Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-454/2025 07.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 saylı Sumqayıt Ərazi İdarəsi) əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 saylı Sumqayıt Ərazi İdarəsi cəlb edilməklə) əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6009/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Sovetinin İcraiyyə komitəsi mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsinin xx.xx.1992-ci il tarixli, 24/33 nömrəli orderinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 və 9 nömrəli mənzillər Cavabdeh2 5 nəfər ailə üzvü nəzərə alınmaqla verilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı1 11 iyul 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadır.
3. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki, İddiaçı3, İddiaçı1, İddiaçı2 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, (Yeni qaydalarla: Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1 m 14) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3954/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh İddiaçı1 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (Yeni Qaydalarla AZ 5002, ünvan 4 mənzildən çıxarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 06 avqust 2024-cü il tarixli, 3-21-3-31/2-Q-0041-8/2024 nömrəli İddiaçı1 ünvanlanmış müraciətə baxılması barədə məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzil üzərində mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, sözügedən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. ünvan 3 ünvanında yerləşən 9 saylı mənzil isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
7. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X4 13 mart 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, müraciət müəllifi İddiaçı2 və Cavabdeh2 mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmalarının izah edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və Cavabdeh1nə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı1 və İddiaçı3 atası, İddiaçı2 isə keçmiş həyat yoldaşıdır. Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (yeni qaydalarla AZ 5002, Sumqayıt şəhəri, İlyas Əfəndiyev küçəsi, giriş 17, M1, m 4) mənzil, 30 aprel 1992-ci il tarixli, 24/33 nömrəli order əsasında, ailə üzvləri də nəzərə alınmaqla verilmişdir. Ailə üzvlərinin nəzərə alınmasını həmin orderə əlavə edilən siyahıdan görmək olur. Orderə əlavə edilən siyahıda adları sadalanan şəxslərin, yəni onlar - İddiaçı1, İddiaçı2 və İddiaçı3 sözügedən mənzildə həm istifadə, həm də mənzil özəlləşdirilərkən həmin mənzildən pay hüquqları olmuşdur. Bu ilin mart ayında Cavabdeh2 onlara təklif etmişdir ki, onlar Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sverdlov (İlyas Əfəndiyev) küçəsi, ev 10/45, mənzil 4-ün onun adına özəlləşdirilməsinə razılıq versinlər. Əvəzində isə o, həmin mənzili öz adına özəlləşdirib, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra mənzili satıb, pulunu onlar, özü və digər qardaşı olan X12 oğlu arasında 5 bərabər hissəyə bölüb ödəyəcəkdir. Onlar da Cavabdeh2 inanıb, onun bu təklifini qəbul edərək, xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə gedib, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sverdlov (İlyas Əfəndiyev) küçəsi, ev 10/45, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə ərizə yazmışlar. Lakin bu hadisədən bir müddət sonra atası - Cavabdeh2 onlara bildirmişdir ki, o, evi öz adına özəlləşdirmiş, çıxarış almışdır. Lakin evi satıb onlara heç bir ödəniş etməyəcək, bu azmış kimi hələ onları həmin mənzildən də çıxaracaqdır. Daha sonra Cavabdeh2 İddiaçı1 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3954/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 iddiası təmin edilərək, İddiaçı1 7200 (yeddi min iki yüz) manat kompensasiya ödənilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/45, 4 saylı (yeni qaydalarla AZ 5002, ünvan 4 mənzildən çıxarılması qət edilmişdir. Bu hadisədən sonra əmin olmuşlar ki, Cavabdeh2 onları aldadaraq, sözügedən mənzilin özəlləşdirilməsinə etiraz etmədikləri barədə onlara ərizə yazdırmaqla həmin mənzili öz adına sənədləşdirmiş, onun məqsədi onları həmin mənzildən çıxarmaq olmuşdur. Halhazırda onlara qarşı elə bir vəziyyət yaranmışdır ki, Cavabdeh2 onlarla danışmaq, görüşmək belə istəmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edilər ki, onları 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində, xx.xx.2024-cü il tarixdə yazdıqları, ünvan 1, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə ərizələri etibarsız hesab edilməlidir. Çünki onlar həmin ərizələri yazmaq üçün aldadılmışlar. Əks təqdirdə heç vaxt belə bir ərizə yazaraq, faktiki olaraq yaşadıqları və pay hüquqları olan mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq verməzdilər. Qeyd olunanlara əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində ünvan 1, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədiyi barədə yazdığı xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli ərizələrin tam olaraq etibarsız hesab edilməsi və ünvan 2 (yeni qaydalarla AZ 5002, ünvan 4 üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 izahatında qeyd etmişdir ki, verdiyi sözə əsasən ailə üzvləri inamışdır ki, ataları payları bölərək verəcəkdir. Lakin yalan vəd verərək aldatmışdır. Cavabdeh polis orqanlarında verdiyi izahatında da evi sataraq pulun böləcəyini vəd vermişdir. Sonradan cüzi kompensasiya verməklə onların mənzildən çıxarılması barədə iddia verilmişdir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh onları aldatmışdır. Yoxsa razılıq verməzdilər.
11. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 izahatında bildirmişdir ki, onun özünə vaxt vermişdir ki, evi bölərək pay versin. Rayona qayıtdıqdan sonra da onu aldatmışdır. Daha sonra kompenssasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi barədə iddia qaldırmışdır.
12. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 izahatında bildirmişdir ki, oğlu düz deyir. Onu aldadaraq evdən çıxartmış və yalan vəd vermişdir.
13. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahatında qeyd etmişdir ki, o kimdir ki, təzyiq göstərsin. Evdən gedərkən açarları və orderi oğluna vermişdir. Onun ekiz övladlarına görə əlavə mənzil də verilmişdir. İkinci mərtəbədə bir otaq onların olsun, birinci mənzili də ona versinlər. O, onlara deməmişdir ki, satacaqdır. Onun digər oğlu 12 ildir ki, kirayədə yaşayır. Bu məsələ ilə əlaqədar o gələndə sabiq yoldaşı zəng edib, heç bir münaqişə olmamamışdır. Lakin dördüncü bölmənin rəisi demişdir ki, onun xətrinə razılaşsın. Nə o, nə də ekiz oğlu heç bir zaman şikayət etməmişlər. 30 min manat bir, 150 min manat isə bir pul vermişdir. O, heç bir müdaxilə etməmişdir. Elşənin əkiz qardaşı 10 ildir ki, kirayədə yaşayır.
14. X1 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. 1979-cu il tarixdən qonşudurlar. Onlar münaqişəli ailədir. Kamal çoxdandır ki, evdə yaşamır. Bu ilin mart ayının əvvəllərində görmüşdür ki, Yaqut həyətdə ağlayır. Nə olduğunu soruşmuşdur. Bildirmişdir ki, Kamal evə gəlmiş və ev üstündə münaqişə yaranmışdır. Onlara getməyi təklif etmiş, o isə getməmişdir. Kamal çıxarkən Yaqut da ona demişdir ki, evi satacaqdır. Ev də həmişə dava-dalaş olmuşdur. Evdə yaşamaq üçün şərait də yoxdur.
15. X3 ifadəsində bildirmişdir ki, bir həyətdə yaşayırlar. Tərəflər qonşudurlar. Kamal dayı 30 ildir ki, orada yaşamır. O, səs-küyə çıxmışdır. Görmüşdür ki, xalanı çölə atmışlar. Oğlu ilə özü evdə olmuşdur. Mübahisə ev üstündə olmuşdur.
16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6009/2024 saylı qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilməmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçılar kifayət qədər düşünərək, ailə münasibətlərindən çıxış edərək mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişlər. Sonradan iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və həmin qərara əlavə edilmiş tərəflərin izahatları, məhkəmə qətnaməsinə əsasən müəyyən edilir ki, aralarında olan ailə münasibətlərinin pozulması və sair hallar nəticəsində mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə etiraz edərək, hazırki iddia tələbi irəli sürmüşlər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, əqdin etibarsızlığı o hallarda mübahisə predmeti yaradır ki, həmin əqd mübahisəlidir və ya öz-özlüyündə etibarsızdır. İşin araşdırılan halları məhkəməni o qənaətə gəlməyə imkan verir ki, hazırki mübahisədə qeyd olunan xüsusatlar yoxdur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 140, 157.5, 157.7, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə “Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, əqdin etibarsızlığı o hallarda mübahisə predmeti yaradır ki, həmin əqd mübahisəlidir və ya öz-özlüyündə etibarsızdır. İşin araşdırılan halları məhkəməni o qənaətə gəlməyə imkan verir ki, hazırki mübahisədə qeyd olunan xüsusatlar yoxdu” barədə qeyd edilənlər qəbul edilməzdir. Belə ki, onlar Sverdlov küçəsi, ev 10/45, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədikləri barədəki xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli ərizələri Cavabdeh2 həmin mənzili öz adına özələşdirib, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra satıb, pulunu aralarında 5 bərabər hissəyə bölüb ödəyəcəyi vədinə aldanaraq vermişdirlər. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh2 Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisinə verdiyi izahatında da qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə həmin mənzilə gedib evləri satıb övladları arasında bölmək istəməsini məsləhətləşməyə cəhd etmişdir. Cavabdeh2 izahatına görə, onun mənzilin dəyərini övladları arasında bölmək niyyəti var. Lakin bu niyyətini həyata keçirə bilmir. Cavabdeh2 bu halı izahatında qeyd etməsi ilə onun xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli ərizələri verməmişdən əvvəldə mənzili satıb, pulunu aralarında 5 bərabər hissəyə bölüb ödəyəcəyi barədə vəd verməsi halı təsdiq edilsə də, məhkəmə həmin izahata düzgün hüquqi qiymət verməmişdir. Belə ki, o, iddiaçıları bu vədlə aldatmamışdırsa, nəyə görə mənzili mülkiyyətinə keçirdikdən sonra, evləri satıb əldə olunan pul vəsaitini övladları arasında bölməli idi. Əslində Cavabdeh2 sonrakı davaranışı, onun iddiaçıları açıq aşkar aldatdığını təsdiq edir, belə ki, o, vədindən yayınmaq üçün özü mübahisəli vəziyyət yaratmış, lakin bu vəziyyətin onların təqsirindən yarandığı fikrini formalaşdırmağa və sanki onların hərəkətlərinə görə vədini həyata keçirə bilməməsi görüntüsünü yaratmağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, ünvan 2 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. Həmin mənzil 30 aprel 1992-ci ildə order əsasında cavabdehə verilib. Mənzilə dair onun mülkiyyət hüququ xx.xx.2024-cü ildə qeydiyyata alınıb. Mənzil özəlləşdirilərkən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mənzilin özəlləşdirilməsinə notarial qaydada razılıq veriblər. İddiaçılarla cavabdeh arasında münasibətlər gərgin olduğundan cavabdeh iddiaçılardan biri olan İddiaçı1 qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət edib. Belə ki, sözügedən mənzildə yalnız İddiaçı1 pasport qeydiyyatındadır. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilib və İddiaçı1 7200 manat kompensasiya verilməklə mənzildən yaşayış hüququna xitam verilməsi və ünvan 2 (yeni qaydalarla ünvan 4 ünvanından çıxarılması müəyyən edilib. Hazırda iddiaçılar cavabdehə qarşı Sumqayıt Şəhər Məhkəməsinə iddia verərək onların 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 1, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədiyi barədə yazdığı xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli ərizələrin tam olaraq etibarsız hesab edilməsi və ünvan 2 (Yeni qaydalarla ünvan 4 üzərində Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair aparılmış qeydin ləğv edilməsini xahiş ediblər. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilib. Hazırda iddiaçılar həmin qətnamədən apellyasiya şikayəti veriblər. İddiaçıların əsas arqumenti ondan ibarətdir ki, guya ərizələri aldatma yolu yazıblar, cavabdeh onları aldadıb. İddiaçılar bununla bağlı hər hansı sübut təqdim edə bilməyiblər. Eyni zamanda hələ Sumqayıt Şəhər Məhkəməsində mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia tələbinə baxılarkən iddiaçılardan biri olan İddiaçı1 (həmin iş üzrə cavabdeh) aldatma yolu ilə ərizə yazılması arqumentini irəli sürməyib, sadəcə təklif olunan kompensasiyaya heç yerdən ev ala bilməyəcəyini qeyd edib. Həmin qətnamədən onun verdiyi apellyasiya şikayətində də aldadılma ilə bağlı arqumentləri irəli sürməyib, mübahisəli mənzilin ailə üzvlərinin sayına uyğun olaraq verildiyini, həmin mənzildə payının olması əsası ilə apellyasiya şikayətini əsaslandırıb. Göründüyü kimi iddiaçılar 07 mart 2024-cü ildə notariat ofisində mənzilin özəlləşdirilməsinə etirazlarının olmamasına dair yazdıqları ərizənin aldatma yolu ilə həyata keçirilməsinə dair heç bir sübut təqdim edə bilməyiblər, onların belə bir iddia qaldırmasının səbəbi Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qətnaməsinin icrasına mane olmaqdır. Odur ki, qeyd edilənlərə əsasən iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə 2 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 2 saylı Sumqayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (...)
26. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
27. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
28. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (...) 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (...)
30. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
36. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayəti həddində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər xalq deputatları Sovetinin İcraiyyə komitəsi mənzillərin qeydiyyat və bölüşdürülməsi şöbəsinin xx.xx.1992-ci il tarixli, 24/33 nömrəli orderinə əsasən ünvan 1 ünvanında yerləşən 4 və 9 nömrəli mənzillər Cavabdeh2 5 nəfər ailə üzvü nəzərə alınmaqla verilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı3, İddiaçı1, İddiaçı2 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etməmişlər. Daha sonra, həmin mənzil üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir.
40. Hazırda iddiaçılar göstərir ki, mübahisəli - Sverdlov küçəsi, ev 10/45, mənzil 4-ün Cavabdeh2 adına özəlləşdirilməsinə etiraz etmədikləri barədəki xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli ərizələri Cavabdeh2 həmin mənzili öz adına özəlləşdirib daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra satıb, pulunu aralarında 5 bərabər hissəyə bölüb ödəyəcəyi vədinə aldanaraq vermişdirlər.
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini yalnız İddiaçı1 vermişdir.
43. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı)
44. İddia tələbinin əsaslandırıldığı faktiki hal ondan ibarətdir ki, iddiaçılar cavabdeh tərəfindən verilmiş vədə aldanaraq Sverdlov küçəsi, ev 10/45, mənzil 4-ün cavabdehin adına özəlləşdirilməsinə etiraz etməmələri barədə xx.xx.2024-cü il tarixli, 4685, 4719 və 4717 reyestr nömrəli notarial qaydada əqdlər (ərizələr) imzalamışlar.
45. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
46. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
47. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
48. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əqd (ərizə) tərtib edilərkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur.
49. Birinci instansiya məhkəməsi işin müəyyən olunan hallarını əsas götürərək hesab etmişdir ki, iddiaçı tərəfin mübahisələndirdiyi əqdlərin oların aldadılması nəticəsində bağlandığı qənaətinə gəlmək mümkün deyildir.
50. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 həmçinin bildirmişdir ki, onların cavabdehlə olan qarşılıqlı razılmaşlarına əsasən eyni zamanda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sverdlov (İlyas Əfəndiyev) küçəsi, ev 10/45, mənzil 9-un (iki otaqlı) anasının (İddiaçı2) adına keçməsi ilə bağlı atası (cavabdeh) razılıq ərizəsi vermişdir. Hazırda özü mənzil 9-da qalır. Anası və qardaşı isə 4 saylı (bir otaqlı) mənzildə qalırlar.
51. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci İl tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
52. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir.
53. Göründüyü kimi tərəflər arasında mənzillərdən (4 və 9 saylı) daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün onun özəlləşdirilməsi ilə bağlı verdikləri ərizələr onların iradə ifadələrinə uyğun olmuşdur. İddiaçılar mənzilin yaşayış sahəsindən istifadə etməkdə davam edirlər.
54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığı üçün qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədiyindən və iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6009/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6009/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.