Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-456/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2690/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkməsinin xx.xx.2024-cü ii tarixli, 2(067)-467/2024 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxianması uçün 13 noyabr 2023-cü ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq uçün 190 manat olmaqla, ümumilikdə 380 manat mnəbləğində qət oİunmuş alimentin miqdarinin azaldılaraq, iki uşaq üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X5 ilə xx.xx.2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşdur. Birgə nikahdan övladları xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X7 dogulmuşlar. Cavabdehlə ailə münasibətləri normal olmuş, lakin son zamanlar cavabdehin ona qarşı münasibəti dəyişmiş, aralarında narazılıqlar yaranmış, sonradan ona məİum olmuşdur ki, cavabdeh başqa şəxslə ona xəyanət edir. Bu səbəbdən artıq 1 il 3 aydır ki, ayrı yaşayırlar. Cavabdehlə bundan sonra barışaraq bir ailədə yaşamaları qeyrimümkündür. Cavabdehlə arasındakı nikahın pozulmasina dair iddiası üzrə mülki iş Xaçmaz Rayon Məhkəməsinin icraatındadir. Uşaqları cavabdehin himayəsindədir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-467/2024 saylı qətnaməsi ilə cavabdehin ona qarşı alirnent iddiası qismən təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlunun və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxlanmaları üçün 13 noyabr 2023-cu ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat məbləğində sabit pul şəklində alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Artiq 7 aydır ki, qətnaməyə əsasən müəyyən edilmiş 380 manat məbləğində alimenti çox cətinliklə odəyir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində muhafizəçi işləyir, aldıgı əmək haqqı 540-580 manat arasında dəyişən məbləğdir. Başqa gəlir və qazanc yeri yoxdur. Cavabdehlə bir ailədə yaşadıqları müddətdə əmək haqqı kifayət etmədiyindən, Xaçmaz rayonunun İlxıçı kəndində cavabdehin atasına məxsus həyətyanı torpaq sahəsində banklardan kredit alıb həmin maddi vəsait hesabına tövlə tikib təsərrüfat quraraq xırda buynuzlu mal-qaranın, qaz quşlarının saxlanması ilə məşğul olurdu. Hazırda qeyd olunan təsərrüfat cavabdehin sahiblik və istifadəsində olmaqla qurduğu təsərrüfatdan əldə olunan bütün gəlir və qazancdan cavabdehin ailəsi istifadə edir, o, isə yalnız aldığı əmək haqqı ilə dolanır. Əmək haqqından da 380 manat aliment ödəyir. Maddi vəziyyəti olduqca ağırdır, alimenti ödəməyə çətinlik çəkir. 2024-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Bu hər iki valideynə münasibətdə qəbul edilmiş məbləğdir. Uşağı saxlamaq hər iki valideynin borcudur. Lakin iddiaçı uşaqların saxlanılmasında, maddi ehtiyaclarının qarşılanmasında iştirak etməyərək, uşaqların saxlanması üçün tələb olunan yaşayış məbləğinin yalnız onun tərəfindən qarşılanmasını istəyir. Ondan hər ay 380 manat alimentin tutulması onun üçün ağır məhrumiyyətlər yaradır.
3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2690/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbinin təmin olunması, yəni aliment məbləğinin azaldılması cavabdehin hüquqlarının pozulmasına, xüsusən də uşaqların həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olacaq. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bu iddia ərizəsini verməklə sadəcə olaraq aliment öhdəliklərini icra etməkdən yayınmağa çalışır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 112-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2690/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi aldığı əmək haqqı 540 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment atanın və ya ananın əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında tutulur. Lakin, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)467/2024 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxianması uçün 13 noyabr 2023-cü il tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq uçün 190 manat olmaqla, ümumilikdə 380 manat məbləğində alimentin alınaraq X3 verilməsi qət edilmişdir. Halbuki, sabit əmək haqqı və qazancı olduğuna görə məhkəmə tərəfindən uşaqların saxlanılması üçün aliment əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olmasına baxmayaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə istinad olunaraq sabit pul məbləğində tutulmuşdur. Hazırda məhkəməyə alimentin azaldılması ilə bağlı iddia qaldırmağına baxmayaq məhkəmə iddia ərizəsində qaldırdığı hallara hüquqi qiymət verməyərək iddia tələbini əsassız olaraq rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə hər uşağa 190 manat olmaqla cəmi 380 manat aliment təyin edib. İddiaçı 540 manat əmək haqqı alır. Gələcəkdə iddiaçı nikaha girəcək, övladı olacaq. Bu səbəbdən alimentin azaldılmasını istəyir.
11. Məhkəmə iclasınınyeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh X5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. AZ-İ seriyalı 067576 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən Cavabdeh ərinin soyadına uyğun olaraq Bədəlova soyadını qəbul etmişdir.
13. AZ-İ seriyalı 267833 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2019-cu ildə Bədəİov Abdullah Əli oğlu doğulmuşdur.
14. AZ-İ seriyalı 267834 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2021-ci ildə X7 doğulmuşdur.
15. Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-467/2024 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxianması uçün 13 noyabr 2023-cü ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq uçün 190 manat olmaqla, ümumilikdə 380 manat məbləğində alimentin alınaraq X3 verilməsi qət edilmişdir.
16. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
17. Qusar 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tələbi ilə bağlı mediasiya prosesinə müraciət etmiş və mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir.
18. Arayışdan görünür ki, İddiaçı “X6” MMC-nin "xxxx" X1 mühafizəçi işləyir və ayda 546 manat əmək haqqı alır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
20.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
21. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-cü ildə 246 manat məbləğində müəyyən edilmişdir.
22.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2690/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(067)-467/2024 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2019-cu il təvəllüdlü Bədəİov Abdullah Əli oğlu və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxianması uçün 13 noyabr 2023-cü ii tarixdən başlayaraq, İddiaçı oglundan hər ay hər uşaq uçün 190 manat olmaqla, ümumilikdə 380 manat rnəbləğində alimentin alınaraq X3 verilməsi qət edilmişdir. Qətnamə qəbul edilən zaman cavabdeh izahatında mühafizəçi işlədiyini və 520-540 manat əmək haqqı aldığını bildirmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verməməklə ondan tutulan alimentin məbləği ilə razılaşmasını ifadə etmişdir. Hazırki işdə iddiaçının aliment məbləğinin azaldılma əsası kimi göstərdiyi hallar alimentin miqdarı müəyyən olunduqdan sonra əmələ gələn hallar deyil və bu səbəbdən də iddiaçının tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin təsiri altına düşmür.
27. Məhkəmə kollegiyası cavabehin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən alimentin onun gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olması, qətnamə çıxarıldıqdan sonra alimenti ödəməkdə çətinlik çəkməsi, uşaqlar üçün yaşayış minimumu məbləğinin 235 manat müəyyən edilməsi, uşağı saxlamağın hər iki valideynin borcu olması və iddiaçının uşaqların saxlanılmasında, maddi ehtiyaclarının qarşılanmasında iştirak etməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə əsasən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi və ya sabit pul məbləğində tutulması ilə bağlı tələbi irəli sürmək hüququ uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsə məxsusdur. Bundan baqşa yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2025-cü il üçün isə müəyyən edilmilş 246 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və 2025-cü il üçün müəyyən edilmilş 246 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda müəyyən edilmiş 380 manat aliment məbləği əsaslı hesab olunur. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təklif etdiyi iki uşaq üçün əmək haqqının 1/3 hissəsi miqdarında aliment məbləği onun 546 manatlıq əmək haqqısı nəzərə alındıqda 182 manat sabit pul məbləğində alimentə bərabər hesab olunur ki, bu da heç bir uşağın minumum ehtiyaclarının qarşılanması üçün yetrəli hesab olunmuşdur.
29. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2690/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2690/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.