Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-314/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh4 nümayəndəsi X12, ilk iddia üzrə Cavabdeh3, nümayəndəsi və vəkili X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsi ilə (hakim hakim E.T.Məmmədov) İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilk iddiası rədd edilmiş, Cavabdeh4 İddiaçı3 qarşı mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılma və torpaq sahəsinin təhvil verilməsinə dair qarşılıqlı iddiası təmin edilib, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2015-ci il olan daşınmaz əmlakın Dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən İddiaçı3 məcburi qaydada çıxarılması və torpaq sahəsinin Cavabdeh4 təhvil verilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 531/2020 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 verdiyi apelyasiya şikayəti təmin ediıməmiş və Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 kasasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 531/2020 aylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı3 iddia ilə məhkəməyə müraciət edərək satıcı Cavabdeh1 adından Cavabdeh7 və alıcı Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin (AN İ № 0508544) ləğv olunması, satıcı Cavabdeh1 adından Cavabdeh7 ilə alıcı Cavabdeh4 arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin (AN İ № 0508669) ləğv olunması, Cavabdeh1 adından Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012ci il tarixli (7E-015695 reyestrli) etibarnaməyə əsasən Cavabdeh7 tərəfindən ona satılmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Dağlıq Qarabağda baş vermiş hərbi münaqişə nəticəsində Kəlbəcər rayonunun Qılınclı kəndindən məcburi köçkündür və hazırda Abşeron rayonu, Mehdiabad kəndi, Novxanı yolunun üstündə öz şəxsi vəsaiti hesabına əldə etdiyi 0,07 ha torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evində məskunlaşmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus həmin torpaq sahəsini o, Cavabdeh7 Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda verilmiş xx.xx.2012-ci il tarixli etibarnamə ilə 7000 ABŞ dollarına satın almışdır. Cavabdeh7 əvvəllər tanımamışdır. Ancaq sonralar məlum olmuşdur ki, Cavabdeh7 dəfələrlə məhkum olunmuş və hazırda dələduzluq cinayətləri ilə əlaqədar olaraq Bakı İstintaq Təcridxanasında saxlanılır. Belə ki, Cavabdeh7 xx.xx.2012-ci ildə Cavabdeh1 adından etibarnamə ilə ona satdığı 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini ondan xəbərsiz Cavabdeh3 5000 manata sataraq Cavabdeh3 ilə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi imzalamışlar. Bundan başqa, Cavabdeh7 yenə də onun razılığı və xəbəri olmadan istifadəsində olan torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh4 13000 manata sataraq Cavabdeh4 ilə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi imzalamışlar. Həmin alqı-satqı müqavilələri qanunsuzdur və məhkəmə tərəfindən ləğv olunmalıdır. Onun həmin torpaq sahəsi üzərində əldə etdiyi mülkiyyət hüququ isə təmin olunmalıdır. Əldə etdiyi torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 adından Cavabdeh7 tərəfindən Abşeron rayonu 2 saylı dövlət notariat kontoru vasitəsilə ona verilmiş xx.xx.2012-ci il tarixli etibarnamə hüquqi cəhətdən birtərəfli formada tərtib olunmuş yazılı əqddir. Bütün bunlardan başqa, əgər mübahisə olunan torpağın mülkiyyətçisi Cavabdeh1 adına olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinə dair ******* nömrəli çıxarış, DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********67 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və etibarnamə itdiyi üçün rəsmən etibarsız sayılmışdırsa, onda tərəflər arasında həmin sənədlər əsasında Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda alqı-satqı müqavilələri imzalana bilməzdi. Ona görə də Cavabdeh1 adından Cavabdeh7 ilə Cavabdeh3 və Cavabdeh4 arasında imzalanmış alqı-satqı müqavilələri heç bir halda qanuni və əsaslı sayıla bilməz. Bu müqavilələr uydurma əqddir, ya da yalandan başqa bir əqdi pərdələmək məqsədi ilə imzalanmışdır. İddiaçı3 iddia tələbinin dəyişdirilməsi və başqa şəxslərin cavabdeh qismində işə cəlb edilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın 4 saylı Ərazi İdarəsini də cavabdeh qismində göstərmiş və satıcı Cavabdeh1 adından Cavabdeh7 ilə alıcı Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, satıcı Cavabdeh1 adından Cavabdeh7 ilə alıcı Cavabdeh4 arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, eləcə də Cavabdeh1 adından Abşeron rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 7E- 015695 reyestrli etibarnaməyə əsasən Cavabdeh7 tərəfindən ona satılmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə, Cavabdeh7 və onunla əlaqəli vəzifəli şəxslərin əməllərindəki cinayət faktlarının araşdırılmasına dair prokurorluq orqanlarına xəbər verilməklə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 İddiaçı3 qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2015-ci il olan, daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında adına rəsmiləşdirilmiş 0,02 ha torpaq sahəsindən İddiaçı3 məcburi qaydada çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı3 iddia tələbi ona aid hissədə tamamilə qanunsuz və əsassızdır. Qarşılıqlı iddia tələbinin qanuni və əsaslı olması onunla sübut edilir ki, İddiaçı3 iddia ərizəsində birmənalı olaraq etiraf edir ki, istifadəsində olduğunu bildirdiyi 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsi xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 13000 manata ona satılmışdır. Həmin torpaq sahəsi DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Cavabdeh1 verilmiş **********67 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən 0,07 hektar olmaqla satıcıya məxsus olmuşdur. Bu torpaq sahəsinin 0,02 ha hissəsi xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda təsdiqlənmiş ******* saylı, reyestrdə 4Ə-1374 nömrə ilə qeyd alınmış alqı-satqı müqaviləsi əsasında 13000 manata ona satılmışdır. DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** saylı arayışa əsasən müqavilə bağlananadək həmin daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya üçünçü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,02 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarış verilməklə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qanunla müəyyən edilmiş qaydada və formada, alqısatqıya dair normaların tələblərinə tam müvafiq olaraq aparılmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. İlk iddia ərizəsində iddiaçının mülkiyyət hüququna dair müxtəlif maddi hüquq normalarına istinad etməsinin heç bir hüquqi əsası yoxdur, həmin torpaq sahəsi üzərində İddiaçı3 heç bir qeydə alınmış hüququ olmamışdır. Daşınmaz əmlak üzərində bu iddia tələbi qaydasında mülkiyyət hüququnun tanınması heç bir qanunda nəzərdə tutulmamışdır, belə hallar qanunla mümkün hesab edilmir və yolverilməzdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsinin təsviri hissəsində Cavabdeh7 izahatından sonra “Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdilər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir” cümlələrinin öz əksini tapması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonunun Qılınclı kəndindən qaçqın düşərək Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qohumlarının evində müvəqqəti olaraq məskunlaşmışdılar. 2003-cü ildə o, evləndikdən sonra yaşayış evi tikmək üçün həmin kənddə torpaq sahəsi axtarmış, Mehdiabad qəsəbəsində yaşayan Mübariz adlı şəxs ona bacısı Cavabdeh7 Mehdiabad qəsəbəsində həyətyanı torpaqların alqı-satqısı ilə məşğul olduğunu demişdir. Bundan sonra Mübariz onu bacısı Qədəmlə tanış etmişdi. Cavabdeh7 hazırda mübahisəli 0,07 ha torpaq sahəsini ona göstərmiş və həmin torpaq sahəsinin qiymətinin 7000 ABŞ dolları olduğunu bildirmiş və onlar razılaşmışdılar. O, razılaşma yolu ilə beh kimi Cavabdeh7 400 ABŞ dolları, Cavabdeh7 isə ona Abşeron rayonu, Mehdiabad qəsəbə sakini X4 adına olan 0,60 ha torpaq sahəsindən 0,60 ha torpaq sahəsinə xx xxxx 2007-ci il tarixli Təzəgül Şəmiyevanın adından etibarnamə vermişdi. O, 2003-cü ilin iyul ayında verdiyi 400 ABŞ dolları behdən sonra 0,07 ha torpaq sahəsində bir mərtəbəli üç otaqdan ibarət yaşayış evinin tikintisinə başlamış, 2006-cı ildə evin tikintisini başa çatdıraraq ailə üzvlərilə birlikdə hal-hazıra kimi həmin evdə yaşayır. Torpağın alqı-satqısından ödənilməyən 6600 ABŞ dollarını 2006-cı ilin avqust ayında yaşadığı evin həyətində ailə üzvlərinin iştirakı ilə Cavabdeh7 vermişdir. 2012-ci ilin əvvəlində Cavabdeh1 onun evinə gələrək bu həyətyanı sahənin onun olduğunu və buna dair çıxarışı olduğunu bildirmişdir. Bu məsələyə aydınlıq gətirmək üçün Cavabdeh1la birlikdə torpağı ona satan Cavabdeh7 yanına getmişdilər. Qədəm Tarverdiyeva ona məxsus digər sahədən Cavabdeh1 həmin ölçüdə, yəni 0,07 ha torpaq sahəsi vermiş, Cavabdeh1 isə xx xxxxxx 2012-ci il tarixdə torpaq sahəsinə dair ona etibarnamə, torpaq sahəsinə dair ******* saylı çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün surətini vermişdi. Bundan sonra X1 cavabdeh kimi ona, X5 və Cavabdeh7 qarşı torpağın zəbtdən azad edilməsi, özbaşına tikilmiş yaşayış evinin və hasarın onların hesabına sökülməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2012-ci il tarixli, 2(012)-29/2012 saylı qərardadı ilə o, əsl Cavabdeh7 ilə əvəz edilmişdir. O, Qədəm Tarverdiyevanın ona verdiyi çıxarışın və plan-ölçünün əslini əldə etmək üçün etibarnamə ilə aidiyyəti idarəyə müraciət etmişdi. Ona sənədlərin əslinin itirilməsi barədə elan verməli və polisə müraciət edilməli olması bildirilmiş, o da həmin hərəkətləri etmişdir. Lakin mübahisəli torpaq sahəsinə verilən çıxarışın bütün koordinatları düz gəldiyi halda, seriyası fərqli olmuşdur. Belə ki, surəti olan çıxarışda seriyası MH, nömrəsi ******* olduğu halda, yeni çıxarışda seriyası RX, nömrəsi ******* qeyd edilmişdir. Bundan sonra, torpağı ona satan X2 dələduzluq üstündə həbs olunmuş, ona təcili torpağı öz adına keçirməyi məsləhət görülmüş, notariusa müraciət etdikdə onun təqdim etdiyi sənədlərdə göstərilən torpağın Cavabdeh7 başqa şəxslərə satdığı bildirilmişdir. Məhkəmə prosesində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin onun faktiki istifadəsində olması müəyyən edilsə də, lakin həmin torpaq sahəsi ilə bağlı ona məxsus hər hansı bir hüquqi sənəd müəyyən edilməmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı və xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh7 verilmiş ƏN-İ 143196 saylı etibarnamə əsasında Cavabdeh1 adından Cavabdeh7 Cavabdeh4 və Cavabdeh3 ilə alqı-satqı müqavilələri bağlamış, Gözəlov X14 rayonu, Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsindən 0,02 ha hissəni 13000 manata Cavabdeh4, 0,05 ha hissəni 5000 manata Cavabdeh3 satmış, Cavabdeh4 və Cavabdeh3 AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlara əsasən həmin torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etmişlər. Mübahisəli torpaq sahəsində 2006-cı ildən inşa etdiyi və hal-hazıra kimi yaşadığı 113,4 kv.metrlik yaşayış evinin mövcudluğunun Cavabdeh4 və Cavabdeh3 ilə alqı-satqı müqavilələrinin Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənən zaman nəzərə alınmaması faktına məhkəmə qiymət verməmiş, həmçinin hər iki cavabdehə DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 071083 saylı və xx.xx.2015-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışların nəyə və necə əsaslandığı faktların araşdırılması da sonradan məhkəmə tərəfindən dayandırılmışdır. Mübahisəli torpağı etibarnamə ilə ona satmış və hazırda bu cür əməllərə görə cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh7 ilk məhkəmədə dindirilməsi zamanı mübahisəli torpaq sahəsini ona 7000 ABŞ dollarına satması faktını təsdiq etdiyi halda, məhkəmə cavabdehlərin xeyrinə Cavabdeh7 təsir edərək izahatını güya hissə-hissə az miqdarda ödəməsi ilə əvəz etmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin ona məxsus olması barədə tərəfindən məhkəməyə təqdim olunmuş Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(012)-29/2012 saylı qərar və qərardadları məhkəmə tərəfindən nəzərə alınmamış və bu dəlilə hüquqi qiymət verilməmişdir. Torpaq sahəsinin koordinatlarının müəyyən olunması üzrə xx xxxxxx 2017-ci il tarixli ekspert rəyini də məhkəmə nəzərə almamışdır. Bu rəyə əsasən onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehlər tərəfindən alınmış torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları olmadığından onların üst-üstə düşməsi faktı öz təsdiqini tapmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək, ilk iddianın təmin və qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3, nümayəndəsi və vəkili Z.F.İbadov apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və nümayəndəsi X12 apelyasiya şikayətinin dəlillərinə etiraz edib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh3, nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh7, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın dublikatının surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində xx xxxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,07 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində xx xxxxxx 2007-ci il tarixdə qeydiyyata alınmışdır. x xxxxxxx 2010-cu il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 50 il müddətinə Cavabdeh7 etibar etmişdir. x xxxxxx 2012-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh1 adından verilmiş x xxxxxxx 2010-cu il tarixli etibarnaməyə əsasən Cavabdeh7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi 7 oktyabr 2060-cı ilədək İddiaçı3 etibar etmişdir. xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1231 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini 5000 manata Cavabdeh3 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində xx xxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1374 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsini 13000 manata Cavabdeh4 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xx xxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20999 saylı, xx xxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Abşeron LTİ-nin mütəxəssisi tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli, **********44 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2007-ci il olan dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin xx.xx.2015-ci il tarixli, 4Ə-1231 nömrəli və xx.xx.2015-ci il tarixli, 4Ə-1374 nömrəli bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh4 satılmış torpaq sahəsinin mülki iş materiallarında çıxarışa əlavə olunmuş torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları olmadığından, eyni zamanda İddiaçı3 faktiki istifadə etdiyi torpaq sahəsinə aid mülki iş materiallarında hüquqi sənədlərin olmaması səbəblərindən qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14740 saylı, xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2007-ci il olan, dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatlarının naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il olan dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış 710893 saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsü (döngə nöqtələrinin koordinatları) mülki iş materiallarında təqdim olunmadığından İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları ilə naturada üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il olan dövlət reyestrində 786 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsü təqdim olunmadığından digər torpaqlarla üstüstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Lakin Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il olan dövlət reyestrində 792 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları naturada 0,045 ha hissəsi ilə üst-üst düşməsi müəyyən olunmuşdur. Mülki iş materiallarında Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il olan dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin və Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il olan dövlət reyestrində 786 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları təqdim olunmadığından İddiaçı3 tərəfindən torpaq sahəsini zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il olan dövlət reyestrində 792 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində İddiaçı3 tərəfindən 0,0425 ha hissəsi faktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı mübahisə ilə bağlı ilk növbədə qeyd olunmalıdır ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Baxılan iş üzrə ilkin iddia tələbinin birinci hissəsində iddiaçı özünün tərəfi olmadığı, cavabdehlər arasında bağlanmış əqdlərin ləğvini xahiş edir və tələbini onunla əsaslandırır ki, həmin əqdlər qanunsuz yolla bağlanıb, uydurmadır, yaxud başqa əqdi pərdələmək məqsədi ilə imzalanıb. Birinci instansiyası məhkəməsi ilkin iddia tələbinin təmin olunmamasını əqdlərin etibarsızlığını dair maddi hüquq normaları ilə əsaslandırıb və iş üzrə həmin normalarının dispozisiya şərtlərinin mövcud olmadığı qənaətinə gəlmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin müqavilənin ləğvi tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onu ləğvinə qiymət vermək hüququ yoxdur. Belə qiymətləndirmə mahiyyətcə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma olmaqla yanaşı, həm də iddiaçının eyni əqdi digər əsasla mübahisələndirmək hüququnun qarşısını almış olur. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı tələbində müqavilənin ləğvini xahiş etsə də, iddiasını əsasən həmin əqdin etibarsız olduğu barədə dəlillərlə əsaslandırmışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci və 167-ci maddəsinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir. Bu cür müzakirənin nəticəsindən asılı olaraq isə işə baxan birinci instansiya məhkəməsi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını və ya predmetini dəyişməyi iddiaçıya təklif edə bilər. Qeyd olunmalıdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1-cü maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. Sadalanan prosessual hərəkətləri yerinə yetirmədən və yuxarıda qeyd olunan məsələləri tərəflərlə müzakirə etmədən müqavilənin ləğvi barədə verilmiş iddia ərizəsinə müqavilənin etibarsızlığını tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməsi son nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına və düzgün olmayan məhkəmə aktının çıxarılmasına səbəb olmaqla yanaşı, tərəfləri də bir sıra mühüm prosessual hüquqlardan məhrum etmiş olur. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14 və 167- ci maddələrinin tələbləri pozulmuş, müqavilənin ləğvi tələbləri müqavilənin etibarsızlığını tənzimləyən maddi hüquq normalarına istinad edilməklə təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarı ilə müəyyən olur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibıtlərinə əsaslanaraq hesab edir ki, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilk iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MM-nin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1231 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,05 ha hissəsini 5000 manata Cavabdeh3 satmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində xx xxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanılaraq 4Ə-1374 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh7 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin 0,02 ha hissəsini 13000 manata Cavabdeh4 satmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xx xxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxx 2015-ci il və xx xxxx 2015-ci il tarixli alqı-satqı müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinin pozulması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspertizanın 14740 saylı, xx.xx.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2007-ci il olan, dövlət reyestrində 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı3 faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları naturada üst-üstə düşür. Cavabdeh1 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin də məhz 0,02 ha hissəsini Cavabdeh4 alqı-satqı müqaviləsi əsasında almışdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qarşılıqlı iddia tələbi üzrə müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPMnin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin ilkin iddia tələbinə dair hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402- 403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilk iddia təmin edilməsin. Qətnamə - «Qarşılıqlı iddia təmin edilsin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi xx.xx.2015-ci il olan, daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən İddiaçı3 məcburi qaydada çıxarılsın və torpaq sahəsi Cavabdeh4 təhvil verilsin, iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizalarının xərci olaraq İddiaçı1 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-314/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-314/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver