Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-395/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X24 və X15 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 (habelə digər iddiaçı X5 nümayəndəsi), ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, həmçinin ilk iddia üzrə cavabdeh X9 vəkili və nümayəndəsi X42 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər X5, İddiaçı2, İddiaçı3 ilk iddia üzrə cavabdehlər DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh3, X4, X30 və X11 qarşı hüquqların dövlət qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası üzrə və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X7, İddiaçı2 və İddiaçı3 qarşı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-503/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh X10 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X12, İddiaçı2, İddiaçı3 cavabdehlər DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, X31 və Cavabdeh3 qarşı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh3 X7, İddiaçı2 və X25 qarşı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2 (027)-503\2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh X19 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2 (027)-503\2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 da qətnamədən apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iş üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X12, İddiaçı2 və X38 DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 1999-cu il tarixli 07 nömrəli qərarı ilə X8 və X25 JN-13xx xxx 30319018 nömrəli və İddiaçı2 və ailə üzvlərinə JN-13xx xxx 30319018 nömrəli mülkiyyət hüququna dair dövlət aktlarına əsasən müvafiq olaraq 0,42 ha və 1,06 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaqlar mülkiyyətlərinə verilib. Onlar mülkiyyətlərində olan torpaq sahəsindən üzrlü səbəbdən istifadə edə bilmədiklərindən şifahi razılığa əsasən icarəyə veriblər. Hər il torpaq sahəsində əkilən taxıl məhsulundan bir hissəsini icarə haqqı olaraq alıblar. Namik Əliyev ailəsini dolandırmaq məqsədilə RF-na gedib-gəlib, digər ailə üzvləri isə mülkiyyətlərində olan torpaq sahəsinin kənddən aralıda olması səbəbindən istifadə edə bilməyiblər. Göstərilən səbəbdən razılaşma ilə mülkiyyət sənədlərini Nügədi kənd sakini X13 taxıl məhsulu əkməyə və bağ sahələrinə qulluq etməyə veriblər. 3 il əvvəl razılaşma ilə icarəyə verdikləri torpaq sahəsindən onlara çatan icarə haqqı – buğda verilmədiyi üçün Sərdar Şirinovun evinə gedib məsələni araşdırmaq istədikdə, Sərdarın oğlu icarədar Sərdar Şirinovun, yəni atasının öldüyünü bildirib. Belə olan halda dövlət aktlarının əslinin qaytarılmasını xahiş etdikdə, əsillərinin olmadığını lakin surətlərini verə biləcəyini bildirib aktların surətlərini qaytarıb. Keçən müddət ərzində aktların itməsi ilə əlaqədar müraciətlər olunub və onlara məlum olub ki, Qusar Rayon Məhkəməsinin 2-490a/2006-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2 və X8 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair mülki işə baxılmış və Cavabdeh3 tərəfindən onlara məxsus 0,63, 0,25 ha torpaq sahələrinə dair bağlanılmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Digər 2-345a/2006-cı il tarixli Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh2 X47, İddiaçı2 oğuna və X8 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair mülki işə baxılmış və onlara məxsus 0,34, 0,42 və 0,17 ha torpaq sahələrinə dair bağlanılmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir. Beləliklə, Cavabdeh1 vəzifəli şəxsləri tərəfindən hər iki qətnamə üzrə yalnız Cavabdeh2 adına qətnamələrlə müəyyən edilən 0,88 və 0,93 ha həcmdə deyil, cəmisi 0,598372 ha həcmdə eyni tarixli qanunsuz çıxarışlar verilib. Qusar Rayon Məhkəməsinə olunan müraciətlərə verilən xx.xx.2018-ci il tarixli, G9029)-655/2018 və G(029)-517/2017-ci il tarixli cavablarda 2-345a/2006 və 2-490a/2006 saylı mülki işlərin mövcud olmadığı və qeydiyyata alınmadığı bildirilib. Daşınmaz əmlakla bağlı işlər həmin əmlakın yerləşdiyi rayon məhkəməsində baxılmalıdır. 2-490a/2006 saylı qətnamədə iddiaçı Cavabdeh3 olduğu halda çıxarış Cavabdeh2 adına verilib. Hər iki çıxarışlarda – reyestr, qeydiyyat nömrəsi və qeydiyyat tarixləri eynidir, yəni bir çıxarışdır. 2-345a/2006 saylı qətnamə ilə üç dövlət aktına əsasən cəmisi 0,93 ha torpaq sahəsinə alqı-satqı müqavilələri etibarlı hesab edilsə də, çıxarışda 0,598372 ha olması göstərilərək rəqəmlər saxtalaşdırılıb. Mülkiyyətlərində olan torpaq sahəsi Dövlət aktına əsasən 1,06 ha olduğu halda, 2-490a/2006 saylı qətnamədə 0,63 ha + 0,25 ha, cəmi 0,88 ha, çıxarışda isə 0,598372 ha yazılmaqla bu çıxarışda da torpaq sahəsinin həcmi saxtalaşdırılıb. Göstərilənləri nəzərə alaraq, iddiaçılar Hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən (reyestr nömrəsi **********97 qeydiyyat nömrəsi ********* qeydiyyat tarixi, xx.xx.2007-ci il tarixində seriya MH ******* nömrəli və reyestr nömrəsi **********97 qeydiyyat nömrəsi, ********* seriya, MH ******* nömrəli) çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Qusar Rayon Məhkəməsinin 2-345a/2006 və 2-490a/2006 nömrəli mövcud olmayan qətnamələri ilə DƏDRX-dən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarixi xx.xx.2007-ci il, seriya MH ******* nömrəli Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 X7, İddiaçı2 və X25 qarşı torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarlı hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, qeyd edilən torpaq sahələrini X16, X38 və İddiaçı2 müraciət etmiş, onlar da öz imzaları ilə özlərinə məxsus torpaq sahələrini ona satmış, bu barədə xx.xx.2004-cü il tarixdə iltizam yazmışlar. X12, İddiaçı2 və X38 ilə onun arasında 0,70 ha torpaq sahəsinin satılmasına dair bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili X26 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh3 cavabdehlər X7 və X25 dəfələrlə notariat orqanına gedərək müqavilə bağlamalarını təklif etsə də, cavabdehlər ona xx.xx.2005-ci ildə yazılı müqavilə verdiklərini əsas gətirərək, notariat orqanına getməkdən imtina etmişlər. Həmçinin, özlərinə məxsus olan Dövlət aktını Cavabdeh3 verməklə öz iradə ifadələrini nümayiş etdirmişlər. Bu baxımdan müqavilənin bağlanmış hesab edilməsi barədə iddia əsaslıdır və məhkəmədən X17 və X38 ilə Cavabdeh3 arasında JN-1319 seriyalı, KOD 30319018 nömrəli Dövlət aktına əsasən X7 və X25 məxsus olan torpaq sahəsinin Cavabdeh3 satılmasına dair bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh2 vəfat etdiyi üçün ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ilk iddia üzrə cavabdeh qismində onun vərəsələri X2 və X27 işə cəlb olunmasını xahiş etmişlər. Daha sonra ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, X10 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, DƏDRX-dən X14 verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi 280707957, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli və Cavabdeh2 verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İlk iddia üzrə cavabdeh X19 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni araşdırarkən məhkəmə iclasında onun iştirakını təmin etməmişdir, halbuki mübahisənin həll edilməsi üçün onun iclasda iştirakı vacibdir. Bundan başqa, məhkəmə onun adına olan reyestrdən çıxarışı etibarsız hesab edərkən buna səbəb olmuş halları tam araşdırmamış, yalnız özünün formal mülahizələrinə əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Bununla da onun, qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Mübahisəli torpaq sahəsini o, 2007-ci ildə rəsmi dövlət qurumunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında almış, hüquqlarını müvafiq qurumda qeydiyyata aldırmış, bununla da vicdanlı əldə edən statusu qazanmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən isə vicdanlı əldə edənin hüquqları qorunmalıdır. Bundan başqa, Mülki Məcəllənin 178.5-ci maddəsinə görə əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. İddiaçılar torpaq sahəsini 2005-ci ildə Cavabdeh3 satmış, o isə həmin torpaq sahəsini 2007-ci ildə ona satmışdır. Keçən 14 il ərzində isə onlar bu əmlakla bağlı hər hansı məhkəmə mübahisəsi aparmamışlar. 12 il ərzində isə o, mübahisəli əmlaka dair hüquqlarının qeydə aldıraraq torpaq sahəsinə sahiblik edir. Hətta onun bu əmlaka dair hüquqları qeydə alınmasa belə, MM-nin 178.5-ci maddəsinə əsasən mübahisəli əmlakın mülkiyyətçisi hesab edilməlidir. Digər tərəfdən mübahisəli əmlakın əldə edilməsinə səbəb olmuş, onunla Cavabdeh3 arasında imzalanmış alqı-satqə müqaviləsi də qüvvədədir və ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda, həmin əqd əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi qanunsuzdur və göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddia ərizəsini icraata götürərkən MPM-nin 153-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırkı mübahisə üzrə əsasalara Qusar Rayon Məhkəməsində baxılmış və xx xxxxxx 2006-cı il tarixli qətnamə çıxarılmışdır. Bu qətnamə hazırda qanuni qüvvəsini aldığından işə baxan hakim hazırkı iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi ilk iddianı icraata götürmüş, ona mahiyyəti üzrə baxaraq təmin etmiş, bununla da MPM-nin 432-438-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iş üzrə icraata isə xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 qətnamənin qanuni olduğunu bildirdi və şikayətlərin təmin edilməməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh X9 vəkili və nümayəndəsi X53 qətnamənin qanunsuz olduğundan ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-13xx xxx 30319018 nömrəli Dövlət aktından görünür ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı1 Seyfəddin qızına və X28 Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0,42 ha torpaq sahəsi verilmişdir. Yenə iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-13xx xxx 30319018 nömrəli Dövlət aktından görünür ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı2, X32, X20, X21 və X33 Quba rayonu, İ Nügədi kəndi ərazisindən 1,06 ha torpaq sahəsi verilmişdir. Həmin iltizamın eyni səhifəsində bu məzmunda ikinci mətn var: “Biz Cavabdeh3 daimi olaraq 0.70 h boş torpaq sahəsini satdıq və pulları da təhvil aldıq. Rizvanın bizə heç bir borcu qalmayıb. İmzalar: İddiaçı1, İddiaçı3”. İltizamlar olan həmin vərəqin arxa səhifəsində bu məzmunda digər iltizam var: “Biz aşağıda imza edənlər, İddiaçı1 Seyfəddin qızı, X34, İddiaçı2, X38 özümüzə məxsus olan 0.70 ha torpaq sahəsini İ Nügədi kənd sakini Cavabdeh3 daimi olaraq öz razılaşdığımız qiymətə satmışıq. Bizim İ Nügədi Bələdiyyəsinə heç bir əmlak borcumuz yoxdur. Cavabdeh3 da bizə heç bir borcu yoxdur. Ona görə də imza edirik. İddiaçı1, F.Əliyev, İddiaçı2, İddiaçı3”. Yenə də iş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli 2- 345a/2006 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X47, İddiaçı2 və İddiaçı1 Seyfəddin qızına qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddası təmin edilərək, Cavabdeh2 tərəfindən cavabdehlər X47 məxsus 0,34 ha, İddiaçı2 məxsus 0,42 ha və İddiaçı1 Seyfəddin qızına məxsus 0,17 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-490a/2006 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 Seyfəddin qızına qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddası təmin edilərək, Cavabdeh3 tərəfindən cavabdehlər İddiaçı2 məxsus 0,63 ha və İddiaçı1 Seyfəddin qızına məxsus 0,25 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmişdir. Yenə iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı, **********01 reyestr nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisindən Cavabdeh3 kənd təsərrüfatı təyinatlı 0,887089 ha torpaq sahəsi verilmişdir. Yenə də iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı, **********97 reyestr nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisindən Cavabdeh2 kənd təsərrüfatı təyinatlı 0,598372 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,887089 ha torpaq sahəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* №-li, **********01 reyestr nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndi ərazisindən X3 təsərrüfatı təyinatlı 0,887089 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 31 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2009-cu ildə ölmüşdür. Yenə iş materiallarında olan xx.xx.2012-ci il tarixli 20 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2012-ci ildə ölmüşdür. Yenə də iş materiallarında olan xx.xx.2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh2 vərəsələri arvadı X6 və oğlu X35r. İş materiallarına əlavə edilmiş Qusar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, G(029)- 517/2017 nömrəli məktubundan görünür ki, məhkəmənin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının və kitablarının qeydiyyatında İddiaçı2 tərəf olduğu 2-490a/2006 saylı və 2-345a/2006 saylı mülki işlər mövcud olmadığından, həmin işlər üzrə qətnamə barədə hər hansı məlumat verilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, G(029)- 655/2018 nömrəli məktubundan görünür ki, məhkəmənin arxivinin, həmçinin statistik kartoçkalarının və kitablarının qeydiyyatında İddiaçı1 Seyfəddin qızının tərəf olduğu hər hansı tələb üzrə mülki iş qeydiyyata alınmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini, işdə olan və əlavə təqdim edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən X10 apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-503/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasındakı hazırkı mübahisə DƏDRX-dən X14 verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi 280707957, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli və Cavabdeh2 verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi 280700896, qeydiyyat tarixi xx.xx.2007, seriya MH ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədədir. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. «İnzibati orqanların Təsnifatının» 31.1.4-cü maddəsinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab olunurlar. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4№-li qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” fevral 2020-ci il tarixli qərarı nəzərə alınmaqla) 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Plenumun həmin qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” İşdən göründüyü kimi, iddiaçılar X10 və Cavabdeh2 mülkiyyət hüquqlarının qeydə alınması barədə DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli, MH ******* saylı və xx.xx.2007-ci il tarixli, MH ******* saylı reyestrdən çıxarışların etibarsız hesab edilməsi barədə hazırkı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər, halbuki yuxarıda qeyd edilən prosessual normanın tələbinə əsasən bu mübahisənin həlli ümumi məhkəməyə deyil, inzibati-iqtisadi məhkəməyə aiddir. Buna baxmayaraq, Quba Rayon Məhkəməsi səhvən ilk iddianı icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-503/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, işin icraatına xitam verilməli, bununla belə ilk iddia üzrə iddiaçılara eyni əsasla müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: X10 apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-503/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Tərəflərə eyni əsaslarla aidiyyatı məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-395/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-395/2020
04.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver