Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3589/2020 29.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə ərazi aidiyyatının müəyyən edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edib, “İddiaçı” İB-yə vurulmuş 2507 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 2537 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-946/2020 saylı qərardadı ilə iddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci və 36.9-cu maddələrinin tələbinin təsiri altına düşdüyünə istinad olunaraq mülki iş aidiyyat üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-5040/2020 saylı qərardad ilə digər məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci və 36.9-cu maddələrinin tələbinin təsiri altına düşmədiyini və iddia ərizəsinin istehlakçı tərəfindən yox, «İddiaçı» İstehsalat Birliyi tərəfindən qaldırıldığını göstərərək, mülki işin aidiyyat üzrə göndərilməsi üzrə gəlinmiş nəticəni əsaslı hesab etməmişdir. Hər iki məhkəmənin gəldiyi nəticələrdən müəyyən edilir ki, işə ərazi aidiyyatı üzrə hansı məhkəmə tərəfindən baxılması barədə fikir ayrılığı vardır. Azərbaycan Respublikası MPM-nin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü madəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcələnin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə predmeti mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə bağlı deyildir. İş materiallarında olan “Paylayıcı” «İddiaçı» İstehsalat Birliyi və “İstehlakçı” Cavabdeh arasında bağlanmış xx xxxxx 2020-ci il tarixli, 14/1681 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən məhkəməyə təqdim edilən hesaba əsasən ödəyir. Hazırda «İddiaçı» İstehsalat Birliyi müqavilə öhdəliklərinin istehlakçı tərəfindən pozulması və təqsirli hərəkətləri nəticəsində Birliyə vurulmuş maddi zərərlə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisənin predmeti istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yoıl verilməsi ilə bağlı olmaqla “İstehlakçı” Cavabdeh tərəfindən deyil, “Paylayıcı” «İddiaçı» İstehsalat Birliyi tərəfindən müraciət edilmişdir. Sadalanan prosessual hüquq normaların tələblərindən göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası MPM-nin 39.1-ci və 36.9-cu maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş aidiyyat üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-3589/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3589/2020
29.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver