Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3173/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)-245/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)-245/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəməlinqvistik ekspertizası təyin edilmiş, ekspertin rəyi alınanadək iş üzrə icraat dayandırılmış, cavabdeh qərardaddan şikayəti vermişdir. Məhkəmə iclasında Cavabdeh qərardaddan verdiyi şikayətin mümkün hesab edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında cavabdehin qərardaddan verdiyi şikayətin qeyrimümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin fikirlərini dinləyib, Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)-245/2021 saylı qərardadından şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilməlidir. İşdən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)- 245/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və ekspertin rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)-245/2021 saylı qərardadından şikayət vermiş, Siyəzən Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(059)-245/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından isə bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, qanunvericilikdə birinci instansiya məhkəmələrinin konkret olaraq hansı qərardadlarından şikayət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh şikayətindən görünür ki, iş üzrə məhkəmə-linqvistik ekspertizasının təyin edilməsini mübahisələndirir. İş üzrə ekspertizanın təyin edilməsi barədə qərardadlardan şikayət verilməsi Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmamışdır və birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qərardadı işin sonrakı hərəkətinə də mane olmur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, cavabdehin barəsində şikayət verdiyi qərardaddan şikayət verilə bilinməməsini nəzərə almamış, şikayətə baxıb geri qaytarmaq əvəzinə, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu, cavabdehin şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasını istisna etdiyindən və işdə, onun şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə olan qərardadından şikayət verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığından, hazırki iş üzrə qərardaddan kassasiya şikayəti də verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(059)-245/2021 saylı qərardadından Cavabdeh şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3173/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3173/2021
09.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver