Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-457/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3874/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3874/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3874/2020 saylı qətnaməsinin ləğv edilərək alimentin miqdarının 300 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3874/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı apelyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, özünü idarə edə bilmir, aldığı pensiya onun dərmanlarını və digər təminatlarını ödəmir. Oğlu Şahinin imkanı yaxşı olmasına baxmayaraq ona heç bir maddi yardım etmir. Qızının himayəsində yaşayır, qızı heç bir yerdə işləmir, aylıq qazancı və gəliri yoxdur. Bu səbədən oğlu Şahindən ayda 300 manat aliment tutulmasını istəyir. Cavabdehin aylıq maaşı və gəliri 1500-2000 manat təşkil edir. Qətnamə ilə müəyyən edilmiş 100 manat pul onun heç bir ehtiyacını ödəmir. Bu səbəbdən qətnamə ləğv edilməli və alimentin miqdarının 300 manat müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddiaçının apelyasiya şikayətinə etiraz edib, təmsil etdiyi şəxsin apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı cavabdehin atasıdır, atası bacısının himayəsindədir. İddia iddiaçı tərəfindən öz iradəsi ilə yazılmamışdır. Bu iddia cavabdehin bacısı tərəfindən tərtib olunub və məcburi olaraq atasına imzalatdırılmışdır. İddiaçı ilə cavabdeh arasında hər hansı narazılıq yoxdur. Hətta cavabdeh atasına dəfələrlə onun yanına gəlməsini təklif emiş, lakin qızının qorxusundan cavabdeh bunu edə bilmir. Əgər cavabdehin məhkəmə iclasında iştirakı təmin olunsa bunları təsdiq edə bilər. Bu iş üzrə o ümumiyyətlə məhkəmə iclasına gəlməmişdir. Teleqram vuraraq yolun uzaqlığını əsas gətirərək onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o kənddə yaşayır, səhhətində olan xəstəliklə əlaqədar olaraq aldığı pensiya onun təminatlarını ödəmir. Qızının himayəsindədir və ona görə də cavabdehdən 300 manat sabit pul məbləğində aliment tələb edir. Birinci instansiya məhkəməsində iddiaçının iştirakı təmin olunmamışdır və onun məhkəməni gedişatından xəbəri olmamışdır. Bundan başqa da iddiaçı hər hansısa problemlərinin və xəstəliyinin olmasını qeyd etsə də, bu barədə məhkəməyə sübut təqdim etməmiş və məhkəmə də bu məlumatın əsaslı olub olmadığını araşdırmamışdır. Həmçinin məhkəmə qeyd olunan qətnamədə Ailə Məcəlləsinin 82.4-cü maddəsinə istinad etməyinə baxmayaraq yenə də alimenti 6 övladdan yalnız cavabdehdən tutmuşdur. İddiada cavabdehin maddi vəziyyəti yaxşı kimi qeyd edilsə də bu belə deyildir. Cavabdehin birinci evliliyi üzrə nikahına xitam verilib, həmin nikahdan olan övladına hər ay aliment ödəyir. İkinci dəfə ailə qurub. bu nikahdan övladları var. Onların saxlanması da xərc tələb edir. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olub. X1 mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. İddiada qeyd olunmuşdur ki, ailə qurmamışdır, atası ilə bir evdə qalır, ona baxır. Bundan başqa bütün əmlaklar da məhkəmə qətnamələri ilə həmin bacının adına keçmişdir. Qeyd olunanları nəzərə alaraq apelyasiya şikayətini təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 3874/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, xx.xx.1968-ci ildə anadan olmuş Cavabdeh atası İddiaçı, anası X4r. Birinci instansiya məhkəməsi İddiaçı 85 yaşında olmaqla maddi yardıma ehtiyacı olmasını, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borclu olmasını, valideynlərinin saxlanılmasından boyun qaçıran yetkinlik yaşına çatmış övladların bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilməsiuni müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Qanunvericilik normasından göründüyü kimi, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Valideynlərinin saxlanılmasından boyun qaçıran yetkinlik yaşına çatmış övladlar bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Hazırki işdən də görünür ki, xeyrinə aliment tələb edən iddiaçı, İddiaçı 85 yaşındadır, cavabdehin atasıdır və əmək qabiliyyətsizdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının oğlu olan cavabdehdən aliment tələb etməsi qanunvericiliyə uyğundur və birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası tutulan alimentin məbləğinin 100 manat müəyyən edilməsi barədə gəldiyi nəticəni də əsaslı sayır. Belə ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 157 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə qiymət verərək qeyd edir ki, müəyyən edilən yaşayış minimumu alimentin məbləğinin müəyyən edilməsinin yeganə meyarı ola bilməz. Alimentin miqdarı ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının cavabdehdən savayı da 6 övladı vardır və iddiaçı cavabdehlə yanaşı digər övladlarından da alimentin çatışmayan hissəsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulan alimentin xx.xx.2020-ci ildən başlayaraq tutulması və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki işdə aliment tələbinə görə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə qiymət verərək şikayətin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, 6 bacı,1qardaşdırlar. Anası vəfat edib. Atası bacısı Nəzifə ilə qalır. Bacısı onları nə anasına yaxın qoymamış, nə də indi ataları iləəlaqə saxlamağa imkan vermir. Onları da gedib-gəlməyə qoymur ki, ata-anadan qalan evi mənimsəsin. Ona fikri verməmiş, nə istəyirsə razılaşmışlar ki, sakitçilik olsun. Qardaşının birinci ailəsini də o bacısı dağıdıb. İndi qardaşı həmin nikahdan olan bir övladı üçün aliment ödəyir. Üstəlik ikinci dəfə də ailə qurub. aası iflicdir, qardaşının yanına gəldi. Qardaşı övladlıq borcu olaraq atasını müalicə etdirdi, sağaltdı. Bir neçə il anası da, atası da qardaşının yanında qaldılar. Atasının bütün müalicə xərclərini qardaşı çəkdi. Nəzifə ilə heç kimin arasında heç bir mübahisə olmayıb. Həmişə evlərinə gəlib-gedib. Bu mübahisələrin nədən qaynaqlandığını bilmir. Bacısı niyə atasını aliment istəməyə təhrik edir, ona niyə zorla iddia ərizəsi yazdırır səbəbi məlum deyil. Atası yenə də onları istəyir, gəlib onlarla qalmaq istəyir, amma bacısı Nəzifə imkan vermir. Məhkəmə kollegiyası məhkəmə iclasında dindirilmiş şahidinin ifadəsini cavabdehin aliment ödənilməsindən azad olması üçün əsas saymır. Belə ki, cavabdehin bir övlad olaraq atasına qulluq etməsi onun övladlıq borcudur. Bundan əlavə alimentin digər övladlardan deyil, yalnız cavabdehdən tələb edilməsi də, iddiaçı olaraq atanın öz istəyindən asılıd.r Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri isə təmin olunmamalı,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3874/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3874/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-457/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-457/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver