Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3571/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının yanında yaşayan 29.10.2006-cı il təvəllüdlü Lailanın və 10.08.2012-ci il təvəllüdlü Nihadın cavabdehin himayəsinə verilənə qədər saxlanılması üçün hər uşağa hər ay 175 manat olmaqla 2 uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd olunan mülki işi cavabdehin qeydiyyatda olduğ]u yer üzrə göndərilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan 2(060)-6551/2021 saylı mülki iş üzrə cavabdeh İsmayılova X1 şəhərində qeydiyyatdadır. Buna baxmayaraq ərizə icraata qəbul edilmişdir. Ona görə də ərizə ilə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki üş üzrə cavabdehin nümayəndəsi tərəfindən mülki işin aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə göndərilməsinə dair ərizəsi təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 29.10.2006-cı il təvəllüdlü X3 və 10.08.2012-ci il təvəllüdlü X2 analarının himayəsinə verilənə qədər saxlanılmaları üçün hər ay 175 manat olmaqla iki uşağa görə 350 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, hakim iddia ərizəsini ümumiyyətlə icraata qəbul etməməli idi. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 11.07.2005-ci il təvəllüdlü Zemfira, 29.10.2006-cı il təvəllüdlü Laila, 10.08.2012-ci il təvəllüdlü Nihadın onun yanında qalması və hər uşağa görə 120 manat, cəmi 360 manat alimentin tutulması qət eidlmişdir. İddiaçı qətnamənin icrasından yayınır və bu səbəbdən uşaqları onun himayəsində olmalı olduğu halda qanunsuz olaraq onları saxlayır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6551/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Sumqayıt şəhərinə qeydiyyatdadır və iddia tələbi aliment tələbi olduğu üçün seçiminə görə iddianı yaşayış yeri üzrə vermişdir. Məhkəmə gəldiyi nəticəni MPM-nin 35.1, 36-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyət normalarına müəyyən edir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Qanunvericilik normalarından göründüyü kimi, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Hazırki iddia tələbi də alimentin tutulması barədədir, iddiaçının da Sumqayıt şəhərində qeydiyyatda olması iş materialları ilə müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6551/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3571/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3571/2021
25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver