Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3093/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaç İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının və tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi, İddiaçı 20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(105)-1646/2020 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan, Cavabdeh xeyirinə hər ay 120 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin və qaydasının dəyişdirilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiasına əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinilə xx xxxx 2019-cu il tarixli təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan yəni ondan Cavabdeh xeyirinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə alimentin tutulması azaldılaraq 120 manat məbləğində müəyyən edilmişdir. Vəkil tutmaq imkanı olmadığına görə onun hüquqları kifayət qədər müdafiə olunmamış və nəticədə üzərinə ödənilməsi onun maddi imkanı xaricində olan aliment öhdəliyi qoyulmuşdur. Hansı ki, o, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(105)-1646/2020 saylı qətnaməsinin əsaslandırıcı (hüquqi məsələlər) hissəsində qeyd edilib ki, ...38 saylı Tibbi Sosial Ekspert Komissiyası Tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı ümumi xəsləlikdən üçüncü dərəcəli əlildir, yüngül işlərdə işləyə bilər. Habekə qeyd etmişdir ki, “himayəsində xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 yaşayırlar. Onu da qeyd etmişdir ki, bu azyaşlılar onun birici nikahından olan uşaqlardır. Hazırda anaları onları onun yəni İddiaçı üzərinə atıb getdiyindən uşaqlar onunla birlikdə himayəsində yaşayırlar və onların da bütün maddi və mənəvi tələbatların ödəyir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qət olunarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin və MPM-nin tələbləri kobud şəkildə pozulmuşdur. Onun maddi vəziyyəti nəzərə alınmamışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-1258/2020 saylı qətnaməsinin ləğv edilməsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə əsasən hər ay bir uşağa görə onun təqaüdünün ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının bir valideyn kimi uşağa maddi köməklik etməyə borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba rayon Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİİ qrup ümumi əlillik üzrə 110 manat sosial müavinət alır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 38 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı İİİ qrup əlildir və yüngül işlərdə işləyə bilər. İşə əlavə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Quba Rayon Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Quba rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildrişi üzrə Elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD-üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Quba rayonu Hacıhüseynli kəndində yaşayır. İddiaçı ailə tərkibi: arvadı- 1984-cü il təvəllüdlü Cavabdeh, qızı-2010-cu il təvəllüdlü X6, oğlu-2011-cu il təvəllüdlü X7, oğlu-2019-cu il təvəllüdlü X2 ibarətdir. Və qeyd edilmişdir ki, o, Aslanov İddiaçı Elruzə Mövlağa qızı ilə birlikdə yaşamır. İşə əlavə olan “şəxsiyyət vəsiqə”lərinin surətlərindən görünür ki, İddiaçı ilə A.Aslanovanın birgə nikahlarından - xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuşlar. İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-2759/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması və cavabdeh İddiaçı 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2759/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə aliment məbləğinə aid hissədə dəyişiklik edilməsi və İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün təyin edilmiş 120 manat alimentin aşağı həddə azaldılaraq, onun təqaüdünün ¼ hissəsinin tutulmasına dair qərar qəbul edilməsini tələb edir və bunu başqa nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun himayəsində olması halı ilə əlaqələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsi isə o cümlədən alimentin miqdarının dəyişilməsi əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsbit edir. Bundan başqa, iddiaçı Quba Rayon Məhkəməsinin 2(027)-2759/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellasiya şikayəti üzrə alimentin miqdarı 120 manat müəyyən edilmişdir. İddiaçı həmçinin, alimentin azaldılması barədə iddia tələbinin əsası kimi əlil olmasını, heç yerdə işləməməsi və 110 manat əlliyi ilə bağlı təqaüd aldığını qeyd etmişdir. Bununla bağlı məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərin uşaqlarını saxlamağa borclu olması eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də təsbit olunmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası iddiaçının birinci nikahdan uşaqların onun himayəsində olması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, valideynləri öz uşaqlarını saxlamaqda borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-1258/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-3093/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3093/2020
30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver