Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-313/2024 08.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İlqar oğlunun Cavabdeḣ qızına qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Hümmətov İlham İlqar oğlunun Cavabdeḣ qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(028)-505/2023 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 440 manat alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə faktiki nikahlarından olan 14.2.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 anasının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər uşağa 220 manat, ümumilikdə 440 manat məbləğində aliment tutulması qət edilmişdir. Təyin edilən 440 manat aliment ödənişi onun nə əmək haqqına, nə maddi durumuna, nə də ki, məcburi köçkün ailəsinin yaşam səviyyəsinə uyğun deyildir. Gündəlik tələbat işlərində işləyir, fəhləlik edir. Özü epilepsiya xəstəsidir və hər işdə işləyə bilmir. Uşaqları saxlamaq tək atanın yox, hər iki valideynin öhdəliyidir. Hesab edir ki, cavabdeh də uşağın saxlanılmasında iştirak etməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Qubadlı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Qubadlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(028)-505/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddianın rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 233.4, 14, 77, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
7. Qubadlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(028)-505/2023 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən İddiaçı hüquqlarını pozmuşdur. Qeyd edir ki, İddiaçı, epilepsiya xəstəsidir, buna görə də ona İİ dərəcəli əlillik təyin olunmuşdur. Gündəlik tələbat işlərində işləyir, xəstəliyə görə əmək fəaliyyəti məhduddur. Müalicəsi üçün tələb olunan dərmanları almaqda belə çətinlik çəkir. Uşaqları saxlamaq tək atanın yox, hər iki valideyinin öhdəliyidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hesab edir ki, cavabdeh də uşağın saxlanmasında iştirak etməli və ondan tutulan alimentin məbləği azaldılaraq sabit pul məbləğində 150 manat müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf qətnamənin ləğv olunaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(028)-505/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinin dəlilləri həddində tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
18. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməlidir.
21. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Qubadlı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
23. Araşdırılan iş üzrə İddiaçı müəyyən edilmiş aliment miqdarını ödəmək iqtidarında olmadığını bildirmiş və bunu epilepsiya xəstəsi, hər işdə işləyə bilməməsi ilə əsaslandıraraq aliment miqdarının azaldılması barədə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
24. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmaması ilə əsaslandırmışdır.
25. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan iddiaçı iddia ərizəsinin dəlilləri ilə eyni əsasdan çıxış edərək apellyasiya şikayəti vermişdir.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. İlk növbədə qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
29. Qeyd olunmalıdır ki, qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
30. Konstitutsiya Məhkəməsinin yuxarıda adı çəkilən Plenum Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin, də diqqətəlayiq olan başqa halların araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi, tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmaması və s. məsələlər nəzərə alılmalıdır.
31. İş materialları ilə müəyyən olunur ki, İddiaçı epilepsiya xəstəsidir, buna görə də ona İİ dərəcəli əlillik təyin olunmuşdur. Xüsusi təyin edilmiş yügül işlərdə işləyə bilər.
32. Göründüyü kimi iddiaçı epilepsiya xəstəsi olmaqla, onun yalnız xüsusi təyin edilmiş yügül işlərdə işləyə bilməsi mümkündür.
33. Kollegiya hesab edir ki, hazırkı halda müəyyən edilmiş hal – iddiaçının epilepsiya xəstəsi olmaqla məhdud əmək qabiliyyətli olması Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından diqqətəlayiq maraqları kimi qiymətləndirilərək nəzərə alınmalıdır.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası, azyaşlı uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu, müəyyən edilmiş diqqətəlayiq halları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının (440 manat) dəyişdirilərək İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməsini hazırkı mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir.
35. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
36. Kollegiya hesab edir ki, dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyindən hesablanmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(028)-505/2023 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. Qubadlı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(028)-256/2023 nömrəli qətnaməsi İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün və hər ay 220 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh ödənilməsi hissəsində dəyişdirilsin və həmin alimentin məbləği hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin dəyişdirilmiş məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.