Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2712/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2023-cü il tarixli 2(105)-176/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh anasıdır.
2. İddiaçı ilə X5 (14 dekabr 2020-ci il tarixdə vəfat etmişdir) 02 iyul 1972-ci il tarixdə nikaha daxil olmuşlar. 3. ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini İddiaçı X5 ilə birgə nikah dövründə əldə etmişlər.
4. Xalıqova X17 şəhəri, 28-ci məhəllədəki 1 saylı ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini 28 yanvar 2021-ci il tarixli müqavilə ilə Cavabdeh bağışlamışdır.
5. Mübahisə həmin müqavilənin etibarlılığı ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh (bundan sonra “cavabdeh”) ilə aralarında bağlanmış 28 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan etibarsız sayılması və həmin qeyri-yaşayış sahəsinə dair cavabdehə verilmiş 03 fevral 2021-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsini iddiaçı mərhum əri X1 ilə birgə nikah dövründə əldə etmiş və həmin əmlak onların ümumi birgə mülkiyyətində olmuşdur.
8. Məlum olub ki, guya həmin qeyri-yaşayış sahəsini iddiaçı cavabdehin qızı (iddiaçının nəvəsi) Ləman Xalıqzadəyə bağışlamışdır. Sonrada n 19 yanvar 2021-ci il tarixdə həmin bağışlama müqaviləsini ləğv ediblər. Müqaviləyə iddiaçının əvəzindən nümayəndə kimi cavabdeh imza etmişdir.
9. İddiaçı 28 yanvar 2021-ci il tarixli müqavilə ilə qeyd edilən qeyri-yaşayış sahəsini cavabdehə bağışlamışdır. 03 fevral 2021-ci il tarixdə cavabdehə Çıxarış verilmişdir.
10. Mübahisədə adı keçən daşınmaz əmlak iddiaçını mərhum əri ilə birgə nikah vaxtı alınan əmlakdır. İddiaçını əri 14 dekabr 2020-ci ildə vəfat edib.
11. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı mərhum ərinin qırx mərasimi çıxmadan onunla birgə nikah dövründə əldə etdikləri əmlaklara dair də sərəncam vermişdir. Həmin bağışlama müqavilələri etibarsızdır.
12. İddiaçı qeyri-yaşayış sahəsini X11 bağışlamayıb, sonradan həmin müqaviləni ləğv etdirmək üçün cavabddehə (o ğlu Cavabdeh) etibarnamə verib, sonradan həmin qeyriyaşayış sahəsini cavabdehə bağışlamağını xatırlamır. İddiaçı heç vaxt notariat kontoruna getməmiş və həmin məzmunlu müqavilələr bağlamamışdır. Həmin faktı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində imzasının olmaması da təsdiq edir.
13. Mübahisədə adı keçən qeyri-yaşayış sahəsinin yarısı iddiaçının mərhum ərinə məxsus olmuşdur. Qanunvericiliyin tələbləri müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuşdur.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləni 144.1, 213.1, 213.2, 225.1, 337.1, 337.2, 337.4, 337.5 və 354.1-ci maddələrinə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsi iddiaçını övladları olan X6, X2, X7 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb etmişdir.
16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 birinci instansiya məhkəməsində bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Cavabdeh anasını və onu aldatmaqla bir sıra sənədlərə imza elətdirmişdir. Anasının başı həmin vaxt yas mərasiminə qarışmışdır. Cavabdeh də anasının bu vəziyyətindən istifadə etmişdir. Anası heç vaxt notariusa getməmişdir. Cavabdeh bir dəfə də olsun anası ilə maraqlanmır, onun qayğısına qalmır.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 birinci instansiya məhkəməsində iddia ərizəsini müdafiə etdiyini, heç bir sənədə imzada atmadığını bildirmişdir.
18. Birinci instansiya məhkəməsində tədqiq olunan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinə əsasən iddiaçı ünvan 2 ünvanın da yerləşən ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsini cavabdehin mülkiyyətinə vermişdir. Müqavilə şəxsən tərəflərin özləri tərəfindən imzalanmış, onların fotoşəkilləri isə əks olunmuşdur.
19. Birinci instansiya məhkəməsində tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 339.3 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
20. Abşeron Rayon Məhkəməsinin 2(012)-1954/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə i ddia tələbi təmin edilməmişdir. (hakim Cəmilə Səfiyeva)
21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisədə adı keçən qeyri-yaşayış sahəsini 28 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsi əsasında cavabdehin mülkiyyətinə vermiş, cavabdehin həmin əmlka üzərində mülkiyyət hüquqları qeydə alınmışdır.
22. Birinci instansiya məhkəməsi iddiaçının bağışlama müqaviləsi bağlamasını xatırlamamasını, müqavilədəkli imzanını ona məxsus olmaması barədə dəlillərini əsasız sayaraq göstərib ki, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsi ilə iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini cavabdehin mülkiyyətinə vermişdir. Müqavilə şəxsən tərəflərin özləri tərəfindən imzalanmış, orada onların fotoşəkilləri əks olunmuşdur. Yəni, iddiaçının belə bir müqavilə bağlamaması b arədə dəlili iş materialları ilə təkzib olunur.
23. Birinci instansiya məhkəməsi bu əsasda belə nəticəyə gəlib ki, iddiaçı özünə məxsus mübahisəli əmlakı öz istəyi və iradəsi ilə cavabdehə bağışlamışdır. Həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasına gəldikdə, bunu Notariusa bildirmək vəzifəsi də yenə iddiaçıya aid idi, iddiaçı isə bunu etməmişdir. Həmçinin ötən müddət ərzində mübahisəli əmlakda payın müəyyən edilməsi mübahisələndirilməmişdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 178.1, 178.2, 337.1, 354.1 və 666.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişd ir.
26. Apellyasiya şikayətinin dəlilləri: - mübahisə predmeti olan daşınmaz əmlakların iddiaçının mərhum əri Şirinbala Xalıqovun ümumi birgə mülkiyyəti olması, Şirinbala Xalıqovun ölümü ilə yalnız iddiaçının həmin əmlaklardakı ½ hissə payına miras açılması faktını məhkəmə araşdırmamışdır; - iddiaçının mərhum əri Şirinbala Xalıqovla birgə nikah dövründə əldə etdiyi ümumi birgə mülkiyyətdəki yaşayış evi üzərində sərəncam vermək səlahiyyətinin olması faktı sübut edilməmişdir; - işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar işə baxan məhkəmə tərəfindən qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə əsaslandırmışdır; - məhkəmənin iddiaçının ümumi birgə mülkiyyətdə olan əmlak üzərində sərəncam vermək səlahiyyətinin olması barədə gəldiyi nəticə işin hallarına uyğun deyildir.
27. Cava bdeh apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, mübahisədə adı keçən əmlak anası olan iddiaçıya məxsusdur. Atasının (iddiaçını ərinin) vəfatından sonra iddiaçı həmin əmlakı cavabdehə bağışlamaq istədiyini bildirib. İddiaçı əvvəlcə cavabdehə etibarnamə verib ki, onun adından cavabdeh əmlakı ailə üzvlərini birinin adına bağışlasın. Etibarnamə əsasında cavabdeh əmlakı 13 yanvar 2021-ci ildə öz qızına bağışlayıb. Bundan bir neçə gün sonra iddiaçı bildirib ki, cavabdehin öz qızı ilə bağladığı müqavilənin ləğv edilməsini, əmlakı özünün cavabdehə bağışlamasını istəyir. Buna görə də 19 yanvar 2021-ci il tarixdə cavabdeh öz qızı ilə bağladığı bağışlama müqaviləsini ləğv etdirib. 28 yanvar 2021-ci il tarixdə isə iddiaçı öz istəyi və arzusu ilə qeyri-yaşa yış sahəsini cavabdehə bağışlayıb. Sonradan bacı və qardaşları qərəzli şəkildə iddiaçını cavabdehə qarşı məhkəmədə hazırki iddianı qaldrımağa məcbur ediblər.
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-176/2023 nömrəli iş üzrə 7 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Gülnar Cabbarova, Almaz Süleymanova)
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsasların mövcud olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcə llənin 178.1, 178.2., 337.1, 354.1, 666.1-ci maddələrinə istinad etmişdir. Baxılan iş üzrə iddia tələbi əqdin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə Mülki Məcəllənin 178.1, 178.2, 354.1, 666.1-ci maddələrini tətbiq etmişdir.
30. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir. Belə ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi barədədir. İddiaçının xx.xx.1972-ci ildən Şirinbala Xalıqovla rəsmi nikahda olması, bu nikahdan xx.xx.1974-cü ildə Zülfiyyə, xx.xx.1975-ci ildə Zaur, xx.xx.1977-ci ildə Sevinc, xx.xx.1981-ci ildə Əminə və xx.xx.1983cü ildə Seymurun anadan olması, Şirinbala Xalıqovun xx.xx.2020-ci ildə vəfat etməsi, mübahisəli ünvan 1 ünvanda yerləşən 339,3 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin x x.xx.2007-ci il tarixli çıxarışa əsasən iddiaçı Tailə Xalıqzadəyə məxsus olması işin mübahisəsiz halıdır. İddiaçının iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı müqavilənin etibarsızlığı kimi mübahisəli əmlakı mərhum əri ilə birgə nikah dövründə əldə etdiyinə, ərinin qırx mərasimi çıxmadan bu əmlak barəsində sərəncam verdiyinə, notariusun əmlak barəsində sərəncam verən tərəfin bu hüququnu müqaviləni təsdiq edərkən yoxlamalı olmasına, lakin müqaviləni təsdiqləmiş notariusun qanunvericiliyin bu tələbini pozduğuna, qeyri-yaşayış sahəsini oğlu Cavabdeh bağışladığını xatırlamadığına, onun heç vaxt notariat kontoruna getmədiyinə və bu məzmunlu müqavilənin bağlamadığına, həmin müqavilədə onun imzasının olmadığına və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmədən həmin əmlak üzərində sərəncam verə bilməməsinə istinad etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
33. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, işdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması mü qaviləsi elektron qaydada hər iki tərəfin iştirakı ilə tərtib edilməklə imzalanmışdır. Qeyd olunan notariat hərəkətlərinin aparılmasında iddiaçının iştirakı məhz həmin müqavilədəki fotoşəkildə belə öz əksini tapmışdır. Bu mənada iddiaçının Notariat ofisində olmaması və müqavilənin bağlanmasını xatırlamaması, eləcə də müqavilədə imzasının olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı deyil. Bu, yalnız formal mülahizələr olmaqla iş materialları ilə təkzib olunur.
34. Mübahisəli əmlakın yarısının iddiaçının mərhum ərinə məxsus olması və onun razılığı olmadan və qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmədən sərəncam verməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, hazırki işdə tərəflər arasında əqdin etibarsızlığına əsa s olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil.
35. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, notariat hərəkətlərinin aparılması zamanı müqavilədə tərəflərə onların hüquq və vəzifələrinin aydın şəkildə izah edildiyi və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edildiyi qeyd edilmiş, bu barədə müqavilədə müvafiq qeyd aparılmış, iddiaçı isə həmin müqaviləni şəxsən imzalamaqla təsdiq etmişdir. Həmçinin iş materialları ilə sübut olunur ki, həmin müqavilənin bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, bu səbəbdən müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir.
36. İddiaçının həmin müqavilənin etibarsızlığının digər əsası kimi vərəsələrin mənafeyinə toxunması barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, bu hüquq həmin şəxslərə məxsus olduğundan və onların da belə tələbi olmadığından apellyasiya şikayətinin bu dəlili də əsaslı hesab oluna bilməz.
37. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, mərhumun övladları iş üzrə üçüncü şəxslər Əminə, Sevinc və digər övladı Zülfiyyə atalarından miras qalmış digər əmlaklara münasibətdə miras paylarından imtina etmişlər. Bu baxımdan iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
38. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi bir məsələni də vurğulayıb ki, iddiaçı bağışlama müqaviləsini mübahisələndirərkən mövcud müqavilənin bağlanmasından xəbərdar olduğu h alda, bu iddianı xx.xx.2022-ci il tarixdə, yəni 1 illik müddət ötürüldükdən sonra qaldırmışdır. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Bu mənada müqavilənin etibarsızlığı tələbi bu əsasla da təmin edilə bilməz.
39. İddia tələbinin çıxarışın ləğv edilməsi hissəsi ilə isə apellyasiya instansiyası məhkəməsi göstərib ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan, iddiaçının mübahisələndirdiyi çıxarış mövcud bağışlama müqaviləsi əsasında əldə edildiyindən və bu müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmədiyindən, başqa sözlə, qüvvədə olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1324.5, 337.1, 337.2 və 354.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddiaçının mübahisəli əmlak üzərində sadəcə ½ hissə payı olmuşdur. Belə olan halda o, bütün əmlak üzərində sərəncam verə bilməzdi. Bunun üçün mərhum ərinə düşən ½ hissə üzərində miras açılmış, onun cavabdehdən başqa 4 övladı özlərinə düşən paydan imtina etməli idi. Yəni iddiaçının həmin vərəsələrin razılığı olmadan miras əmlakdakı mərhum ərinin payı üzərində sərəncam verməyi qanunsuzdur; - bağışlama nüqaviləsi digər vərəsələrin hüquqlarını pozulması ilə və mühüm yanılma ilə bağla nmışdır. Bundan əlavə, hazırkı iddia tələbi iddiaçının mülkiyyətçi kimi pozulmuş hüquqlarının aradan qaldırılması barədədir, bu tələblərə iddia müddəti şamil olunmur; - digər tərəfdən, iddia müddəti buraxılmamışdır. İddiaçı həmin pozuntudan cavabdehin iddiası üzrə mülki işə baxılarkən məlumatlı olmuş və iddia müddətini buraxmadan məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilməmişdir; - bundan əlavə, notarius daşınmaz əmlaka sərəncam verilməsi haqqında müqaviləni təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu yoxlamalı idi. Notarius həmin məlumatları, eləcə də bağışlanan yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumatı “Elektron notariat” informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə etməli idi. Notarius müqaviləni təsdiq edərkən daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlamalı idi. Qanunverici orqan bu vəzifələri notariusun üzərinə qoymuşdur. Ona görə də işə baxan məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslı sayıla bilməz; - məhkəmə sübutları tam araşdırmamış, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutları əlaqələndirməmiş, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifad əsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismə n ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
46. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. İş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
49. İddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi həmin müqaviləni imzalamasını xatırlamamasına, notariat kontoruna getməməsinə, bağışlama müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin yarısının mərhum ərinə məxsus olmasına, qanun üzrə vərəslərin dairəsi müəyyən edilmədən həmin əmlak üzərində sərəncam verə bilməməsinə istinad edib.
50. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə işdə olan xx.xx.2021-ci il ta rixli daşınmaz əmlakın bağışlanması müqaviləsi elektron qaydada hər iki tərəfin iştirakı ilə tərtib edilməklə imzalanmışdır. Qeyd olunan notariat hərəkətlərinin aparılmasında iddiaçının iştirakı məhz həmin müqavilədəki fotoşəkildə öz əksini tapmışdır.
51. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının tələbinin əsası kimi istinad etdiyi digər hallarla da bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 31-39-cu bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
52. Belə ki, həmin bəndlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. B una görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, bu dəlillər işin faktiki hallarına aid olmaqla apellyasiya məhkəməsinin hazırki qərarın 3139-cu bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir.
54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2023-cü il tarixli 2(105)-176/2023 nömrəli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.