Məhkəmə qərarları › İş №2(105)-3679/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3679/2021

02.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3679/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobil tələbinə dair mülki işin ərazi aidiyyətinin müəyyən edilməsinə dair Abşeron Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobil tələbinə dair iddia ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(001)- 6288/2021 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən baxılması üçün ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(012)-6229/2021 saylı qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırki mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 11 avqust 2021-ci il tarixli, 2(001)- 6288/2021 saylı qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh Rzayev X2 rayonunda qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə, yəni işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyinin aşkar olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi mülki işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsi mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərərkən onu əsas götürmüşdür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin 2.8-ci bəndinə əsasən tərəflər ödənişlə bağlı hər hansı bir problem yaranarsa, məhkəmənin Bakı şəhəri ərazisində keçiriləcəyi barədə razılığa gəlmişlər. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış 29.06.2020-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin 2.8-ci bəndində mübahisənin Bakı şəhərinin hansı rayon məhkəməsində keçiriləcəyi konkret göstərilməmişdir və həmin bənd qeyri müəyyəndir. Digər tərəfdən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.06.2020-ci il tarixli avtomobilin alqı-satqısına dair ilkin müqavilənin 2.8-ci bəndində tərəflərin ödənişlə bağlı mübahisənin Bakı şəhəri ərazisində keçiriləcəyi barədə razılığa gəldikləri qeyd edilmişdir. Hazırki iddia tələbi isə ödənişlə bağlı deyildir, müqavilənin ləğv edilməsi və avtomobilin qaytarılması barədədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 07.07.2021-ci il tarixli arayışından və AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Rzayev X2 rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə, 456 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericilik iddianın, bir qayda olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan aidiyyat qaydalarını da nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hazırki mülki işi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobil tələbinə barədə iddiasına dair mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və avtomobil tələbi barədə iddiasına dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar