Məhkəmə qərarları › İş №2(105)-447/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-447/2023

09.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-447/2023 09.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddia ərizəsinin qaytarılmasının ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmamasının iddiaçıya izah olunması, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayəti onunla əsaslandırmışdır ki, birinci nstansiya məhkəməsinin Qərardadında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına səbəb cavabdehin rəsmi qeydiyyar yerinin Biləsuvar rayonu olması qeyd olunmuş və cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Hesab edir ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsində cavabdehin hərəkətləri nəticəsində onun psixoloji travma alması və bunun nəticəsində müalicə aldığı qeyd olunsa da məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 36.6-cı maddəsinin tələblərini gözardı edərək, iddia ərizəsi və ərizəyə əlavə etdiyi sənədləri geri qaytarmışdır. MPM-nin 36.6-cı maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Qeyd olunanları nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və sağlamlığına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına qəbul edilməsinə dair qərar verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Bakı şəhərində, Cavabdeh isə Biləsuvar rayonunda rəsmi qeydiyyatdadır. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası şikayətin MPM-nin 36.6-cı maddəsinə dair dəlilinə münasibətdə qeyd edir ki, MPM-nin 36-cı maddəsi iddiaçının seçiminə görə aidiyyəti, yəni altenrnativ aidiyyətin müəyyən edilməsini nəzərdə tutmuşdur. Qeyd edilən Məcəllənin 36.6-cı maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Məhkəmə kollegiyası şikayətin mübahisələndirilən dəlili ilə razılaşmır və qeyd edir ki, araşdırılan iddia tələbi MPM-nın 36.6-cı maddəsində nəzərdə tutulan əsaslarla uzlaşmır. Belə ki, araşdırılan iddia tələbinin əsasları öyrənilərkən qeyd olunan hüquq normasında sadalanan əlamətlərin olması ilə bağlı hallar müəyyən edilmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2(060)-7936/2022 nömrəli və 14 dekabr 2022-ci il tarixli e-2(060)-7936/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar