Məhkəmə qərarları › İş №2(105)-355/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-355/2022

26.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-355/2022 26.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(012)-120/2021 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılması tələbinə dair iddiası qismən təmin edilib, "xxxx" ASC və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, DEN-00029-08/19 A saylı əsas kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli, DEN-A0029-08/1A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 149698,99 manat manat əsas borc, 15344,03 manat faiz borcu, 500 manat dəbbə borcu, ümumilikdə 165543,02 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılan xx.xx.2019-cu il tarixli, DENG-00029- 08/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiymətinin 280000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinin boşaldılması, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(012)-120/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, "xxxx" ASC-nin “Səbail” filialı və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, DEN- 00029-08/19 A saylı əsas kredit müqaviləsinin, xx.xx.2019-cu il tarixli, DEN-A0029-08/1A saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019cu il tarixinə olan 149699 manat əsas borc, 15344,04 manat faiz borcu, 18420,39 manat dəbbə borcu olmaqla, ümumilikdə 183463,43 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılan xx.xx.2019-cu il tarixli, DENG-00029-08/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh4 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, DEN-00029-08/19A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, xx.xx.2024-cü il tarixinədək Əlavə müqavilələr bağlamaqla 200.000 (iki yüz min manat) məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçı ilə DENG-00029-08/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan 0.1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evini ipotekaya qoymuşdur. İddiaçı Bank "xxxx" ASC-nin “Səbail” filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, DEN-A0029-08/19A saylı Əlavə kredit müqaviləsinə əsasən şəxsi istifadə məqsədi ilə bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 18 (on səkkiz) faiz ödəmək şərti ilə 150.000 (bir yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən kreditin təminatı qismində xx.xx.2019-cu il tarixli, DENG-00029-08/19A (üç tərəfli) nömrəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş olan 0.1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ünvan 1i ünvanlı fərdi yaşayış evi ipotekası ilə təmin olunmuşdur. Cavabdeh4 MMC xx.xx.2019-cu il tarixdə bankla DENZ- A0029-08/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh3 xx.xx.2019-cu il tarixdə iddiaçıyla DENZ-00029-08/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsinə zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan əlavə kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 4.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin xx.xx.2019-cu il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 149699 (bir yüz qırx doqquz min altı yüz doxsan doqquz) manat, faiz borcunun məbləği 15344 (on beş min üç yüz qırx dörd) manat 04 (dörd) qəpik, dəbbə pulu 18420 (on səkkiz min dörd yüz iyirmi) manat 39 (otuz doqquz) qəpik təşkil edir. Beləliklə cavabdehlərin xx.xx.2019-cu il tarixinə ümumi borcu 183463 (bir yüz səksən üç min dörd yüz altmış üç) manat 43 (qırx üç) qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan əlavə kredit müqaviləsinin 2.2-ci bəndinə borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş məbləğdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın keditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdiyi müddətin 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0.5 faizi miqdarında cərimə tətbiq edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 19 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 26 oktyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənildiyinə görə bank iddia tələbindən imtina edir. Ona görə də, iddia tələbindən imtina barədə ərizənin qəbul edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 26 oktyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə kollegiyasına ərizə ilə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc tam ödənildiyinə görə bank iddia tələbindən imtina edir. Ona görə də, iddia tələbindən imtina barədə ərizənin qəbul edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllə Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.2. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0 və 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin 01 avqust 2022-ci il tarixli etibarnamədə onun iddia tələbindən tam və ya qismən imtina edilməsi üçün səlahiyyəti olduğundan iddiadan imtina qanuni və əsaslı olduğundan qəbul edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli, 9/2861 nömrəli rəyinin verilməsi üçün tədqiqatın dəyəri 100 (yüz) manatdır. MPM-nin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. MPM-nin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Məhkəmə kollegiyası nəzərə alır ki, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən banka olan borc tam ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilməli və ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat pul Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 263-265, 365, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddiadan imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(012)-120/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC-yə qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzilin boşaldılmas tələbinə dair iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin Ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat pul Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar