Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-381/2021 03.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(012)-2413/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(012)-2413/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması və əlavə xərcin ödənilməsinin dayandırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2017 saylı, 12 iyun 2017-ci il tarixli qətnaməsi ilə 21.01.2004-cü il təvəllüdlü X4 və 11.06.2005-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 136,6 manat, cəmi 273,2 manat sabit pul məbləğində alimentin və X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb edilərək ondan hər ay 50 manat pulun tutulması qət edilmiş qətnaməsində alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək 21.01.2004-cü il təvəllüdlü X4 və 11.06.2005-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması, X5 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb edilərək iddiaçıdan tutulan hər ay 50 manat pul məbləğinin ləğv edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ağayev X3 Aidə Pənah qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)- 4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər iki uşaq üçün onun tərəfindən ödənilməli olan cəmi 273,2 manat sabit pul məbləğində alimentin azaldılaraq hər ay hər bir uşaq üçün 75 manat, ümumilikdə 150 manat miqdarında alimentin ondan alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)-4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş, övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər iki uşaq üçün onun tərəfindən ödənilməli olan cəmi 273,2 manat sabit pul məbləğində alimentin azaldılaraq hər ay hər bir uşaq üçün 75 manat, ümumilikdə 150 manat miqdarında alimentin ondan alınaraq cavabdehə verilməsi və oğlu X5 müalicəsi ilə bağlı əlavə xərcin (50 manat) ödənilməsinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın tamamilə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiadan imtina etdiyini bildirdi və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən səxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(012)-2413/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı iddiadan imtina barədə 03 iyun 2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək alimentin miqdarının azaldılması və əlavə xərcin ödənilməsinin dayandırılması barədə iddiasından imtina etdiyini bildirmiş və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(012)- 2413/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(012)-2413/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması və əlavə xərcin ödənilməsinin dayandırılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-381/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-381/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver