Məhkəmə qərarları › İş №2(105)-366/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-366/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-366/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(060)-5924/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(060)-5924/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 25 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment, həmçinin mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim A.Behbudova) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(060)-5924/2022 nömrəli qətnaməsinin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-830/2019 saylı, 16 yanvar 2019-cu İl tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunması qət edilmişdir. Aralarında olan rəsmi nikah pozularkən onlar öz aralarında alimentlə bağlı şifahi qaydada razılığa gəldiklərindən o, cavabdehdən aliment tələb etməmişdir. Lakin cavabdeh aralarında olan razılaşmaya əməl etmir, uşağın saxlanması üçün ona aliment ödəmir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə cavabdehin qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində aliment tutulub ona verilməlidir. Cavabdeh "xxxx" Kərpic Zavodunda elektrik vəzifəsində işləyir. Aylıq əmək haqqı təxminən 1000-1200 manat təşkil edir. Həmçinin hesab edir ki, alimentin tutulmasının əvvəli ilkin mediasiya sesiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə arayışın verildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulub ona verilməsi və mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinə dəqiqləşməsi barədə ərizə təqdim edərək tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödənilmiş 50 manat rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, 150 manat məbləğində alimentlə bir ay ərzində bir uşaq saxlamaq mümkün deyil. Məlum olduğu kimi yaşayış minimumumu 2022-ci ildə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunub. İddia tələbində 250 manat aliment tələb edildiyi halda, məhkəmə heç bir əsaslandırma aparmadan 150 manat məbləğində aliment təyin etmişdir. Halbuki, qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə iddiada alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmasını tələb etsə də, məhkəmə alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmasını təmin etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə də razı deyildir. Hesab edir ki, aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək mediasiyaya müraciət etmişdir. Uşağın saxlanması üçün aliment tələb etmiş, bu barədə tədbirlər görmüş, cavabdehə məlumat vermişdir, lakin aliment ödəməli olan şəxs, yəni cavabdeh onu verməkdən boyun qaçırmış, nəticədə aliment almamışdır. Göstərilən hallar apellyasiya kollegiyası tərəfindən yenidən nəzərdən keçirilməli və şikayət təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edib təmin edilməsini xahiş etdilər. İddiaçı həmçinin bildirdi ki, o yenidən nikaha daxil olmuşdur, lakin övladı yoxdur. Cavabdehin iş yerindən əlavə başqa gəlirləri də var. Onun maddi imkanı yaxşıdır. İddia tələbində qeyd olunan aliment məbləğini ödəyə bilər. Cavabdeh məhkəmə iclasında bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, o hazırda nikaha daxil olmuşdur və artıq bir övladı vardır. Aylıq gəliri 400 manat təşkil edir. Əlavə hər hansı gəliri yoxdur. O, aylıq 170 manat məbləğində aliment ödəyə bilər. Həmin məbləğdən artıq məbləğdə aliment miqdarının müəyyən edilməsini qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 830/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 2045 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Yenə iş materiallarında olan AZ-İ seriyalı, 319043 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 77 № ilə qeyd edilmişdir. Yenə də iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2014-cü tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 3 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixində akt qeydləri kitabında 1745 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mirzəliyev, arvada isə Mirzəliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş Sumqayıt Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 436 saylı arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixində həkim-mama ginekoloq müayinəsində olmuş, “19-20 həftəlik hamiləlik” diaqnozu qoyulmuşdur. Yenə işə əlavə edilmiş AZEMİS-də olan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh "xxxx" MMC-də mühəndis, elektrik sistemləri vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər – İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ödəmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(060)-5924/2022 nömrəli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü ildə X2 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-830/2019 saylı, 16 yanvar 2019-cu İl tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. Aralarında olan rəsmi nikah pozularkən iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Lakin cavabdeh tərəflər arasındakı şifahi razılaşmaya əməl etmədiyindən, uşaq üçün aliment ödəmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə qəbul edilən aliment məbləğindən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Yenə həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2022-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. Hazırda bu məbləğ 220 manat təşkil edir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş alimentin aşağı məbləğdə olduğunu, bu səbəbdən də alimentin 250 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin tədqiq olunan faktiki hallarını, cavabdehin aylıq maddi gəlir məbləğini, habelə cavabdehin yenidən nikaha daxil olması, həmin nikahdan azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən həmin uşağa görə hər ay ümumilikdə 180 manat məbləğində aliment tutulması ağlabatan olardı. Beləliklə, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətlərini, ən başlıcası isə birgə nikahdan doğulmuş Dəniz adlı uşağın mənafeyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(060)-5924/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilməli, tutulacaq alimentin məbləği hər ay 180 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X6rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İddiaçının apellyasiya şikayətinin aliment məbləğinin hazırkı iş üzrə mediasiya təşkilatına müraciət edildiyi xx.xx.2022-ci il tarixdən hesablanması barədə dəlilini əsassız hesab edən kollegiya bildirir ki, iddiaçı bu barədə məhkəməyə ciddi, əsaslı şübhələrdən kənar sübut təqdim etməmişdir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Yəni iddiaçının hazırkı mübahisə üzrə mediasiya təşkilatına müraciət etməsi, habelə tərəflər arasında mediasiya mərhələsində hər hansı razılaşma əldə edilməməsi, Ailə Məcəlləsinin istinad olunan maddəsinə əsasən alimentin mediasiya təşkilatına müraciət edildiyi vaxtdan hesablanması üçün iddiaçıya hüquqi əsas vermir. Belə ki, mövcud qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Başqa sözlə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etməsi, onun hər hansı əlavə tədbir görməsi deyil, birbaşa qanunun tələbidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini qismən də olsa sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin əmlak vəziyyətini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, qətnamə dəyişdirilməli, tərəflərin azyaşlı uşaqları xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(060)-5924/2022 nömrəli qətnaməsi dəyişdirilsin. 25 avqust 2022-ci ildən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı Zakir qızına verilsin. Qətnamə mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat pulun Cavabdeh tutularaq, İddiaçı verilməsi və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar