Məhkəmə qərarları › İş №2(105)-3256/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3256/2021

03.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3256/2021 03.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsi ilə (hakim V.M.Seyidov) İddiaçı1 və qeyrilərinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsinin ləğv edilrərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının onlara aid olan hissəsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə iddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2 və İddiaçı7 valideynləri mərhum X20 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi inzibati Ərazi Dairəsi üzrə nümayəndiliyinin verdiyi 22 sentyabr 2016-cı il tarixli, AZ-1 823572 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir ki, X33 17 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə iddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə iddiaçılardan İddiaçı2 və ailə üzvləri İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızının, X13, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı məhkəmə qətnaməsinin surətindən göründüyü kimi, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı7 mülkiyyətinə 0.88 ha İddiaçı8 mərhum həyat yoldaşı X6 mülkiyyətinə 0.88 ha torpaq sahəsi ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin verdiyi 03 fevral 2006-cı il tarixli, AZ-1 179439 nömrəli şəhadətnamə ilə təsdiq edilir ki, X21 24 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. İddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının qardaşı, iş üzrə Cavabdeh1 ilə aralarında olan torpaq mübahisəsinə dair məhkəmə qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, Cavabdeh1 əldə etdiyi saxta məhkəmə qətnaməsinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahələrini öz adına keçirmiş, sonradan isə iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Belə ki, sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 02.09.2019-cu il tarixli, **********36 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 22.08.2006-cı il tarixli, 2-459A/2006 saylı məhkəmə qətnaməsi əsasında Cavabdeh1 adına verilmiş 12.02.2007-ci il tarixli, seriya MH 0006575, 12.02.2007-ci il tarixli seriya MH ******* Cavabdeh3 adına tərtib edilmiş 11.11.2014-cü il tarixli, seriya RX ******* və ******* nömrəli çıxarışların ləğvi üçün çıxarışda adları qeyd olunmuş hüquqi sahiblərinin notarial qaydada çıxarışın ləğvi ilə bağlı razılıq ərizəsi təqdim olunmalıdır. Əks təqdirdə məhkəməyə müracət olunmalıdır. Həmin idarədən əldə etdikləri Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı məhkəmə qətnaməsinin surətindən göründüyü kimi həmin qətnaməyə əsasən iddianın təmin edilməsi Cavabdeh1 tərəfindən cavabdehlər X36ma məxsus 0.22 ha, İddiaçı2 məxsus 1.32 ha İddiaçı7 məxsus 0.88 ha, X10 məxsus 0.22 ha, X14 məxsus 0.22 ha, X15 məxsus 0.22 ha, X16 məxsus 0.44 ha, X7 məxsus 0.88 ha, X11 məxsus 0.88 ha, X2 məxsus 1.10 ha X3 məxsus 0.22 ha, X4 məxsus 0.44 ha, X1 məxsus 0.44 ha, X5 məxsus 0.88 ha, X28ma məxsus 0.22 ha, X22 məxsus 0.41 ha, X8 məxsus 1.05 ha, X23 məxsus 0.63 ha X24 məxsus 0.51 ha və X17 məxsus 1.06 ha torpaq sahələrinin alqısatqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməsi, iş üzrə cavabdehlər X26 məxsus JN-333, İddiaçı2 məxsus JN-334 İddiaçı7 məxsus JN-335, X10 məxsus JN-336 X14 məxsus JN-337, X18 məxsus JN-338, X25 məxsus JN-339, X7 məxsus JN-340, X11 məxsus JN-341, X2 məxsus JN-342, X3 məxsus JN-343, X4 məxsus JN-344, X1 məxsus JN-345, X5 məxsus JN-346, X19 məxsus JN-347, X22 məxsus JN-709, X8 məxsus JN-1329, X23 məxsus JN-942, X24 məxsus JN-941 və X17 məxsus JN-955 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının satılmış hissələri üzrə ləğv edilməsi cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışların verilməsi qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi idarəsinə tapşırılması qət edilmişdir. Bu qətnamə Cavabdeh1 adına Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 12.24 ha torpaq sahəsinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuşdur. Göstərilən məhkəmə qətnaməsi əsasında üçüncü şəxs Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən 3.45932 ha torpaq sahəsinə dair 12 fevral 2007-ci il qeydiyyat tarixli, seriya MH ******* nömrəli, 2.103096 ha torpaq sahəsinə dair isə 12 fevral 2007-ci il qeydiyyat tarixli seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Quba rayonunun xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 2,103096 ha torpaq sahəsini 4000 manata iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Qeyd olunan alqı-satqı müqavilələri əsasında üçüncü şəxs Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Qusar Rayon Məhkəməsi 01 iyul 2019-cu il tarixli, G(029)-369/2019 nömrəli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin ststistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 tərəf olduğu 22 avqust 2006-cı il tarixli, 2- 459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin saxta olması bir daha onunla sübüt olunur ki, 22.08.2006-cı il tarixli qətnamədə cavabdeh qismində göstərilərək məhkəmə iclasında dindirilməsi qeyd olunan X33 17 noyabr 2005-ci il tarixdə, X21 isə 24 yanvar 2006-cı il tarixdə vəfat etmiş, halbuki ölmüş adamların məhkəmə iclasında dindirilməsi qeyri-mümkündür. Digər tərəfdən Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsində təsvir olunan mübahisənin Qusar rayonuna heç bir aidiyyatı yoxdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq edilir ki, saxta məhkəmə qətnaməsi əsasında iddiaçıların mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq hazırki iş üzrə Cavabdeh1 adına qeydə alınmış, o da öz növbəsində həmin torpaq sahələrini iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsin üçüncü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu İ Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli və həmin qeydiyyatın nəticələri, yəni 3.9029 ha torpaq sahəsinə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Bu barədə 16 dekabr 2019-cu il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışlar. Məhkəmə mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılması nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməz olduğunu və bu üzdən mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarışlar alqı-satqı müqavilələrinin nəticəsi olduğuna görə mülki xarakterli olduğu barədə 05.03.2020-ci il tarixli qərardad çıxarmışdır. İş materiallarında olan İddiaçı7 məhkəməyə ünvanladığı ərizədən görünür ki, həmin ərizə ilə iddia ərizəsindəki imzasından imtina edir. İş materiallarında olan İddiaçı8 məhkəməyə ünvanladığı ərizədən görünür ki, həmin ərizə ilə iddia ərizəsindəki imzasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə tərəfindən İddiaçı7 və İddiaçı8 iddiadan imtinasını qəbul edilmişdir. Sonradan iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların onlara və valideynləri mərhum X20 mülkiyyətinə aid hissəsinin etibarsız sayılaraq ləğv edilməsi; Cavabdeh1 adına çıxarılmış saxta çıxarışlarla üçüncü şəxs Cavabdeh3 ilə cavabdeh alqısatqı etdiyinə görə həmin alqı-satqı müqavilələrinin etibarsız sayılması; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının onlara və valideynləri mərhum X20 mülkiyyətinə aid olan hissəsinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 25 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MMnin 21.1, 21.2, 182.1, 337.5,354.1-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 9.1,14.2,77.1,88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və vəkili X38 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh3 və vəkili X41 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada digər iddiaçılara və cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə X20 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki,Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı2 və ailə üzvləri İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızının, X13, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN- 334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 22 sentyabr 2016-cı il tarixli, AZ-İ 823572 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 17 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2459a/2006 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən cavabdehlər X26 məxsus 0.22 ha, İddiaçı2 məxsus 1.32 ha İddiaçı7 məxsus 0.88 ha, X10 məxsus 0.22 ha, X14 məxsus 0.22 ha, X15 məxsus 0.22 ha, X16 məxsus 0.44 ha, X7 məxsus 0.88 ha, X11 məxsus 0.88 ha, X2 məxsus 1.10 ha X3 məxsus 0.22 ha, X4 məxsus 0.44 ha, X1 məxsus 0.44 ha, X5 məxsus 0.88 ha, X19 məxsus 0.22 ha, X22 məxsus 0.41 ha, X8 məxsus 1.05 ha, X23 məxsus 0.63 ha X24 məxsus 0.51 ha və X17 məxsus 1.06 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməsi, iş üzrə cavabdehlər X26 məxsus JN-333, İddiaçı2 məxsus JN-334 İddiaçı7 məxsus JN-335, X10 məxsus JN-336 X14 məxsus JN-337, X18 məxsus JN-338, X25 məxsus JN-339, X7 məxsus JN-340, X11 məxsus JN-341, X2 məxsus JN-342, X3 məxsus JN-343, X4 məxsus JN-344, X1 məxsus JN-345, X5 məxsus JN346, X19 məxsus JN-347, X22 məxsus JN-709, X8 məxsus JN-1329, X23 məxsus JN-942, X24 məxsus JN-941 və X17 məxsus JN-955 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının satılmış hissələri üzrə ləğv edilməsi, cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışların verilməsi, qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Qusar Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 tərəf olduğu 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 3.45932 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır (qeydiyyat tarixi 12.02.2007, qeydiyyat nömrəsi 2********). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 2.103096 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır (qeydiyyat tarixi 12.02.2007, qeydiyyat nömrəsi 2********). 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 2,103096 ha torpaq sahəsini 4000 manata Cavabdeh3 satmışdır. 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 2.7604 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır (qeydiyyat tarixi 11.11.2014, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 3.9029 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır (qeydiyyat tarixi 11.11.2014, qeydiyyat nömrəsi **********). 24.04.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Heybətov X9 ASC-dən kənd təsərrüfatı və emal məqsədilə 100000 AZN məbləğində kredit götürmüşdür. Məhkəmə kolegiyasının araşdırması zamanı müəyyən olur ki, Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı qətnaməsi ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı və MH seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 3.45932 ha və 2.103096 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmış, 11 oktyabr 2014-cü il tarixli, AN- İ ******* və AN-İ ******* nömrəli və 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha, 2,103096 ha və 1,1 ha torpaq sahələrini Cavabdeh3 satmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxrışlarla Quba rayonu İ Nügədi kəndində 2.7604 ha və 3.9029 ha torpaq sahələri 11.11.2014-cü il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. İş materialları ilə müəyyən olur ki, iddia tələbi qeyri müəyyən olub, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqavilələr əsasında DƏDRX-dən cavabdehin adına verilmiş MH seriyalı ******* saylı, MH seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlardan hansının iddiaçılara və onların valideynlərinə aid hissəsində etibarsızlığı və ya ləğv edilməsi konkret göstərilməmişdir, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli, 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli, 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrdən hansının və neçə kvm torpaq sahəsinə dair hissəsində etibarsız sayılması dəqiq qeyd olunmamış, İddiaçı1 məxsus 0.22 ha torpaq sahəsinin konkret olaraq hansı müqavilə və çıxarışla əhatə olunduğu aşkar deyildir. Bu vəziyyətdə iddianın qismən təmin edilməsi mümkün deyildir, çünki əks halda müqavilələrin hamısının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi cavabdehin mülkiyyət hüququnun tam şəkildə pozulmasına səbəb olardı. Məhkəmə kollegiyasının iclasında da iddiaçı tərəf tələbində mövcud olan aydin olmayan, qarışıq və ziddiyyətli hallara aydınlıq gətirə bilməmişdir. Ona görə də hazırkı iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Lakin qeyd edilməlidir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Belə ki, birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 354.1-ci maddəsinə əsaslanmaqla müqavilənin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 sentyabr 2021-ci il qərarina əsasən mübahisə predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Hazırkı iş üzrə iddia tələbi torpaq sahəsinin alğı-satqı müqaviləsinin etibarsız olması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olsa da, məhkəmə Mülki Məcəllənin 354-cü maddəsinin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı1 və qeyrilərinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(027)-993/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və qeyrilərinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar