Məhkəmə qərarları › İş №2(105)-3635/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3635/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər - Kredit müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3635/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3592/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132.24 ABŞ dolları əsas, 22840.82 ABŞ dolları faiz, 3240.23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.06.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək qecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40157.14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 Qafqr qızının mülkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132.24 ABŞ dolları əsas, 22840.82 ABŞ dolları faiz, 3240.23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.06.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40157.14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan və Cavabdeh1 vəfat etdikdən sonra yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(012)-3592/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, torpaq sahəsinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və əmlakın boşaldılması» tələbi barədə mülki iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır (hakim Elman Məmmədov). Hazırda həmin qərardaddan narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2(012)-3592/2021 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayəti belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132.24 ABŞ dolları əsas, 22840.82 ABŞ dolları faiz, 3240.23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.06.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək qecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40157.14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 Qafur qızının mülkiyyətindəki Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 28.11.2020-ci il tarixdə ağciyər ürək çatışmamazlığından (coronavirus, COVİD19) vəfat etmişdir. Yelo Bank ASC isə Cavabdeh1 vəfat etdiyini bildiyi halda qanunsuz iddia qaldırmışdır. Ona görə də, o, iş üzrə icraata xitam verilməsini tələb etmişdir. Vəsatətdən sonra İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13132.24 ABŞ dolları əsas, 22840.82 ABŞ dolları faiz, 3240.23 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.06.2018-ci il tarixdən 03.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 943.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 40157.14 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki və Cavabdeh1 vəfat etdikdən sonra yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9- da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9- da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan və Cavabdeh1 vəfat etdikdən sonra yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, iddiaçı mirasın Cavabdeh2 tərəfindən faktiki və ya hüquqi formada qəbul edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə 10 sentybar 2021-ci il tarixli qərardadla vəsatəti təmin etməmişdir. Məhkəmə qərardadını yalnız iddiaçının nümayəndəsinin izahatı ilə əsaslandırmışdır ki, guya ki, Cavabdeh2 mirası faktiki qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin üçüncü hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübuta əsaslanmalıdır. Hazırkı işdə qəbul edilən qərardad qanuna və sübuta əsaslanmır. Belə ki, iddiaçının miras əmlakı faktiki və hüquqi qəbul etməsi barədə heç bir sübut və qanuni əsas yoxdur. Belə ki, AR MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tərəf miras əmlakın Cavabdeh2 tərəfindən qəbul edildiyini bildirsə də, həmin əmlakın sonuncu tərəfindən qəbul edilməsi barədə ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Tərəf heç bir sübut təqdim etmədiyi halda məhkəmə iddiaçının nümayəndəsinin sadəcə izahatına əsaslanaraq belə bir qərardad qəbul etmişdir. Halbuki, iddiaçının nümayəndəsinin izahatı onun tərəfindən təkzib edilmişdir. Hüquq münasibətləri hüquq varisliyinə yol vermir və Cavabdeh2 Cavabdeh1 varisi deyildir. Belə ki, bu barədə vərəsəlik şəhadətnaməsi yoxdur və əmlakı faktiki qəbulı etməmişdir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı iddia təqdim edərkən MAPSdan arayış təqdim etməmiş, Cavabdeh1 vəfat etməsini gizlətmişdir. İddia qaldırılana qədər cavabdeh vəfat etdiyindən bu iddia icraata ümumiyyətlə qəbul edilməli deyildi. Hazırkı işdə cavabdeh iddia məhkəməyə verilənə qədər vəfat etdiyindən iş üzrə icraata xitam verilməlidir. Ona görə də, MPM-nin 261.0.7. maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməli idi. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, hazılrki mübahisə hüquqi varisliyə yol verir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə icraata xitam verilmə barədə vəsatəti təmin etməmişdir. Odur ki, şikayətin təmin edilməməsi, birinci istansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və onun nümayəndə və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3592/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 Cavabdeh1 varisi olmaq istəməməsi hüquq varisliyinə yol verilməməsi kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. İş materiallarından görünür ki, Cavabdeh1 Bakı şəhərində ağciyər-ürək çatışmazlığı səbəbindən 28.11.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Hazırki işdən görünür ki, mübahisə edilən hüquq münasibəti hüquqi varisliyə yol verilir. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Belə ki, bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, döngə 9-da yerləşən, 5 otaqlı, 132.1 kv.m ümumi, 74.9 kv.m yaşayış, 57.2 kv.m yardımçı sahədən ibarət 18 nömrəli fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsinə Cavabdeh1 vəfat etdikdən sonra, yəni 28 noyabr 2020-ci il tarixdən Cavabdeh2 sahiblik və idarə edir. Bundan başqa iddia ərizəsindən görünür ki, Cavabdeh2 cavabdeh qismində göstərilmişdir. Belə olan halda mərhum Cavabdeh1 qalmış əmlaka sahiblik və idarə edən şəxsin mirası qəbul etmək istəməməsi ağlabatan deyildir. Məhkəmə kollegiyası yuxarıda birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək şikayətdə göstərilən dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3592/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3592/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar