Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-330/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(060)-4424/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(060)-4424/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında işə baxılarkən Cavabdeh nümayəndəsi X4 ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(060)-4424/2020 saylı qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizəsinin təmin edilərək, apellyasiya şikayətindən imtinasının qəbul edilib cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. İddiaçı və cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Cavabdeh 13.01.2022-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(060)-4424/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək ona münasibətdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(060)- 4424/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və cavabdehə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(060)- 4424/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin və Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-330/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-330/2022
13.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver