020 saylı qətnaməsini onun iştirakı olmadan qəbul etmişdir. Əlavə olaraq bildirir ki, o, xx xxx 2017-ci il tarixdə iddiaçı X15 ilə notarial qaydada alqı-satqı müqaviləsini bağlayaraq ona məxsus, ünvan 1 kəndində yerləşən 0,136 hektar torpaq sahəsini almış, iddiaçı X15 həmin torpaq sahəsini ona 10600 manata satmağa razı olmuş, həmin məbləğ də alqı-satqı müqaviləsində göstərilmişdir. Həmin alqı-satqı müqaviləsini notariatda bağlayarkən o, iddiaçı Hafizovaya 6000(altı min) manat ödəmişdir. Lakin alqısatqı müqaviləsində onun tərəfindən həmin vaxt iddiaçıya 5000 manat ödənilməsi qeyd edilmişdir. Bunun səbəbi ondan ibarətdir ki, müqavilədə 5000 manatdan artıq məbləğ qeyd ediləndə pulu bank vasitəsi ilə ödəmək lazım gəlirdi və buna görə böyük rüsum ödəmək lazım idi. Hər bir halda alqı-satqı müqaviləsində onun tərəfindən həmin vaxt iddiaçıya 5000 manat ödənilməsi qeyd edilmişdir. İddiaçı sonradan Qusar Rayon Məhkəməsində ona və digər cavabdehlərə qarşı 0,136 hektar torpaq sahəsinin alqı-satqısına dair xx xxx 2017-ci il tarixdə onunla bağladığı müqavilənin, həmin müqavilə əsasında aparılmış digər bağışlama və alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsinə dair iddia qaldırmışdı. İddiaçı X15 həmin vaxt o cümlədən onun və cavabdeh X4 arasında 0,04 ha torpaq sahəsinin alqı-satqısına dair Qusar rayon Notariat Ofisində bağlanmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdı. İşə Qusar Rayon Məhkəməsində baxılarkən iddiaçı X15 iddia tələbinin azaldılmasına dair ərizə verərək iddianın onun və Cavabdeh2 arasında 0,04 ha torpaq sahəsinin alqı-satqısma dair bağlanış xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair hissəsindən imtina etmişdir. İddiaçı X15 iddianın həmin hissəsindən imtina etməsini onunla əsaslandırmışdır ki, iddiaçı X5 ünvan 1 kəndində yerləşən 0,136 hektar torpaq sahəsini alarkən ona nəğd olaraq ödədiyi və xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilmiş 5000 manat pulu o, yəni iddiaçı X15 həmin müqavilə etibarsız hesab edildiyi halda ona qaytarmayacaqdır və həmin qaytarmalı olduğu 5000 manat pulun əvəzində onun tərəfindən Cavabdeh2 5000 manata xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satılmış 0,04 ha torpaq sahəsini Cavabdeh2 mülkiyyətində saxlayacaqdır. Bu şərtə o və digər Cavabdeh2 razılaşmışlar. Qusar Rayon Məhkəməsi də öz növbəsində iddiaçı X9 iddia tələbinin azaldılmasına dair ərizəsini qəbul etmiş və həmin iş üzrə qəbul edilmiş Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(0291-577/2019 saylı qətnaməsinə əsasən iddianın onun və Cavabdeh2 arasında 0,04 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməmişdir. Lakin iddiaçı X9 hazırkı iddiadan imtina etməsinə hüquqi qiymət vermiş, preyudisial qüvvəyə malik Qusar Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(029)- 577/2019 saylı qətnaməsi qüvvədə ola-ola Qusar Rayon Məhkəməsi həmin məsələ üzrə yenidən xx xxxx 2020-ci il tarixli, 2(029)-190/2020 saylı qanunsuz və əsassız qətnaməsini qəbul etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi k i, həmin torpaq sahəsi xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən həmin torpaq sahəsi 10600 (on min altı yüz) manata satılmışdır. Həmin pulun 5000 (beş min) manat hissəsini nağd şəkildə alıcı Cavabdeh1 ona ödəmiş, 5600 (beş min altı yüz) manatı isə xx xxxxxx 2017-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 həmin öhdəliyini yerinə yetirməmiş və ödəməli olduğu 5600 (beş min altı yüz) manat məbləğində pulu ödəməmişdir. Bu səbəbdən də tərəfindən müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş, həmçinin bu barədə xx xxxxxx 2018-ci il tarixdə Qusar Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ünvan 2 kəndində yerləşən 0.136 hektar torpaq sahəsinə dair onunla Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxx 2017-ci il tarixli 4Ə-630 nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz olaraq mənimsəmək məqsədilə yalan və uydurma əqdlərlə özgəninkiləşdirmişdir. Belə ki, Cavabdeh1 əvvəlcə həmin torpaq sahəsinə dair xx xxx 2017-ci il tarixdə öz adına Seriya RX ******* saylı çıxarış almış, daha sonra 0.136 hektar torpaq sahəsinin 0.08 hektar hissəsini xx xxxxxx 2018-ci il X10 bağışlamış, bu barədə aralarında xx xxxxxx 2018- ci il tarixli 4Ə-140 reyestr nömrəli yalan əqd bağlanmış, həmin əqd Qusar rayon Notariat Kontorunda təsdiq olunmuşdur. Bundan sonra isə Cavabdeh1 sənəd üzrə özündə qalan 0.056 hektar torpaq sahəsinə dair adına xx xxxxxx 2018- ci il tarixli Seriya RX ******* saylı çıxarış almışdır. Həmin çıxarışa əsasən isə 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsini xx xxxxxx 2018-ci il tarixli 4Ə- 242 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, həmin müqavilə də Qusar rayon Notariat Kontorunda təsdiq edilmişdir. Həmin müqavilə əsasında isə Cavabdeh2 adına Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh1 onun həmin müqaviləni ləğv etmək istədiyini bildikdən sonra həmin müqavilə üzrə aldığı torpaq sahəsinə dair bir neçə əməliyyat aparmış, bunu etməkdə məqsədi isə əsassız varlanmaq olmuşdur. Halbuki, Cavabdeh1 aldığı torpağın dəyərini ödəməmiş, onu aldatmış, torpağı dəyərindən aşağı qiymətə mənimsəmək istəmişdir. Bu səbəbdən də Qusar Rayon Məhkəməsi tərəfindən onunla Cavabdeh1 arasında bağlanmış müqavilə ləğv edilmişdir. Bu səbəbdən də həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx xxx 2017-ci il tarixli Seriya RX ******* saylı çıxarış və həmin çıxarış üzrə aparılmış bütün əməliyyatlar, o cümlədən sonradan verilmiş çıxarışlar qanunsuz olmuşdur. Bu səbəbdən də tərəfindən Qusar Rayon Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(029)-577/2019 saylı qətnaməsi ilə iddiası təmin edilərək Cavabdeh1 Təhvid qızının adına verilmiş xx xxx 2017-ci il tarixli Seriya RX ******* saylı Çıxarış, Qusar rayon Notariat Kontorunda təsdiq olunmuş, Cavabdeh1 ilə X12 arasında ünvan 4 kəndində yerləşən 0.136 hektar torpaq sahəsinin 0.08 hektar hissəsinə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli 4Ə-140 reyestr nömrəli bağışlama müqaviləsi, X6 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış, X12 ilə' X3 arasında ünvan 2 kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin 0.07 hektar hissəsinə dair bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxxxx 2018-ci il tarixli 4Ə-664 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 adına verilmiş Seriya RX ******* saylı xx xxxxxx 2018-ci il tarixli çıxarış və X2 adına verilmiş Seriya RX 128753 saylı xx xxx 2018-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin Cavabdeh2 adına Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış verildiyinə görə qətnamənin icrasında çətinliklər yaranmışdır. Həmin çıxarış yuxarıda qeyd etdiyi kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018ci il tarixli 4Ə-242 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Həmin müqavilə Cavabdeh1 adına verilmiş Seriya RX ******* saylı xx xxxxxx 2018-ci il tarixli daşınmaz, əmlakın dövlət reyestrindən çıxarışa əsasən bağlanmışdır. Həmin çıxarış isə Qusar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. Ona görə də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə də bağlandığı andan etibarsız olmuş və heç bir hüquqi nəticə doğura bilməzdi. Göründüyü kimi Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 2 kəndində yerləşən 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsinə dair bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə zidd olmaqla həmin müqavilənin bağlanması yə Cavabdeh2 adına məlum çıxarışın verilməsi onun 0.136 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququmun pozulmasına, mülkiyyətindən əsasssız olaraq məhrum olmağına səbəb olmuşdur. Çünki qeyd etdiyi həmin müqavilə onun mülkiyyətində olan 0.136 hektar torpağın müvafiq hissəsinə dair bağlanmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də qeyd edilən cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Qusar Rayon Məhkəməsinin 2(029)-577/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 adına verilmiş xx xxx 2017-ci il tarixli Seriya RX ******* saylı çıxarış, Qusar rayon Notariat Kontorunda təsdiq olunmuş, Cavabdeh1 ilə X12 arasında ünvan 2 kəndində yerləşən 0.136 hektar torpaq sahəsinin 0.08 hektar hissəsinə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli 4Ə-140 reyestr nömrəli bağışlama müqaviləsi, X6 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış, X1 Xatirə İsaməddin qızı arasında ünvan 4 kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin 0.07 hektar hissəsinə dair bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxxxx 2018-ci il tarixli 4Ə-664 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 adına verilmiş Seriya RX ******* saylı xx xxxxxx 2018-ci il tarixli çıxarış və X2 adına verilmiş Seriya RX ******* saylı xx xxx 2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan AN-İ № ******* saylıxx xxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.056 hektar torpaq sahəsinin Cavabdeh1 özünə məxsus 0.04 hektar hissəsini 5000 (beş min) manat müqabilində Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********41 reyestr nömrəli 0.136 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış **********67 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 adına verilmiş xx xxx 2017-ci il tarixli Seriya RX ******* saylı çıxarış, X6 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış, X2 adına verilmiş Seriya RX ******* saylı xx xxx 2018-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Lakin Cavabdeh1 adına verilmiş Seriya RX ******* saylı xx xxxxxx 2018-ci il tarixli çıxarışda göstərilən 0.056 hektar torpaq sahəsi Cavabdeh1 tərəfindən Qusar rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli 4Ə-242 reyestr nömrəli müqavilə əsasında Cavabdeh2 satılmışdır və sonuncunun adına RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxx 2018-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 yerdə qalan 0.016 hektar torpaq sahəsinə hal-hazıradək dövlət reyestrindən çıxarış almamışdır. Göstərilən səbəbdən icra sənədində Cavabdeh1 adına verilmiş Seriya RX ******* saylı xx xxxxxx 2018-ci il tarixli çıxarışın ləğvi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüuqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********68 reyestr nömrəli 0.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İşdə olan A № 238160 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********47 reyestr nömrəli 0.056 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dır. İşdə olan Qusar rayonu, Əniğ kəndində qeydiyyatda olan X7 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, arvadı Cavabdeh1 məxsus ünvan 4 kəndi ünvanında yerləşən 0.04 hektar torpaq sahəsinin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir mübahisəsi olmayacaq. İşdə olan AZ-İ № 886123 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 arasında xx xxxxxx 2013-cü il tarixdə Qusar RİHB-nın Əniğ kənd İƏD üzrə nümayəndəliyində 26 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 kəndi ünvanında yerləşən **********47 reystr nömrəli 0.056 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-si maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məsəllənin 139.3-sü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məjəllənin 140-sı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məsəllənin 146.1-si maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məsəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus olan ünvan 2 kəndi ünvanında yerləşən 0.136 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsinin şərtlərinə əsasən 10600 (on min) altı yüz) manata Cavabdeh1 satmış, Cavabdeh1 həmin puldan 5000 (beş min) manat ödəmiş, yerdə qalan 5600 (beş min altı yüz) manatı isə xx xxxxxx 2017-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. İddiaçı Cavabdeh1 iddiası əsasında Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli 4Ə-630 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmişdir. Lakin Cavabdeh1 əvvəlcə həmin torpaq sahəsinə dair xx xxx 2017-ci il tarixdə öz adına Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almış, daha sonra 0.136 hektar torpaq sahəsinin 0.08 hektar hissəsini xx xxxxxx 2018-ci il tarixdə X10 bağışlamış, həmin əqd Qusar rayon Notariat Kontorunda təsdiq olunmuşdur. Bundan sonra isə Cavabdeh1 sənəd üzrə özündə qalan 0.056 hektar torpaq sahəsinə dair adına xx xxxxxx 2018-ci il tarixli Seriya RX ******* saylı Çıxarış almışdır. Həmin çıxarışa əsasən isə 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsini xx xxxxxx 2018-ci il tarixli 4Ə-242 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmış, həmin müqavilə də Qusar rayon Notariat Kontorunda təsdiq edilmişdir. Həmin müqavil əsasında isə Cavabdeh2 adına Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)577/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 adına verilmiş xx xxx 2017-ci il tarixli Seriya RX ******* saylı çıxarış, Qusar rayon Notariat Kontorunda təsdiq olunmuş, Cavabdeh1 ilə X12 arasında ünvan 2 kəndində yerləşən 0.136 hektar torpaq sahəsinin 0.08 hektar hissəsinə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli 4Ə-140 reyestr nömrəli bağışlama müqaviləsi, X6 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli çıxarış, X1 Xatirə İsaməddin qızı arasında ünvan 4 kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin 0.07 hektar hissəsinə dair bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş xx xxxxx 2018-ci il tarixli 4Ə-664 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh1 adına verilmiş Seriya RX ******* saylı xx xxxxxx 2018-ci il tarixli çıxarış və X2 adına verilmiş Seriya RX ******* saylı xx xxx 2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 4 kəndində yerləşən 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsinə dair bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə zidd olmaqla həmin müqavilənin bağlanması və Cavabdeh2 adına məlum çıxarışın verilməsi İddiaçı 0.136 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına, mülkiyyətindən əsassız olaraq məhrum olmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq iddia tələbinin iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam sübuta yetirildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin olunmalı, ünvan 2 kəndində yerləşən 0.056 hektar torpaq sahəsinin 0.04 hektar hissəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Qusar rayon Notariat Kontorunda təsdiq edilmiş AN-İ № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, apelyant apelyasiya şikayətlərinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa müəyyən olunur ki, apelyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə qətnaməsində qiymət verilmiş, iş materialları ilə təkzib edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X16rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu normaların tələblərindən çıxış edərək, işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmuu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-190/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-303/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-303/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver