Məhkəmə qərarları › İş №2(105)-390/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-390/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-390/2023 17.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment və digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı onun nümayəndə və vəkili Vəkil3 Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 manat məbləğin, vəkil üçün ödənilmiş 100 manatın və uşağın müalicəsi üçün cavabdehdən müalicə xərclərinə görə hər ay 100 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 09 avqust 2009-cu il tarixində rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 01 iyun 2010-cu il təvəllüdlü X5 və 12 yanvar 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumağa başlamışdır. Buna səbəb cavabdehin evə, ailəyə baxmaması, dolanışıqla maraqlanmaması, evə pul gətirməməsi, həmçinin onları daim psixoloji gərginlikdə saxlaması, iddiaçını döyüb təhqir etməsi olmuşdur. Cavabdehin “SOCAR”-da işləməsinə və yüksək əmək haqqı (1300 manat) almasına baxmayaraq, evdə gündəlik çörəyə möhtac yaşayırlar. Tərəflər artıq iki aydır ki, ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə iddiaçının himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır və heç bir kömək göstərmir. Həmçinin cavabdehin onlara yaşatdığı ailədaxili münaqişənin nəticəsi olaraq övladı Ağazadə Nurlanda psixoloji travma yaranmış və uzun müddət psixoloq seanslarına və müalicəyə ehtiyacı vardır. Cavabdeh onun müalicəsinin davam etdirilməsinə heç bir köməklik göstərmir. Həkim tərəfindən verilmiş arayışa əsasən X5 ailə-məişət zəminində yaranan psixoloji problemlərin korreksiyası üçün terapiya seanslarına cəlb edilmişdir. Artıq 3 aydır ki, bu seanslar davam edir. İddiaçı hər ay seanslara 100 manat pul xərcləyir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması, xx.xx.2010-cu il təvəllüdlü X1 müalicəsi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində tibbi xərcin 150 (yüz əlli) manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev) Birinci instansiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 250 manat alimentin tutulmasını xahiş etsə də bu vəsaitin ödənilməsi öhdəliyinin təmin edilməsi üçün cavabdehin zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş arayışda onun 700 manat əmək haqqı aldığı göstərilmişdir. Həmçinin tərəflərin birgə nikahlarından doğulmuş X5 psixoloji problemlərin korreksiyası üçün terapiya seanslarına cəlb edilmiş, iddiaçı 2022-ci ilin iyul-oktyabr aylarında bunun üçün ümumilikdə 300 manat pul ödəmişdir. İddiaçı cavabdehdən uşağın müalicəsi üçün müalicə xərclərinə görə hər ay 100 manat pulun tutulmasını xahiş etsə də, X5 üzərində aparılan psixoloji seansların hansı müddətə təyin edilməsi və nə vaxta kimi davam etməsinin zəruri olması barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Qeyd edilən məsələ aydınlaşdırılmadan cavabdehdən hər ay sabit pul məbləğində xərclərin tutulması ədalətli hesab edilə bilməz. Eyni zamanda mediasiya xərcinin mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən, eləcə də vəkilin xidmət göstərməsi ilə bağlı ödənilmiş vəsaitə dair hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissələrdə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 81.1, 81.2, 81.3, 100.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6277/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması, ayda cavabdehdən hər uşağa görə 193 ( yüz doxsan üç) manat aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsinin qətnaməsini əsassız hesab edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 3 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələbinə görə 2022-ci il ölkə üzrə uşaqların yaşayış minimumu 193 ( yüz doxsan üç) manat müəyyən edilmişdir. Göstərilən məbləğ uşaqların sağlamlıqlarının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün ərzaq, qeyri-ərzaq malları və xidmətləri üçün nəzərdə tutulmuşdur. Son zamanlar dünyada baş verən məlum proseslərlə əlaqədar bütün dünyada olduğu kimi respublikamızda da infiliyasiya xeyli artmışdır. Bunun nəticəsində ən zəruri ərzaq mallarının qiyməti xeyli qalxmışdır. Hazırda hüquqlarını qoruduğu şəxs 2 uşaqla yaşamaq üçün demək olar ki, heç bir şəraiti olmayan yerdə kirayənişin qalır. Uşaqlar çarpayıda həm yatırılar, həm dərslərini hazırlayır, həm də yazılarını yazırlar. Evdə stol, stul və yaşamaq üçün lazım olan ən adi əşyalar belə yoxdur. Buna səbəb maddi imkanının olmamasıdır. Atası ağır şəkər xəstəsidi, bir ayağını amputasiya ediblər, anası təqaüdçüdür. İmkanları daxilində maddi yardım edirlər. Lakin bu uşaqları saxlamaq üçün kifayət etmir. Oğlu Nurlanın müalicəsi davam etdirilir. Oun müalicəsini çətin olsa da valideynləri öz üzərlərinə götürmüşlər. Lakin məhkəmə cavabdehdən aliment tutulması barədə qətnamamə qəbul edərkən “Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında” 3 dekabr 2021-ci il tarixli AR Qanununun tələblərini və bizim çətin vəziyyətdə yaşamağımızı nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, kirayə mənzildə yaşayır. Uşaqlarının müalicəyə ehtiyacı var. Uşaqlara görə işləmir. Bu səbəbdən də məhkəmə qaydasında müəyyən edilmiş alimentin məbləği azdır. Ailəni bərpa etmək istəmir. Cavabdeh tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarındadır. Qeyd etdiklərimə əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehdən tutulan aliment miqdarının 193 manat həcmində müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının atası ağır xəstədir, cavabdeh işləyir, təxminən 700 manat maaş alır. Almasa belə, uşaqlarını saxlamalıdır. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehdən tutulan aliment miqdarının 193 manat həcmində müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, aliment borcunu ödəmək istəsə də iddiaçı zənglərinə cavab vermir, ünvanını bilmir, bank hesabı yoxdur. Ödəniş məbləğinin bir hissəsini saxlayıb. müəyyən məbləği xərcləyib. 193 manat ödəmək iqtidarında deyil. Cəmi 700 manat maaş alır. Atası təqaüdçüdür, qardaşı xəstədir, İİİ qrup əlildir və təqaüd alır. Onun müalicəsinə xərc çəkir. Kredit borcu var. İşdə də ştatların ixtisar prosesi gedir. Onun olduğu ştat da bu ay yaxud gələn ay ixtisara düşə bilər. Yəni yüksək ödəyicilik qabiliyyəti yoxdur. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər 81.1 alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3.Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsini yalnız xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsindən, yəni təyin edilmiş alimentin məbləği hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsin xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabedhdən tutulmalı alimentin məbləği hər uşaq üçün 193 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflərin nikahı haqqında xx.xx.2009-cu il tarixdə, 581 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, X7 xx.xx.2013-cü ildə, Sumqayıt şəhərində, X5 isə xx.xx.2010-cu ildə, Sumqayıt şəhərində andan olmuşdur. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş STP-AH” MMC-nin xx.xx.2022-ci il tarixli arayışa əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Poladəritmə sexinin Fasilsiz tökmə sahəsində 5-ci dərəcəli qaz kəsici peşəsində çalışır. Onun aylıq əmək haqqı 700 manat təşkil edir. X6 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli arayışda X5 üzərində həftədə iki dəfə olmaqla terapevtik iş aparıldığı göstərilmişdir. İş materiallarına X1 terapiya seanslarında iştirakı ilə bağlı ödənişləri əks etdirən mədaxil qəbzləri əlavə edilmişdir. Həmin qəbzlərə əsasən iddiaçı iyul-oktyabr aylarında X4 ümumilikdə 300 manat pul ödəmişdir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi uşaqların saxlanması və onların maddi ehtiyaclarının ödənilməsinin onların hər iki valideyninin vəzifəsi olmasını, valideynlərin uşaqların saxlanmasında eyni dərəcədə məsuliyyət daşımasını müəyyən edərək iddianın alimentə dair hissədə qismən təmin edərək hər uşaq üçün tutulan alimentin miqdarını 175 manat müəyyən etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin alimentin miqdarına dair gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Hazırki işin hallarından görünür ki, tərəflərin birgə nikahından olan uşaqlar azyaşlıdır və birinin davamlı müalicəyə ehtiyacı var, iddiaçı hazırda işləmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin təyin etdiyi 175 manat məbləğində aliment bir uşağın qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən cavabdeh işləyir və aylıq aldığı əmək haqqı 700 manat təşkil edir. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi qanunvericiliyin şərhi və tətbiqi təcrübəsi ilə bağlı qərarlarda valideyn rəsmi olaraq heç bir yerdə işləmədikdə və qazanca malik olmadıqda belə, o öz uşaqlarının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsi daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsaşən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabehdən tutulmalı alimentin məbləği hər uşaq üçün 193 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6277/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh tutulmalı alimentin məbləği hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla ümumilikdə 386 (üç yüz səksən altı) manat müəyyən edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar