Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3927/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X10 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən əlavə xərcə cəlb edilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh Əli oğlundan 19.05.2016-cı il təvəllüdlü X2 müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 (əlli) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən əlavə xərcə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 19.05.2016-cı il təvəllüdlü X2 müalicəsi üçün hər ay 300 manat sabit pul məbləğində əlavə xərclərə cəlb olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 28.08.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahdan19.05.2016-cı il təvəllüdlü X7 və 09.10.2017-ci il təvəllüdlü X8 adlı iki uşaqları var. Cavabdehlə ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(034)-65/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan 19.05.2016-cı il təvəllüdlü X2 və 09.10.2017-ci il təvəllüdlü X4 onun himayəmdə qalmaları və uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması qət edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində alimentdən başqa ona heç bir maddi yardım etmir. Uşaqlardan 19.05.2016-cı il təvəllüdlü C.Cavabdeh nəfəs almasında problemlər yarandığı üçün əməliyyata ehtiyac yaranmışdır. Uşaq 29.04.2021-ci il tarixdə Unikal Klinikada əməliyyat olunmuşdur. Həm əməliyyatın xərcini, həm də dərmanların alınması üçün bütün xərcləri o tək başına ödəmişdir. Belə ki, əməliyyata 400 manat pul ödəmişdir. Dəfələrlə cavabdehə uşağın əməliyyatı və dərmanlarının alınması üçün ona əlavə maddi yardım etməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh qəti olaraq imtina edərək alimentdən başqa heç bir maddi yardım etməyəcəyini bildirmişdir. Oğlu C.Cavabdeh niqt qusuru olduğuna görə Liman Kilinikasında ambulator müayinə olunmuş, uzunmüddətli müalicə almış və hal-hazırda da müalicəsi davam edir. Uşaqlara baxmaq bir valideyn kimi onların hər ikisinin borcudur. O, bir ana kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Cavabdeh isə bir ata kimi vəzifəsinin yalnız məhkəmə qətnaməsi ilə nəzərdə tutulmuş aliment ödənilməsindən ibarət olmasını hesab edir. Uşaq hər ikisinin uşağıdır. Ödənilən aliment uşaqların maddi təlabatlarını qismən ödəyir. Hətta alimenti də vaxtında belə ödəmir. Uşaq ambulator müalicədə olduğundan və hazırda da müalicəsi davam etdiyindən maddi cəhətdən əziyyət çəkir. Uşaqlar həm balaca olduğundan, həm də xəstə olduqları üçün hazırda heç bir yerdə işləyə bilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 28.08.2015ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan onların iki uşaqları var. İddiaçı ilə ailə münasibətləri alınmadığı üçün Zəngilan Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar isə iddiaçının himayəsində saxlanılmışdır. Məhkəmənin qətnaməsi ilə ondan iddiaçının xeyrinə hər ay cəmi olaraq 340 manat aliment tutulur. Ödənilən alimenti hər ay vaxtlı vaxtından ödəyir. Alimentdən başqa imkanı olan kimi uşaqlara əlavə maddi yardım da edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, 19.05.2016-cı il təvəllüdlü X7 nəfəs problemi yaşadığı üçün əməliyyat olunmuş və onun əmliyyatı üçün 400 manat xərc çəkmiş, dərmalar almış, uşaq hazırda ambulator müayinə olunmuş, uzun müddət müalicələr almış və müalicəsi də davam edir. Ayrılıqdan sonra iddiaçı uşaqlara görüşə ona imkan vermir. Aliment ödəməkdən isə heç vaxt isə boyun qaçırmamışdır. O, 1 il 6 ay müddətinə azadlıgın məhdudlaşdırılması cəzasına məhkum olundugu üçün yaşadıgı yeri tərk edə bilməmişdir. Özü onurga diski yırtığından əziyyət çəkdiyi üçün ağır işlərdə işləyə bilmir. Əməliyyat olunmağına isə maddi vəziyyəti imkanı vermir. Bu vəziyyətdə əlavə xərc kimi 50 manat ödəməyi olduqca çətin olan maddi imkan vermir. Məhkəmə bunları nəzərə almamışdır. Zəngilan Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(034)-372/2021 il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir ata kimi uşağa maddi köməklik etməsinin valideyn borcu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən olunur ki, tərəflər 28 avqust 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan 19 may 2016-cı il təvəllüdlü X7 və 09 oktyabr 2017-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-65/2021 saylı 25.02.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaqlar isə iddiaçının himayəsində saxlanılmışdır. İşdə olan Unikal Klinikası tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, 19.05.2016-cı il təvəllüdlü X2 əməliyyatı üçün 400 manat ödəniş edilmişdir. İş materiallarında olan Liman Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, 19.05.2016-cı il təvəllüdlü X7 07.05.2021-ci il tarixdə klinikada nitq qüsuru diaqnozu ilə ambulator müayinədə olmuş, hal-hazırda müalicəsi davam edir. İşə əlavə olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 saylı 02.11.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 15.02.2013-cü il təvəllüdlü X3 yetkinlik yaına çatanadək hər ay qazancının 1/6 hissəsində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 04.06.2021-ci iml tarixli 01 nömrəli arayışdan görünür ki, Cavabdeh cəmiyyətdə baş mühasib vəzifəsində işləyir və aylıq vəzifə maaşı 350 manat təşkil edir. İşdə olan Ege Hospital tərəfindən Cavabdeh verilmiş arayışdan görünür ki, o, onurğa sütunun bel hissəsində açıqlığı sola baxan minimal skolioz, bel lordozunda düzləşmə, L3- 4 diskdə dural kisəni sıxan düffuz anulyar qabarma, L4-5 diskdə dural kisəni sıxaraq hər iki neural foramenə uzanan geniş əsaslı arxa mərkəzi yırtıq (5 mm), L5-S1 diskdə dural kisəni sıxaraq sağ S1 sinir kökcüyünə toxunan sağ paramedian protruziya (3mm) xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. İş materiallarında olan həkim arayışlarından və ödəniş qəbzlərdən göründüyü kimi, həqiqətdən də tərəflərin birgə nikahdan doğulmuş 19.05.2016-cı il təvəllüdlü uşaqları X2 nəfəs almasında problemlər yarandığı üçün əməliyyat olunmasına 400 manat ödəniş olunmuş, niqt qusurunun olduğu, xəstə uzunmüddətli müalicə olunduğu, müalicənin davam olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə kollegiyası Cavabdeh maddi vəziyyətinin ağır olması ilə əlaqədar olaraq əlavə xərcin ödəyə bilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh maddi vəziyyətini nəzərə alaraq, iddianın qismən təmin edib, Cavabdeh 19.05.2016-cı il təvəllüdlü X2 davam edən müalicəsi üçün uşaq sağalana kimi hər ay 50 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qənaətinə gəlməsini məhkəmə kollegiyası düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxcıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 06 iyul 2021-ci il tarixli 2(034)-372/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3927/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3927/2021
27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver