Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3338/2021 07.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, vəkili X4, Cavabdeh Azərbaycan Melorasiya və X15 Səhmdar Cəmiyyəti X2 İdarəsinin nümayəndələri X10 və X9 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Melorasiya və X15 Səhmdar Cəmiyyəti Samur- X7 İdarəsinə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsindən İddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim M.Abbasova) Qətnamədən iddiaçı X3 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsindən onun xeyrinə 9000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 aprel 2002-ci il tarixdə 28K saylı əmrə əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsinə üçüncü dərəcəli fəhlə işinə qəbul edilmiş, cavabdehin 31 may 2016-cı il tarixli, 30İ saylı əmrinə əsasən isə işlədiyi peşədə qalaraq Təmir-Tikinti İstismar Sahəsinə keçirilmişdir. 06 avqust 2018-ci il tarixdə onun ərizəsinə əsasən cavabdehlə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə ərizə ilə müraciət edəndən 21 gün sonra o, fikrini dəyişmiş və həmin tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən, işini davam etdirmək istədiyini cavabdehə bildirmişdir. Həmin vaxt onun əvəzinə işçi qəbul edilməmişdir. O, ərizəsini birbaşa cavabdehə təqdim etmişdir. Lakin ərizəsi qeydiyyata alınmamış və ona yeni əmək müqaviləsinin bağlanması təklif edilmişdir. O da öz növbəsində ərizə yazmış və rəis Z.Rüstəmov yaxın günlərdə onunla yeni əmək müqaviləsinin bağlanacağına dair söz vermişdir. Lakin cavabdeh tərəfindən nə onunla yeni əmək müqaviləsi bağlanmış, nə də ona əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti verilmişdir. Nəticə etibarı ilə o, işə qəbul ediləcəyi vədi ilə aldadıldığını başa düşmüşdür. 12 yanvar 2021-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək, Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü, 87-ci maddəsinin 3cü və 88-ci maddəsinin 1-ci bəndlərini əsas tutaraq ona əmək kitabçasının qaytarılması, xitam verilmiş əmək müqaviləsinin surətinin (əmək müqaviləsi bağlanan zaman ona müqavilənin surəti verilməmişdir), əmək müqaviləsinə xitam verilməsi əmrinin və əmək haqqına dair arayışın verilməsini xahiş etmişdir. O, ərizəsini poçt xidməti vasitəsi ilə göndərmiş və ərizə olan məktubun cavabdehə təqdim edilməsinə dair xəbərnaməni iddia ərizəsinə əlavə etmişdir. 12.01.2021-ci il tarixli ərizə cavabdehə təqdim ediləndən sonra, cavabdehin hüquq məsləhətçisi tərəfindən X2 İdarəsinə dəvət edilmiş, 26.01.2021-ci il tarixində o, həmin şəxslə görüşmüş və ona Quba rayonu ərazisində Vəlvələ kəndində iş təklif edilmişdir. O, sənədlərinin verilməsi üçün müraciət etdiyini və 30 aydır ki, onunla yeni əmək müqaviləsi bağlanacağı vədi ilə aldadıldığını da bildirmişdir. Belə olan halda, hüquq məsləhətçisi ona əmək kitabçasını və 12.01.2021-ci il tarixli ərizədə göstərdiyi digər sənədləri götürməyi təklif etmişdir. Lakin həmin sənədlərin ona verilmə tarixi rəsmi qaydada qeyd edilmədən, sənədlərin verilmə tarixi isə 26.01.2021-ci il göstərilməməklə qaytarmaq istədiklərinə görə sənədləri poçt rabitə xidməti vasitəsi ilə göndərməyi xahiş etmişdir. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazdığından 21 gün sonra, yəni xəbərdarlıq müddəti bitməmiş, əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni geri götürməyinə dair yazdığı ərizəsi qeydiyyata alınmamaqla bir dəfə cavabdeh tərəfindən aldadılmışdır. İkinci dəfə aldanmaq istəmədiyindən verilmə tarixi qeyd edilmədən yuxarıda göstərilən sənədləri almaqdan imtina etmişdir. Əks halda, ona həmin sənədlərin 26.01.2021-ci il tarixində verildiyini sübut edə bilməzdi. 03.02.2021-ci il və 05.02.2021-ci il tarixlərində poçt rabitə xidməti vasitəsi ilə ona cavabdehin 2 məktubu verilmişdir. 03.02.2021-ci il tarixli məktubla ona 06.08.2018-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti verilmiş və əmək kitabçası qaytarılmışdır. 05.02.2021-ci il tarixli məktubla isə 26.01.2021-ci ildə cavabdeh tərəfindən idarəyə dəvət edilməsi və əsaslı səbəb olmadan əmək kitabçasını götürməkdən imtina etməsi göstərilmişdir. O, cavabdeh tərəfindən yalnız göstərilən sənədlərin ona verilməsinə dair 12.01.2021-ci il tarixində ərizə ilə müraciət edəndən sonra, İdarəyə dəvət edilmiş və ona həmin vaxta kimi cavabdeh tərəfindən sənədlər qaytarılmamışdır. 26.01.2021-ci il tarixində isə, yuxarıda qeyd edildiyi kimi, ona sənədlərin verilmə tarixi göstərilmədən götürülməsi təklif edilmişdir. Uzun müddət nə onunla yeni əmək müqaviləsi bağlanmış, nə də ona sənədləri qaytarılmışdır. 12.01.2021-ci il tarixində yazdığı ərizədə xahiş etməsinə baxmayaraq, nə ona əmək müqaviləsinin surəti, nə də əmək haqqına dair arayış verilmişdir. Cavabdeh tərəfindən ona əmək kitabçası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildiyi gün, yəni 06.08.2018ci il tarixində verilməli olduğu halda, verilməmiş və həmin səbəbə görə də başqa işə düzələ bilməmişdir. Həmçinin cavabdeh tərəfindən 2018-ci ilin avqust ayından sonra yaxın vaxtlarda işə qəbul ediləcəyi vədi ilə bu vaxta kimi aldadılmışdır. Bununla da, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən müəyyən edilmiş qaydaların pozulması nəticəsində o, 07.08.2018-ci il tarixindən 03.02.2021-ci il tarixinə kimi, yəni 30 ay işsiz qalmışdır. 2018-ci ilin iyul ayından 2021-ci ilin fevral ayına kimi orta hesabla təxminən ayda 300 manat əmək haqqı almış, bu səbəbdən də hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 9000 manat (30 x 300 = 9000) maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən əmək haqqı barəsində arayışın ona 12.01.2021-ci il tarixli ərizə ilə verilməsini xahiş etsə də, əmək haqqı barəsində arayış və əmək müqaviləsinin surəti verilmədiyinə görə, tələb etməli olduğu pulun miqdarını da iddia ərizəsində dəqiq qeyd edə bilmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 3-cü bəndlərinə əsasən cavabdeh tərəfindən hüquqlarının pozulduğunu aşkar etdiyi gün, yəni ona əmək kitabçasının verildiyi gün 03.02.2021-ci il tarixi sayılır. 03.02.2021 və 05.02.2021-ci il tarixlərində cavabdeh tərəfindən göndərilmiş hər iki zərfin (əmək kitabçası və məktub göndərilmiş) surəti iddia ərizəsinə əlavə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı X1 apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qeyri-obyektivdir. Məhkəmə işə baxarkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, aidiyyəti üzrə tətbiq edilməli olan qanun normalarını düzgün tətbiq etməmiş, qanunları səhv təfsir edərək ədalətsiz məhkəmə aktının çıxarılmasına səbəb olmuşdur. Əyər onun tərəfindən müddət buraxmaqla İdarəyə müraciət edilmiş olsaydı, nəyə görə cavabdeh təşkilat onun ərizəsini qeydiyyata alaraq, onun təmin edilməməsinin səbəbləri göstərilməklə cavab verməmişdir? O, ərizəsini işdən çıxdıqdan 21 gün sonra vermişdir. Həqiqətən qeyd edilən ərizəni cavabdeh təşkilatın rəhbərinə təqdim edəndən sonra həmin vaxt onun məsləhəti ilə onunla yeni əmək müqaviləsinin bağlanılmasına dair ərizə ilə müraciət etmişdir. Həmin ərizənin verilməsi isə cavabdehin nümayəndəsi tərəfindən təkzib edilir. Cavabdehin nümayəndəsinin izahatında və məhkəmənin qətnaməsində göstərilir ki, guya o, 07.08.2018-ci il tarixində əmək kitabçasının və əmrin surətinin təqdim edilməsi üçün İdarəyə dəvət olunmuş, həmin sənədlər ona təqdim olunmuş və onların götürülməsindən imtina edilmişdir. Həmin halla əlaqədar cavabdeh tərəfindən məhkəməyə Həmkarlar Təşkilatının sədri F.Ə.Həsənov, kadrlar üzrə mütəxəssis T.Q.Aşırəliyeva və mühəndis-hidrometr Ə.R.Səfərlinin iştirakı ilə tərtib edilmiş 07.08.2018-ci il tarixli akt təqdim edilmişdir. Həmçinin aktda qeyd edilmişdir ki, ona əmək kitabçasının və əmrin surətinin ünvana göndəriləcəyi bildirmiş, lakin o, buna etiraz edərək, sənədləri götürməkdən imtina edərək, sonradan gəlib həmin sənədləri götürəcəyini bildirmişdir. O, heç vaxt cavabdeh tərəfindən İdarəyə dəvət edilməmişdir. Qeyd edilən hər iki ərizəni eyni gündə İdarəyə gedib təqdim etmişdir. Cavabdeh tərəf onun İdarəyə dəvət edilmsi barədə hər hansı subutu məhkəməyə təqdim edə bilməmişdir. Yalnız cavabdehə 12.01.2021-ci il tarixli ərizə ilə müraciət edəndən sonra, hüquq məsləhətçisi telefonla onu İdarəyə dəvət etmişdir. 12.01.2021-ci il tarixində cavabdehdən sənədləri tələb edənə kimi heç vaxt onunla cavabdeh təşkilatın hər hansı bir vəzifəli şəxsi arasında sənədlərin götürülməsi ilə əlaqədar hər hası bir danışıq olmamışdır və həmin məsələ ilə əlaqədar hər hansı bir akt tərtib edilməmişdir. 07.08.2018-ci il tarixli akt saxta aktdır və məhkəmədə hazırkı iddia qaldırılandan sonra tərtib edilmişdir. Belə bir akt olsaydı nəyə görə heç olmasa 05.02.2021-ci il tarixli məktubla surəti ona göndərilməyib? Hər halda sənədlərin götürülməsindən imtina edilsəydi və bu barədə akt tərtib edilsəydi, cavabdeh tərəfindən aktın surəti, poçt rabitə xidməti vasitəsi ilə ona göndərilə bilərdi. Bundan əlavə, əvvəlki işinə qayıtmaq üçün yazdığı ərizədə də həmişə yaşadığı ünvanı göstərmişdir. Ona yeni əmək müqaviləsinin bağlanacağı vədi verilmədən, sənədləri qaytarmaq istəsəydilər, sahə rəisi A.Koroğluyevin vasitəsi ilə bilavasitə qaytara və ya ondan ünvanını xəbər ala bilərdilər. Sənədləri A.Koroğluyevdən götürməkdən imtina etsəydi, onda akt tərtib edilərdi və iddia tələbinin heç bir qanuni əsası qalmazdı. O, əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni sahə rəisi A.Koroğluyevə Quxuroba kəndində təqdim etmişdir, bununla bağlı Ceyranbatan qəsəbəsinə, yəni İdarəyə getməmişdir. Ərizəni təqdim edəndən sonra, da işə getməmişdir. Əmək kitabçası İdarədə olduğuna görə həmin gün ona təqdim edilə bilməzdi. Buna görə də cavabdeh tərəfindən, həqiqətən ona yeni işə götürüləcəyi vədi verilməsəydi, onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı Qərarının 6.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ona, əmək müqaviləmizə xitam veriləndə, 06 avqust 2018-ci il tarixdə bildiriş göndərilməli idi. Lakin ona hər hansı bir bildiriş də göndərilməmişdir. 12.01.2021-ci il tarixli ərizəsində o, cavabdehdən, həmçinin əmək müqaviləsinin surətinin və əmək haqqına dair arayışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona yalnız əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi əmrinin surəti verilib. Halbuki, Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əasən əmək haqqı barədə ona arayış da verilməli idi. O, vəsatətlə əmək müqaviləsinin surəti və 2018-ci ilin iyul ayından 2021-ci ilin fevral ayma kimi orta əmək haqqı barədə arayışın məhkəmə qaydasında tələb edilməsini xahiş etmişdir, lakin məhkəmə prosesində cavabdeh tərəfindən həmin sənədlərin məhkəməyə təqdim edilib-edilməməsindən xəbəri yoxdur. Vəsatətə və məhkəmədə təkrarən etdiyi xahişlərə baxmayaraq ona yuxarıda qeyd edilən sənədlər, habelə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətləri verilməmişdir. İddia tələbinin miqdarı 9000 manat kimi qeyd edilmişdir. Cavbdeh tərəfindən işdən azad ediləndən sənədlərin qaytarılmasına qədər olan müddətdə (30 ay müddətində) əmək haqqı barədə cavabdeh tərəfindən məhkəməyə sənəd təqdim edilməmişdir. Məhkəmənin qətnaməsində yalnız 2018-ci ilin yanvar ayından avqust ayına kimi əmək haqqının cəmi 1553,44 mant olduğu göstərilir. O, həmin dövrdə də göstəriləndən əhəmiyyətli dərəcədə yüksək əmək haqqı (əlavələrlə birlikdə) almışdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X8 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Melorasiya və X15 Səhmdar Cəmiyyəti X2 İdarəsinin nümayəndələri X10 və X12 apelyasiya şikayətinin hər hansı bir mötəbər əsaslandırmaya malik olmadığını bildirərək qətnamənin qüvvədə saxlanmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı məxsus 04.04.2002-ci il tarixli, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qusar Rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 mart tarixli, 661 saylı arayışına əsasən Samur X7 İdarəsinə daxil olana qədər heç bir yerdə işləməmiş, 04.04.2002-ci il tarixli, 28K saylı əmrə əsasən Samur X7 İdarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, 31.05.2016-cı il tarixli, 30İ saylı əmrə əsasən tutduğu peşəsində qalaraq Təmir-tikinti istismar sahəsinə keçirilmiş, 06.08.2018-ci il tarixli 110K saylı əmrə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir Yenə iş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsi tərəfindən verilmiş 06.08.2018-ci il tarixli, 110 K saylı əmrin surətindən görünür ki, Təmir-tikinti istismar sahəsinin İİİ dərəcəli fəhləsi İddiaçı 06.08.2018-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, əmrin verilməsi üçün əsas işçinin ərizəsi və İddiaçı 04.04.2018-04.04.2019-cu iş ilində istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 07 təqvim günü üçün pul əvəzinin ödənilməsi qərara alınmışdır. Yenə də iş materiallarında olan İddiaçı tərəfindən X2 İdarəsinin rəisi Zakir Rüstəmova ünvanladığı 12.01.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ərizəsində göstərilənləri və Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü, 87-ci maddəsinin 3-cü və 88ci maddəsinin 1-ci bəndlərinə əsasən əmək kitabçasının qaytarılmasını, xitam verilmiş əmək müqaviləsinin surətinin (əmək müqaviləsi bağlanan zaman müqavilənin surəti verilməmişdir), əmək müqaviləsinə xitam verilməsi əmrinin və əmək haqqına dair arayışın verilməsini xahiş etmiş, lakin ərizə İddiaçı tərəfindən imzalanmamışdır. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsi tərəfindən Qusar rayonu Quxur-oba kənd sakini İddiaçı ünvanlanmış 28.01.2021-ci il tarixli 19 saylı məktubdan görünür ki, 18.01.2021-ci il tarixdə idarəyə daxil olmuş ərizənin müzakirəsi ilə əlaqədar olaraq, məsələnin yerində araşdırılması üçün, amma (Covid-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə əlaqədar rayonlararası gediş-gəliş bağlı olduğunu nəzərə alaraq, 26.01.2021-ci il tarixində İdarəyə dəvət edilmiş, İddiaçı ilə danışıqlar aparılmış və əmək kitabçası təqdim edilmiş, lakin İddiaçı əmək kitabçasını əsaslı səbəb olmadan götürməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq akt tərtib edilmiş və əmək kitabçası poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. İddiaçı əlavə ərizəsində işə qəbul olmaq üçün müraciəti ilə bağlı hal-hazırda boş vakant iş yerinin olmadığı, əgər gələcəkdə boş vakant iş yeri olarsa, məlumat veriləcəyi İddiaçı bildirilmiş və həmin məktub İddiaçı ünvanı olan Qusar rayonu Quxur-Oba kəndinə göndərilmişdir. Yenə işdə olan X2 İdarəsi tərəfindən İddiaçı verilmiş 09.03.2021-ci il tarixli, 01 saylı arayışdan görünür ki, təmir-tikinti sahəsinin fəhləsi olan İddiaçı 2018-ci ilin yanvar ayından avqust ayına kimi cəmi 1553,44 manat əmək haqqı ödənilmişdir. Yenə də işdə olan Samur X7 İdarəsinin Həmkarlar Təşkilatının sədri F.Ə.Həsənov, Kadrlar üzrə mütəxəssis T.Q.Aşıralıyeva və mühəndis-hidrometr Ə.R.Cəfərli tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiqlənmiş 07.08.2018-ci il tarixli aktdan görünür ki, Təmirtikinti istismar sahəsində fəhlə peşəsi üzrə işləmiş İddiaçı 06.08.2018-ci il tarixli, 110K saylı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmiş əmr və işçinin əmək kitabçası təqdim edilmiş, amma İddiaçı qəbul etməkdən imtina etmişdir. İddiaçı əmək kitabçasını ünvanına göndəriləcəyi bildirilmiş, İddiaçı əmək kitabçasının həmin ünvana göndərilməməsini, sonra gedib götürəcəyini bildirmişdir. Əmək kitabçasının götürülməsi barədə təkid edilsə də, İddiaçı qəti şəkildə imtina edərək götürməmişdir. İş materiallarına əlavə edilmiş X2 İdarəsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, təmir-tikinti sahəsinin fəhləsi olan İddiaçı 2018-ci ilin avqust ayına 3,47 manat tutulma olmaqla 59,53 manat əmək haqqı ödənilmişdir. Yenə iş materiallarına əlavə edilmiş X2 İdarəsinin Tarif üzrə İİİ dərəcə üçün təyin olunmuş əmək haqqı barədə 29.03.2021-ci il tarixli, 02 saylı arayışdan görünür ki, 2018-ci ilin yanvar-mart ayları üçün hər ay 134 manat, aprel-dekabr ayları üçün hər ay 149 manat, 2019-cu ilin yanvar və fevral ayları üçün hər ay 149 manat, mart-avqust ayları üçün hər ay 195 manat, sentyabr-dekabr ayları üçün hər ay 271 manat, 2020-ci ilin yanvar-dekabr ayları üçün hər ay 271 manat və 2021-ci ilin yanvar və fevral ayları üçün hər ay 271 manat əmək haqqı müəyyən edilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş Samur X7 İdarəsinin Həmkarlar Təşkilatının sədri F.Ə.Həsənov, Kadrlar üzrə mütəxəssis T.Q.Aşıralıyeva və hüquqşunas S.B.Əliyev tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiqlənmiş 26.01.2021-ci il tarixli aktdan görünür ki, Təmir-tikinti istismar sahəsində fəhlə peşəsi üzrə işləmiş İddiaçı 12.01.2021-ci il tarixli ərizəsi idarəyə 18.01.2021-ci il tarixdə daxil olmuş və ərizəsi əsasında 19.01.2021-ci il tarixdə məsələnin həlli barəsində İdarəyə dəvət olunmuş, lakin Covid-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə rayonlararası gediş-gəliş bağlı olduğu üçün İddiaçı gələ bilməyəcəni bildirərək, yalnız 26.01.2021-ci il tarixdə gələcəyini bildirmişdir. İddiaçı 12.01.2021-ci il tarixli ərizəsinə cavab olaraq 26.01.2021-ci il tarixdə ərizənin müzakirəsi ilə əlaqədar, İddiaçı ilə danışıqlar aparılmış və hal-hazırda idarədə boş vakant iş yerinin olmadığı, gələcəkdə olarsa, xəbərdar ediləcəyi bildirilmişdir. 06.08.2018-ci il tarixli, 110K saylı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmiş əmr və işçinin əmək kitabçası təqdim edilmiş, lakin İddiaçı qəbul etməkdən imtina etmişdir. 07.08.2018-ci il tarixdə İddiaçı əmək kitabçası təqdim edilmiş, İddiaçı götürməkdən imtina etmiş, hətta ünvanına göndəriləcəyi bildirildikdə, İddiaçı əmək kitabçasının həmin ünvana göndərilməməsini, sonra glib götürəcəyini bildirmişdir. Dəfələrlə bu barədə şifahi xəbərdarlıq edilmişdir. Həmin vaxtdan 2 il yarım vaxt keçməsinə baxmayaraq, idarəyə 12.01.2021-ci il tarixli ərizə ilə müraciət edərək əmək kitabçasının idarədə qaldığını bildirmiş və təkrarən 26.01.2021- ci il tarixdə yenə də əmək kitabçası təqdim edilmiş, heç bir əsaslı səbəb açıqlamadan götürməkdən imtina etmişdir. İş materiallarında olan İddiaçı Samur X7 İdarəsinə ünvanladığı 06.08.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, 06.08.2018- ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Yenə iş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydə alınmasına dair 06.08.2018-ci il tarixli məlumatdan görünür ki, X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 06.08.2018ci il tarixli, xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış 04.04.2002-ci il tarixli, bildiriş nömrəsi xxxxxxx000102 olan əmək müqaviləsinə 06.08.2018-ci il tarixdə 110 saylı əmrə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Samur X7 İdarəsinə əsas iş yeri olmaqla ixtisaslı suvarma üzrə fəhlə vəzifəsinə aylıq əmək haqqı 114 manat olmaqla işə qəbul edilmiş və bu barədə bildiriş 05.08.2014-cü il tarixdə rəsmi qeydə alınmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 04.04.2002-ci il tarixli, 28K saylı əmrə əsasən Samur X7 İdarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, 31.05.2016-cı il tarixli, 30İ saylı əmrə əsasən tutduğu peşəsində qalaraq Təmir-Tikinti İstismar Sahəsinə keçirilmiş, 06.08.2018-ci il tarixdə yazdığı ərizə əsasında işdən azad edilməsini xahiş etmiş, həmin tarixdə 110K saylı əmrə əsasən isə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 04.04.2018-04.04.2019-cu iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə 07 təqvim günü üçün pul əvəzinin ödənilməsi qərara alınmış və ona ödənilmişdir. Hazırda İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X2 İdarəsindən onun xeyrinə 9000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin tələblərinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yenə həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı Qərarına əsasən, əmək müqaviləsi xitam edildikdə işçiyə əmək kitabçası aşağıdakı hallarda verilir: işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşdən görünür ki, İddiaçı 06.08.2018-ci il tarixdə yazdığı ərizə əsasında işdən azad olunmasını xahiş etsə də, əmək kitabçasının surətinin, əmək müqaviləsinin və digər zəruri sənədlərin təhvil verilməsi barədə ərizə ilə yalnız 12.01.2021-ci il tarixdə cavabdeh quruma müraciət etmiş, cavabdeh isə öz növbəsində 07.08.2018-ci il və 26.01.2021-ci il tarixlərində tərtib olunmuş aktlara əsasən əmək kitabçasının iddiaçıya təqdim edilməsini, əks halda isə yaşadığı ünvan üzrə göndərilməsini təklif etsə də, iddiaçı tərəfindən imtina olunmuşdur. Göründüyü kimi, İddiaçı son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) alsa da, əmək kitabçasını götürməmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı əmək kitabçasını götürməsi üçün İdarəyə çağırılsa da, o, əmək kitabçasının götürülməsindən imtina etmişdir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə isə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, İddiaçı iddia tələbini əmək müqaviləsinə xitam verildiyi gündən işsiz qalması ilə əsaslandırsa da, işləməməsini məhz əmək kitabçasının olmaması ilə əlaqələndirə bilməmiş, hər hansı quruma işə götürülməsi barədə müraciət etdiyini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, əmək qanunvericiliyinin pozulması halı baş verməmiş, cavabdeh təşkilat tərəfindən İddiaçı hər hansı hüquqları pozulmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı hazırkı iddiasını rədd edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3338/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3338/2021
07.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver