Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3753/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8360/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8360/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8360/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh məcburi köçkün kimi özünə məxsus Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 312 saylı evdə yaşayır. Həmçinin cavabdehin ona qarşı aliment tələbinə dair iddiasına da Sumqayıt Şəhər Məhkəməsində baxıəlmışdır. Bu səbəbdən də hesab edir ki, qərardad ləğv edilməli, işə mahiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında göstərdi ki, Laçın rayonunda qeydiyyatda olsa da faktiki olaraq Sumqayıt şəhərində yaşayır, Sumqayıtda ticarətlə məşğuldur, daimi yaşayış yeri Sumqayıt şəhəridir. Bu səbəbdən şikayətin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə cavabdeh Cavabdeh Laçın rayonunda rəsmi qeydiyyatda olmasına istinad edərək iddia ərizəsini geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Cavabdeh Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı İnşaatçı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 312 saylı evdə yaşayır. Qeyd edilən xüsusat cavabdeh tərəfindən də təsdiq edilmiş, Sumqayıt şəhərində ticarətlə məşğul olması və daimi yaşayış yeri Sumqayıt şəhəri olmasını bildirmişdir. Eyni zamanda işə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 16.01.2019-cu il tarixli, 2(060)534/2009 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı hər növ qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment 15.01.2009-cu il tarixdən başlayaraq hər ay tutulub 27.09.1999-cu il təvəllüdlü X2 və 24.05.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək sxlanması üçün tələbkar Cavabdeh Müseyib qızına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsaəsn alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsaəsn iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Göründüyü kimi, Abbasova X3 rayonunda qeydiyyatda olsa da, məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşaraq yaşadığından onun alimentə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və məhkəmə tərəfindən məhkəmə əmri qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Laçın rayonunda məcburi köçkündür və hazırda Sumqayıt şəhəri ərazisində yaşayır, eləcə də alimentə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, ərizəsinə həmin məhkəmədə baxılaraq qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdeh işə Sumqayıt Şəhər Məhkəməsində baxılmasına etiraz etmədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin məcburi köçkün kimi Sumqayıt şəhərində yaşaması, himayəsində 2 uşaq olmasını, daha əvvəl alimentə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsində baxılması nəzərə alınarsa hazırki mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılması qanunvericiliyə zidd deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, şikayət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8360/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8360/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3753/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3753/2021
16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver