Məhkəmə qərarları › İş №2(105)-325/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-325/2022

18.01.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-325/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2618/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 19.07.2017-ci il tarixli, No.M-2135 nömrəli mənzilin alqısatqı müqaviləsinin ləğv olunması, bu müqaviləyə əsasən "xxxx" MMC-yə ödədiyi 24000 manat məbləğində pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 14200 manat pulun, ümumilikdə 38200 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, iddia tələbində göstərdiyi məbləğə əlavə olaraq 7000 (yeddi min) manat pulun cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2618/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19.07.2017-ci il tarixli No.M-2135 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi, 19.07.2017-ci il tarixli No.M-2135 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə İddiaçı tərəfindən ödənilmiş 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddiaçı ilə aralarında razılıq əldə olunub. İddiaçının nümayəndəsi gedib və şəxsi müşahidə əsasında vədinin həqiqiliyinə əmin olub. Həqiqətən də bu gün mübahisə predmetinin yerləşdiyi binada tikinti işləri davam etməkdədir. Bu səbəbdən aralarındakı razılaşmanın təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir, razılaşmanın təsdiq edilməsinin və işin icraatına xitam verilməsinin hüquqi nəticələri ona aydındır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə göstərdi ki, cavabdeh tərəflə razılıq əldə olunub, razılaşmanı imzalamışlar, bu səbəbdən də razılaşmanın şərtlərini təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş edir, razılaşmanın təsdiq edilməsinin və işin icraatına xitam verilməsinin hüquqi nəticələri ona aydındır. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli razılaşmadan görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşma imzalanmışdır:

1. “İddiaçı” “Cavabdehlə”lə bağlamış aralarında olan 19 iyul 2017-ci il tarixli, M-2135 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon, Xırdalan şəh., H.Əliyev pr. 167 ünvanında yerləşən “AAAF Park” y/m inşa edilməkdə olan 29 saylı küçədə 2 saylı binanın 6-cı mərtəbəsindəki 51 saylı mənzili almışdır. Mənzilin tikintisi gecikdirildiyi üçün “İddiaçı” məhkəməyə müraciət etmiş və alqı satqı müqaviləsinin ləğv olunması və ödənilmiş pulun geri qaytarılması Abşeron rayon Məhkəməsi tərəfindən qət edilmişdir. Buna baxmayaraq “İddiaçı” binanın tikintisinin bitdiyini yerində gördüyü üçün iddiasını geri götürür.

2. “Cavabdeh” təsdiq edir ki, Razılaşmanın bağlandığı ana qədər “İddiaçının mənzilinin yerləşdiyi binanın 16-cı mərtəbəsinin tikintisi yekunlaşmış və sonuncu mansard hissənin tikintisi də yekunlaşmaq üzrədir.

3. Cavabdeh” bəyan edir ki, “İddiaçı”nın mənzilini cari ilin avqust ayının sonuna tam təhvil verəcək və öhdəliklərinin icrasını başa çatdıracaq.

4. Tərəflər razılığa gəlirlər ki, hər hansı bir fors-major halı baş verdikdə, pandemiya vəziyyəti, sərt karantin rejimi, məhdud hərəkət, təbii fəlakət, müharibə vəziyyəti və ya fövqəladə vəziyyət müddəti ərzində müddət həmin vəziyyətin mövcud olduğu dövr üzrə artırılacaq.

5. “İddiaçı” Sumqayıt Apelyasiya Məhkəməsində baxılmaqda olan 2(105)325/2022 saylı mülki iş üzrə Razılaşmanın bağlanması səbəbindən iddiadan imtina edir və bu barədə ərizəni təqdim edir.

6. “Cavabdeh” bu Razılaşma və 19 iyul 2017-ci il tarixli, M-2135 saylı alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməsinə mükəlləfdir. (o, cümlədən zərurət yarandıqda 24000 manatın geri qaytarılması).

7. “İddiaçı” “Cavabdeh”in bu Razılaşma və 19 iyul 2017-ci il tarixli, M-2135 saylı alqısatqı müqaviləsi üzrə öhdəliklərini qeyd edilən tarixədək icra etməyəcəyi və ya edə bilməyəcəyi halda məhkəməyə müraciət hüququnu özündə saxlayır.

8. X10 özləri tərəfindən və ya səlahiyyətləndirilmiş nümayəndələri tərəfindən imzalandığı və təsdiq olunduğu andan qüvvəyə minir.

9. X9 hər biri üçün, eyni hüququ qüvvəyə malik olan 2 (iki) nüsxədə və Azərbaycan dilində tərtib edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflər arasıda bağlanmış razılaşmanın şərtlərini araşdırıb, razılaşmanın şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, razılaşmaya qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən, hesab edir ki barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-2618/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış razılaşmanı (barışıq sazişini) təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, razılaşmanın (barışıq sazişinin) bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263- 264, 370, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

İddiaçı nümayəndəsi Nümayəndə ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli razılaşma (barışıq sazişi) aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. “İddiaçı” “Cavabdehlə”lə bağlamış aralarında olan 19 iyul 2017-ci il tarixli, M- 2135 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon, Xırdalan şəh., H.Əliyev pr. 167 ünvanında yerləşən “AAAF Park” y/m inşa edilməkdə olan 29 saylı küçədə 2 saylı binanın 6-cı mərtəbəsindəki 51 saylı mənzili almışdır. Mənzilin tikintisi gecikdirildiyi üçün “İddiaçı” məhkəməyə müraciət etmiş və alqı satqı müqaviləsinin ləğv olunması və ödənilmiş pulun geri qaytarılması Abşeron rayon Məhkəməsi tərəfindən qət edilmişdir. Buna baxmayaraq “İddiaçı” binanın tikintisinin bitdiyini yerində gördüyü üçün iddiasını geri götürür.

2. “Cavabdeh” təsdiq edir ki, Razılaşmanın bağlandığı ana qədər “İddiaçının mənzilinin yerləşdiyi binanın 16-cı mərtəbəsinin tikintisi yekunlaşmış və sonuncu - mansard hissənin tikintisi də yekunlaşmaq üzrədir.

3. Cavabdeh” bəyan edir ki, “İddiaçı”nın mənzilini cari ilin avqust ayının sonuna tam təhvil verəcək və öhdəliklərinin icrasını başa çatdıracaq.

4. Tərəflər razılığa gəlirlər ki, hər hansı bir fors-major halı baş verdikdə, pandemiya vəziyyəti, sərt karantin rejimi, məhdud hərəkət, təbii fəlakət, müharibə vəziyyəti və ya fövqəladə vəziyyət müddəti ərzində müddət həmin vəziyyətin mövcud olduğu dövr üzrə artırılacaq.

5. “İddiaçı” Sumqayıt Apelyasiya Məhkəməsində baxılmaqda olan 2(105)325/2022 saylı mülki iş üzrə Razılaşmanın bağlanması səbəbindən iddiadan imtina edir və bu barədə ərizəni təqdim edir.

6. “Cavabdeh” bu Razılaşma və 19 iyul 2017-ci il tarixli, M-2135 saylı alğı-satqı müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməsinə mükəlləfdir. (o, cümlədən zərurət yarandıqda 24000 manatın geri qaytarılması).

7. “İddiaçı” “Cavabdeh”in bu Razılaşma və 19 iyul 2017-ci il tarixli, M-2135 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini qeyd edilən tarixədək icra etməyəcəyi və ya edə bilməyəcəyi halda məhkəməyə müraciət hüququnu özündə saxlayır.

8. X10 özləri tərəfindən və ya səlahiyyətləndirilmiş nümayəndələri tərəfindən imzalandığı və təsdiq olunduğu andan qüvvəyə minir.

9. X9 hər biri üçün, eyni hüququ qüvvəyə malik olan 2 (iki) nüsxədə və Azərbaycan dilində tərtib edilir.

Tərəflər arasında bağlanmış razılaşma (barışıq sazişi) təsdiq edildiyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2618/2021 saylı, 10 iyun 2021-ci il qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, razılaşmanın (barışıq sazişinin) bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar