Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3192/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı X4 vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(027)- 1650/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin iddianın təmin edilməsi tədbiri barədə 14 iyul 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh adına olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş üzrə Cavabdeh nümayəndəsi X5 02.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun adına olan 300 kv.metr torpaq sahəsinə qoyulmuş həbsin götürülməsi və qanunsuz tikililərin sökülməsinin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı Quba Rayon Məhkəməsinin 2-357/2007 saylı icra sənədi 07.07.2021-ci il tarixdə icra edilmiş, qeyriqanuni tikililər sökülüb, 300 kv.metr sahə Cavabdeh təhvil verilmişdir. Quba şəhəri 2-ci məhəllədə yerləşən onun torpağına iddiaçının heç bir sənədi yoxdur. Ona görə də torpaq sahəsinə qoyulmuş həbs götürülməlidir. Quba Rayon Məhkəməsinin 03 avqusrt 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qərardadı ilə həmin məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qərardadı ilə RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh adına olan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,03 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə iddianın təmini tədbiri ləğv edilmişdir. (hakim V.Seyidov) Qərardaddan İddiaçı şikayət edərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə Quba şəhəri, Fətəlixan küçəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə iddianın təmin tədbirini ləğv edərkən öz qərardadında qeyd etmişdir ki, hazırkı şəraitdə həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməməsi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, İnsan Hüquqlarınm və əsas X2 Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun l-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olardı. AR MPM-nin 157-158-ci maddələrində nəzərdə tutulan tədbirlər müvəqqəti xarakter daşıyır və mülkiyyətçinin huquqlarını müvəqqəti olaraq məhdudlaşdırır, digər tərəfdən məhkəmə tərəfindən onun iddiası təmin edilərsə, cavabdeh həmin əmlakı, yəni 0,03 ha torpağı özgəninkiləşdirə bilər və ona əlavə problemlər yaradar. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməlidir. Quba Rayon Məhkəməsinin 23 avqusrt 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 vəkili X7 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 07.07.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 14.09.2007-ci il tarixli, 2-357/2007 saylı icra sənədi icra olunaraq, Cavabdeh adına olan Quba şəhəri, 2-ci kvartalda yerləşən 300 kv.metr torpaq sahəsində yerləşən qeyri qanuni tikililər sökülərək, iş üzrə tələbkar X1 vərəsəsi Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını iddiaçının şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin tədqiq olunan hallarından və mötəbər sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 14.09.2007-ci il tarixli, 2-357/2007 saylı icra sənədi icra olunaraq, Cavabdeh adına olan Quba şəhəri, 2-ci məhəllədə yerləşən 300 kv.metr torpaq sahəsində yerləşən qeyri-qanuni tikililər sökülərək, iş üzrə tələbkar X1 vərəsəsi Cavabdeh təhvil verilmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, bu torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməməsi cavabdehin mülkiyyət və vərəsəlik hüquqularının pozulması ilə nəticələnmiş olar. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulması barədə dəlili ilə razılaşmır, çünki işdəki sənədlərlə müəyyən edilmişdir ki, həbs qoyulmuş əmlak daha əvvəllər məhkəmə mübahisəsinin predmeti olmuş və son nəticədə mərhum X1 vərəsəsi Cavabdeh təhvil verilmişdir. Bu torpaq sahəsi üzərinə həbsin qoyulması isə cavabdehin adına tərtib edilmiş və mübahisə predmeti olan reyestrdən çıxarışın gələcəkdə ləğv edilib-edilməməsinə təsir göstərmir. Başqa sözlə, hazırkı mərhələdə iddianın təmini tədbiri kimi cavabdehə məxsus torpaq sahəsinin üzərində həbsin qalmasına heç bir zərurət yoxdur. Buna görə də birinci instansiya məhkəməsi iddianın təmini tədbirinin ləğv olunması barədə qanuni nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə mahiyyətcə düzgün qərardadın ləğv edilməsi üçün əsaslar yaratmır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qarardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İş üzrə iddiaçı X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(027)-1650/2021 saylı qarardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3192/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3192/2021
17.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver