Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-458/2022 11.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X9, Cavabdeh X7 Publik Hüquqi şəxsin nümayəndəsi X2, İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı hərracın nəticələrinin, torpağın və daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №li şəhadətnamə və Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin qismən, 0.03 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 0.03 ha torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışların ləğv edilməsi, Abşeron rayon Saray bələdiyyəsindən 2145 manat məbləğində pulun alınıb Cavabdeh1 verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha ölçüdə torpağın alqı-satqına dair müqavilənin və Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi, Saray bələdiyyəsindən 1630 manat məbləğində pulun alınıb Cavabdeh2 verilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edimişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli, 2(105)-1228/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(102)- 5456/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli, 2(105)-1228/2021 nömrəli qətnaməsi ləğv edilmiş, işə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİNHALLARİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 saylı şəhadətnamənin, Abşeron rayon Saray Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 14/6 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 saylı şəhadətnamənin, Abşeron rayon Saray Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 saylı torpağın alqı-satqına dair müqavilənin, Abşeron rayon Saray Bələdiyyəsi ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də həmin müqavilələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların və həmin qeydiyyata əsasən verilmiş müvafiq reyestrdən çıxarışların ləğv edilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpağın əvvəlki vəziyyətə qaytarılması, həmin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,1557 ha ölçülü ehtiyat fondu təyinatlı torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı xx.xx.2008-ci il tarixdə rəsmi olaraq almışdır. O, qeyd olunan torpaq sahəsində istehsalat sahəsi yaratmaq məqsədilə tələb olunan dövlət qurumlarına müraciət edərək qanuni prosedurlara əməl etməklə torpaq sahəsində nəzərdə tutulmuş istehsalat təyinatlı bir mərtəbəli tikinti obyektinin və iki mərtəbəli ofis binasının tikintisinə başlanmış, müvafiq orqanlardan texniki şərtlər alınmışdır. Lakin ona Abşeron rayon Saray bələdiyyəsi tərəfindən maneələr yaradılmış, inşa edilmiş müəssisənin dörd bir tərəfində yerləşən torpaq sahəsi başqa şəxslərə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adı altında qanunsuz olaraq satılmış, halbuki həmin torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi zolağında yerləşir və həmin torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestri xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən araşdırılma aparmadan çıxarışlar verilmişdir. Abşeron rayon Saray bələdiyyəsinə dəfələrlə müraciət edərək müəssisənin ətrafında olan torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə satılması nəticəsində ona ciddi məhdudiyyətlərin yarandığını bildirməsinə baxmayaraq, bələdiyyə ona qarşı qərəzli mövqe nümayiş etdirərək “istəyirsən, sən al” deyərək dəyəri ***-**** manat dəyərində olan torpaq sahəsini ona 15000-20000 manata almağı təklif etməklə öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədilə öz niyyətini həyata keçirməklə məşğuldur. Abşeron rayon Saray bələdiyyəsi DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin əməkdaşları ilə əlaqəyə girərək bu əməllərini həyata keçirir. Nəzərə alınsa ki, müəssisənin anbarına xammalın daşınması, hazır məhsulun müəssisədən kənara daşınması üçün iri tutumlu nəqliyyat vasitələrindən (təxminən 12 metr uzunluğunda olan tırladan) istifadə olunacaqdır, onda müəssisənin hasarına bitişik torpaq sahələrinin başqa şəxslərə satılmasının məqsədi ona süni maneə yaratmaq, yaxud bələdiyyə sədrinin istədiyi böyük məbləğlərdə pulları verib torpaq sahələrini almağa məcbur etmək olmuşdur. Abşeron rayon Saray bələdiyyəsinin sədri və DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə və Abşeron Rayon İcra hakimiyyətinə və Bələdiyyə orqanına edilmiş müraciətlərə cavabda müəyyən edilmişdir ki, Abşeron rayon Saray Bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,06 ha torpaq sahəsi 10 may 2018-ci il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh1 4290 manata satılmış və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 005248 №-li şəhadətnamə verilmiş və 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh1 satılmışdır. Bundan başqa Abşeron rayon Saray bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,0618 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh2 Əlifağa oğluna 3480 manata satılmış və buna müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 000866 №-li şəhadətnamə verilmiş və 07 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh2 Əlifağa oğluna satılmışdır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 000866 №-li şəhadətnamənin, Abşeron rayonu Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Abşeron rayonu Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli torpağın alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına olan torpaq sahələrinə görə verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirməsi barədə yenidən ərizə verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 000866 №-li şəhadətnamənin, 07 aprel 2016-cı il tapixli, 14/14 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 18 aprel 2016-cı il tarixli torpağın alqı satqı müqaviləsinin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda 4ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpağın alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışların ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı yenə də iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh2 adına verilmiş 07 aprel 2016-cı il tarixli, 14/6 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, Abşeron rayon Saray bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li torpağın alqı-satqına dair müqavilənin, Abşeron rayon Saray Bələdiyyəsi ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də həmin müqavilələr əsasında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların və həmin qeydiyyata əsasən verilmiş müvafiq çıxarışların ləğv edilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpağın əvvəlki vəziyyətə qaytarılması və həmin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Saray bələdiyyəsi, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyası və DƏDRX-in 4 saylı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmalarına baxmayaraq məhkəmə qeyd olunan şəxslərin iştiraklarını təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən tərəflərin iştiraklarını təmin etmək məhkəmənin vəzifəsidir. Məhkəmə notariusun bağladığı müqaviləni etibarsız saysa da, onu cavabdeh kimi işə cəlb etməmişdir. Bundan başqa, cavabdeh olaraq məhkəmədə izahatların da bildiriblər ki, Cavabdeh2 məxsus olan 0,0242 ha torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Torpaq sahələri biri-birinin qonşuluğunda yerləşir və biri-birilərinə heç bir maneçilikləri yoxdur. Məhkəmə yerli baxış keçirmək barədə vəsatəti təmin etməmişdir. Birnci instansiya məhkəməsi yalnız mütəxəsisin verdiyi rəyi əsas götürərək hazırki qətnaməni qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 və qeyrilərinin torpaq sahələri almaları iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Bu necə nəticədir anlamaq olmur. Onda belə çıxır ki, Cavabdeh2 və qeyriləri də iddiaçıya qarşı iddia qaldırmalıdır ki, İddiaçı qonşulqda yerləşən torpaq sahəsi onlara imkan vermir ki, öz torpaq sahələrindən istifadə etsinlər və onun mülkiyyət hüquqları ləğv olunsun. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 12 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X15, cavabdeh X7 Publik Hüquqi şəxsin nümayəndəsi X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 apellyasiya şikayətlərini müdafiə edib, təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdi və onun təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Abşeron rayon Saray bələdiyyəsinin sədri X17 apellyasiya şikayətini müdafiə edib, təmin olunması xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,1557 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində **********65 reyestr nömrəsi ilə xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsi kənd təsərrüfati təyinatlı torpaq sahəsi olmaqla Abşeron rayonu Saray bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 760 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində **********51 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə işə əlavə edilmiş Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasının 07 aprel 2016-cı il tarixli, 000867 №-li şəhadətnaməsindən müəyyən edilir ki, Əzimov X12 rayonunun Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsinə dair müsabiqəsinin qalibidir və həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. İş materiallarında olan 13 aprel 2016-cı il tarixli 136 nömrəli və 4Ə-784 nömrəli torpağın alqı-satqısına dair müqavilələrdən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 1630 manata Cavabdeh2 satılmışdır. Yenə də iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsinin hüquq sahibi Cavabdeh2 Əlifağa oğludur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla Cavabdeh2 Əlifağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 760 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində **********15 reyestr nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Abşeron rayonu Saray bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 946 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində **********33 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasının 10 may 2018-ci il tarixli, 000548 №-li şəhadətnaməsindən məlu olur ki, Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq müsabiqəsinin qalibidir və həmin torpaq sahəsi Cavabdeh1 satılmışdır. Yenə də iş materiallarında olan 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqısına dair müqavilədən görünür ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Abşeron rayonu Saray bələdiyyəsi tərəfindən 4290 manata Cavabdeh1 satılmışdır. Cavabdeh1 və X14 arasında bağlanan 27 iyul 2018-ci il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin 0.03 ha hissəsini X1. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla X5 adına daşınmaz əmlakın dövlət reyestrində 985 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində **********00 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur. Yenə işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi ehtiyat fondu torpaq sahəsi olmaqla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 985 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində **********01 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 sentyabr 2018-ci ildə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) döngə nöqtələrinin koordinatları ilə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,157 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) döngə nöqtələrinin koordinatlarının arasındakı məsafə 5,19 metr təşkil edir. Cavabdeh2 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 may 2016-cı ildə **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) plan və ölçüsündə göstərilən 1-ci və 2ci döngə nöqtələrinin koordinatları İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) plan və ölçüsündə göstərilən 1-ci və 5-ci döngə nöqtələrinin koordinatları ilə qonşuluq təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 28624 saylı ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 sentyabr 2018-ci ildə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) yerləşmə yerinə görə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır), o cümlədən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi müəyyən edilir. Cavabdeh2 Əlifağa oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 may 2016-cı ildə **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) yerləşmə yerinə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır), o cümlədən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi faktı müəyyən edilmir. Eyni zamanda tədqiq olunan ərazidə, İddiaçı torpaq sahəsindən təqribən 5,20 metr aralıda, Cavabdeh1 0,03 ha torpaq sahəsinə bitişik (həmsərhəd) vəziyyətdə, X5 xüsusi mülkiyyətində 0,03 ha torpaq sahəsi, eləcə də İddiaçı torpaq sahəsi ilə həmsərhəddə Cavabdeh2 digər torpaq sahəsi və həmin torpaq sahəsində şambo və elektrik transformatoru mövcud olmuş, Cavabdeh2 bu torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər mülki iş materiallarında öz əksini tapmamışdır. Cavabdeh2 Əlifağa oğlunun torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətindəki torpaq sahəsi ilə həmsərhəddə yerləşməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69,5 və 69.5.3-cü bəndlərinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Göstərilən məsələlərə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli, 10/974 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətindəki torpaq sahəsinin, torpaq sahəsindəki istehsalat təyinatlı tikililərin və giriş-çıxış yolunun qarşısında yerləşməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.3cü bəndlərinin tələblərinə zidd olduğunu nəzərə alaraq, RX ******* saylı, xx.xx.2016-cı il tarixli reyestrdən çıxarışla Cavabdeh2 Əlifağa oğlunun mülkiyyətindəki Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.0242 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsində olan tikili və qurğular (şambo, elektrik transformatoru) yerləşmə yerinə görə MH ******* saylı, xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışla İddiaçı mülkiyyətindəki Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.1557 ha torpaq sahəsindən təyinatı üzrə istifadə və sahiblik etməsinə maneçilik törədilməsi müəyyən edilir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 mülkiyyətinda olan 0,0242 ha torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun sökülməsi barədə iddia rədd olunduğundan və həmin hissədə qətnamədən şikayət verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 nömrəli qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində iddiaçının mülkiyyətində ehtiyat torpaq fonduna aid 0,1557 ha torpaq sahəsi vardır və o, orada istehsal təyinatlı bina və yardımçı tikili inşa etmişdir. Onunla qonşuluqda Cavabdeh1 və 3-cü şəxs X5 hər birinin mülkiyyətində ehtiyat torpaq fonduna aid 0,03 ha torpaq sahəsi yerləşir. Yenə iddiaçı ilə qonşuluqda Cavabdeh2 0,0242 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. (Cavabdeh2 məxsus 0,0518 ha və 0,1557 ha torpaq sahələrinə dair hazırda mübahisə yoxdur) İddiaçı iddia edir ki, ona məxsus 0,1557 ha torpaq sahəsində inşa edilmiş müəssisənin anbarına xammalın daşınması, hazır məhsulun müəssisədən kənara daşınması üçün iri tutumlu nəqliyyat vasitələrindən (təxminən 12 metr uzunluğunda olan tırladan) istifadə olunacaqdır, onda müəssisənin hasarına bitişik torpaq sahələrinin başqa şəxslərə satılması onun təsərrüfat fəaliyyətinə maneə yaradacaqdır. Bu səbəbdən də, qonşuluqda yerləşən cavabdehlərə məxsus torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri mübahisələndirir. Cavabdehlər isə onlara məxsus torpaq sahələrini qanuni əsaslarla əldə etdiklərini, iddiaçı kimi onlara da həmin torpaq sahələrinin Saray bələdiyyəsi tərəfindən satıldığını, hazırda orada heç bir fəaliyyət göstərmədiklərini, iddiaçıya maneə yaratmadıqlarını, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququnun olmadığını bildirirlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası mübahisənin obyektiv,ədalətli və hərtərəfli araşdırılması üçün tərəflərin iştirakı ilə mübahisəli torpaq sahələrinə yerində baxış keçirməyi zəruri hesab etmişdir. Yerli baxış zamanı müəyyən edildi ki, tərəflərə məxsus torpaq sahələri qonşuluqda yerləşsə də, bir təmas xətti üzərində deyildir. Yəni, iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs X5 torpaq sahələrini ümumi istifadədə olan yol ayırır. Bir tərəfdən eni 6 metr, digər tərfdən isə 5 metr olan həmin yola iddiaçı tərəfindən beton döşənmişdir. Tərəflərin izahatına görə iddiaçının inşa etdiyi tikililər bütövlükdə 1557 kv.m-i əhatə edir və o, öz torpağında sərbəst sahə, o cümlədən istehsal sahəsinə təyinatına uyğun yük daşıyacaq iri tutumlu nəqliyyat vasitələrinin sərbəst surətdə yoldan binaya giriş, binadan yola çıxış üçün boş yer saxlamamışdır. İddiaçının istehsal binasına onun tərəfindən çəkilmiş yol da ümumi istifadədə olan torpaq sahəsinə düşür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə əsas yoldan geniş məsafəli yol vardır. Binanın arxa hissəsində geniş boş sahə olsa da, orada binaya giriş üçün geniş darvaza qoyulmamışdır. İddiaçıya məxsus qeyriyaşayış(istehsal) sahəsinin cavabdehlərin torpaq sahələrinə baxan hissəsində iki giriş-çıxış qapısı vardır. Ayna Kərimovaya məxsus 0,03 ha torpaq sahəsi ilə Cavabdeh2 məxsus 0,0242 ha torpaq sahəsi arasında əsas yola çıxışa qədər təxminən 5-6 metr enində ümumi istifadə üçün boş sahə vardır. Yol kimi istifadə üçün nəzərdə tutulmuş həmin sahədə ehtiyat su rezervuarı tikilmişdir. İddiaçının vəkili və nümayəndəsinin məlumatına görə həmin rezervuar Fövqəladə Hallar Nazirliyinin işçilərinin tələbi ilə yanğından mühafizə üçün iddiaçı tərəfindən tikilmişdir. Cavabdeh2 məxsus torpaq sahəsində iddiaçının torpaq sahəsindən təxminən 9-10 metr məsafədə onun tərəfindən tikilmiş kiçik bir kanalizasiya quyusu (“şambo”) vardır. Kiçik bir trasformator isə təxminən 5 metr məsafədə yerləşir. Həmin transformatordan bir neçə dəfə həcmcə böyük daha çox enerji gücünə malik 2 trasformator isə Cavabdeh1 torpaq sahəsinə bitişik sahədə qoyulmuşdur ki, onun biri iddiaçının istehsal sahəsinə xidmət edir. Cavabdehlərə məxsus torpaq sahəsində heç bir tikili inşa edilməmişdir. Onlar tərəfindən hazırda iddiaçının təsərrüfat fəaliyyətinə maneə ola biləcək heç bir hal müəyyən edilmir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən də bu aydın görünür. Bununla belə, yerli baxış zamanı həm Cavabdeh1, həm də üçüncü şəxs Ayna Kərimova mübahisəyə son qoymaqdan ötrü, iddiaçı istəsə binaya girən nəqliyyat vasitələrinin geniş manevri üçün öz torpaqlarından əvəzi ödənilməklə, ümumilidə 6 metr enində, 15 metr uzununda yol verə biləcəklərini bildirdilər. Beləliklə, məhkəmə araşdırması zamanı, iddiaçının iddia etdiyi və hazırki mübahisəyə səbəb kimi cavabdehlər, o cümlədən məhkəmənin sonradan üçüncü şəxs kimi cəlb etdiyi Ayna Kərimova tərəfindən onun təsərrüfat fəaliyyətinə mane ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Əksinə, müəyyən olundu ki, iddiaçının təsərrüfat fəaliyyətini həyata keçirmək üçün zəruri olan qurğular(transformator, yanğından mühafizə üçün ehtiyat su rezervuarı) ona məxsus olmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsində tikilmiş, quraşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sahibkarlıq məqsədilə iddiaçı tərəfindən inşa edilən istehsal sahəsinin layihəsi tərtib edilərkən, həmin istehsal sahəsinin təyinatına uyğun, ona məxsus torpaq sahəsinin həcminin nəzərə alınmaması, yaxud düzgün hesablanmaması digər şəxslərin, o cümlədən bələdiyyənin mülkiyyət hüququnun məhdudlaşdırlması hesabına aradan qaldırıla bilməz. Başqa sözlə, iddiaçıya məxsus istehsal binasına iri həcmli nəqliyyat vasitələrinin, özgənin mülkiyyətində olan qonşu torpaqlarından istifadə etmədən sərbəst girə bilməməsinin günahını həmin mülkyyətçilərdə axtarmaq düzgün olmazdı. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, torpaq mülkiyyətçiləri iddiaçıya məxsus istehsal binasına iri həcmli nəqliyyat vasitələrinin daha sərbəst girişi üçün öz torpaq sahələrindən yol ayrılmasını da etiraz etmirlər. Belə ki, məhkəmə iclasında Cavabdeh1 tələb olunan 0,01 ha torpaq sahəsini iddiaçıya 6000 manata təklif etdiyini, lakin onun razılaşmadığını bildirdi. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırki mübahisəyə səbəb olan problemin aradan qaldırlması elə bir böyük çətinlik yaratmır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, bu mübahisə qonşuluq münasibətlərindən doğan mübahisədir və bu mübahisə aşağıdakı qaydada həll edilə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Mülki qaninvericiliyin tələblərinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir(Mülki Məcəllənin 175.1, 175,2, 175.3-cü maddələri). Daha öncə qeyd olunduğu kimi iddia tələbinin hansı formada verilməsindən asılı olmayaraq iddiaçının əsil niyyəti mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş istehsal binasına iri həcmli nəqliyyat vasitələrinin sərbəst giriş-çıxışının təmin edilməsidir. Mülki Məcəllənin 255.1-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yenə də həmin Məcəllənin 256-cı maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Eyni Məcəllənin 261-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Sadalanan maddi hüquq normalarından görünür ki, servitutla bağlı tərəflər öz aralarında razılığa gəlməli, bu barədə müqavilə bağlamalı, müqavilə notarial qaydada təsdiq edilməli və servitutla bağlı hüquq qeydə alınmalıdır. Qüvvədə olan qanunvericiliyə görə servitutla bağlı haqqın müəyyənləşdirilməsilə bağlı tərəflər arasında mübahisə olduqda, bu mübahisəyə məhkəmə qaydasında baxıla bilər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının əsil niyyəti mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş istehsal binasına iri həcmli nəqliyyat vasitələrinin sərbəst giriş-çıxışının təmin edilməsi olsa da, o, Saray Bələdiyyəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 satılmasını, bununla bağlı hərracın nəticələrini, cavabdehlərin mübahisəli torpaq sahələrinə dair hüquqlarının dövlət qeydiyatını mübahisələndirir. İddia tələbinin bu hissəsində məhkəmənin hüquqi mövqeyi ona əsaslanır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələblərinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edildiyi kimi Abşeron rayonu Saray Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam hüququnu həyata keçirərək, qanunda nəzərdə tutulmuş qaydada hərrac vasitəsilə mübahisəli torpaq sahələrini cavabdehlərə satmışdır. İşdən göründüyü kimi bu alqı-satqılar həyata keçirilərkən qaydalara əməl olunmuşdur. İddiaçının subyektiv hüququnun olub-olmamasından asılı olmayaraq(buna daha sonra qiymət veriləcək) məhkəmə kollegiyası iş üzrə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq iddia tələbi üzrə aşağıdakı məsələlərə qiymət verməyi zəruri hesab edir. İddiaçı hesab edir ki, Cavabdeh2 satılan 0,0242 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu üçün xüsusi mülkiyyətə verilə bilməzdi. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-7.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar özəlləşdirilə bilər. Məhkəmə kollegiyasının iclasında Saray Bələdiyyəsinin sədri X17 bildirdi ki, torpaqların yararlığı onun bonitet balından asılıdır. Bunu isə bələdiyyələr deyil, torpaq sahəsi üzrə sənədlər tərtib edilərkən rəy verən mütəxəssislər müəyyən edir. Bonitet balı 20 və ondan aşağı olan torpaq sahələri kənd təsərrüfatına az yararlı və ya yararsız hesab olunur. Mübahisəli torpaq sahəsinin də bonitet balı 20-dən aşağı olduğu üçün mülkiyyətə verilmişdir. İş materiallarında olan DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 0,0242 ha torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin torpaq sahəsinin bonintet balı “0” göstərilmişdir. Başqa sözlə, kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsində kanalizasiya quyusunun qazılmasına görə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmək isə, məhkəmə kollegiyasının qənaətinə görə absurddur və bu məsələyə əlavə qiymət verməyə zərurət görmür. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, gələcəkdə qida məhsulları istehsal edən müəssisənin yaxınlığında kanalizasiya quyusunun mövcudluğu maneə yaradacağı təqdirdə əlavə bir mübahisənin predmeti ola bilər. İddiaçıya məxsus torpaq sahəsi ilə Cavabdeh1 və Ayna Kərimovaya məxsus eyni kateqoriyalı torpaq sahəsinin alqı-satqısının və onun nəticələrinin etibarsızlığı tələbi də tam əsassızdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyənin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəfər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir və qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Yenə həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Torpaq Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Hazırki mübahisəyə istinad olunan normativ aktların tələbləri baxımından yanaşdıqda mübahisələndirilən əqdlərin etibarsızlığı üçün əsaslar müəyyən edilmir. Belə ki, Saray Bələdiyyəsi mülkiyyətində olan və özəlləşdirilməsi qadağan edilməyən torpaq sahəsi barədə sərəncam hüququnu həyata keçirmişdir, bu hüquq gerçəkləşdirilərkən daha öncə istinad olunan normalara əməl edilmiş, torpaqlar hərrac vasitəsilə satıılmış, alqı-satqı notarial qaydada bağlanmışdır. Məhkəmə araşdırması zamanı həmin əqdlərin etibarsız sayılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Daha öncə qeyd olunduğu kimi hazırki mübahisə üzrə əqdlərin etibarsızlığına səbəb ola biləcək bu halların heç biri müəyyən edilməmişdir. İşin tədqiq olunan faktiki halları və yuxarıda sadalanan normalar onu deməyə əsas verir ki, mübahisələndirilən torpaq sahələri təyinatına görə alqı-satqı predmeti ola bilər, həmin sahələrin cavabdehlərə satılması bələdiyyə torpaqlarının satılmasını tənzimləyən qanunvericilik normalarına uyğun olmuşdur, Saray Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahələri özgəninkiləşdirilərkən sahələr arası ara məsafə gözlənilmişdir. Məhkəmə kollegiyası bu baxımdan iş üzrə ekspert rəyləri ilə razılaşmır. Belə ki, ekspert tədqiqat apararkən iddiaçıya məxsus tikilinin özünün tədqiqatını aparmamış, həmin tikililər inşa edilərkən tikinti normalarına əməl edilib-edilməməsi, o cümlədən ara məsafəsinin saxlanılıb-saxlanılmaması araşdırılmamışdır. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahələrinə keçirilən yerli baxışdan sonra isə təkrar məhkəmə ekspertizası keçirməyə zərurət qalmamışdır. Ekspert müəyyən etmişdir ki, Cavabdeh2 torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətindəki torpaq sahəsinin, torpaq sahəsindəki istehsalat təyinatlı tikililərin və girişçıxış yolunun qarşısında yerləşməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.3-cü bəndlərinin tələblərinə zidd olduğunu nəzərə alaraq, RX ******* saylı, xx.xx.2016-cı il tarixli reyestrdən çıxarışla Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.0242 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsində olan tikili və qurğular (şambo, elektrik transformatoru) yerləşmə yerinə görə MH ******* saylı, xx.xx.2008-ci il tarixli reyestrdən çıxarışla İddiaçı mülkiyyətindəki Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0.1557 ha torpaq sahəsindən təyinatı üzrə istifadə və sahiblik etməsinə maneçilik törədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.2-ci maddəsinin tələblərinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Yenə istinad olunan Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Həmin Məcəllənin 69.5 və 69.5.3-cü maddələinə görə isə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi ara məsafə kimi müəyyən edilir. İşdə olan ekspert rəyindən də göründüyü kimi iddiaçıya məxsus tikilinin hündürlüyü 5 metrdir, belə olan halda ara məsafə 1,25 metr olmalıdır. Daha öncə istinad olunan Məcəllənin 69.2-ci maddəsinin tələblərinə görə həmin ara məsafə, yəni 1,25 metr sahə iddiaçının öz torpağında saxlanılmalıydı. Yuxarıda qeyd edildiyi kimi iddiaçı öz torpaq sahəsində ara məsafə saxlamamışdır. Əks təqdirdə hazırki mübahisəyə ehtiyac qalmazdı. Digərə tərəfdən işdən göründüyü kimi iddiaçıya məxsus istehsal binası ilə cavabdehlərin torpaq sahəsi arasında(həmin torpaq sahələrində heç bir tikili yoxdur) olan ara məsafə hər bir halda daha öncə qeyd olunan normadan çoxdur. Nəhayət, məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, bu tipli mübahisələrdə iddia tələbi irəli sürmüş şəxsin subyektiv hüququnun müəyyən edilməsi vacib əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edildiyi kimi iddiaçı bir neçə dəfə iddia tələbini artırıb azaltsa da, tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. İddiaçının Saray bələdiyyəsinə və digər cavabdehlərə yönəlmiş tələbi ondan ibarətdir ki, bələdiyyə kənd təsərrüfatı təyinatlı torpağı sata bilməzdi, eləcə də bələdiyyə cavabdehlərə onunla qonşuluqda yerləşən torpaq sahələrini satmaqla onun kommersiya fəaliyyətini məhdudlaşdırmışdır. Cavabdehin artıq mülkiyyətində olan torpaq sahəsində kanalizasiya quyusu qazılması, transformator quraşdırılması qanunsuzdur. Bu səbəblərdən də mübahisəli torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı hərracın nəticələri, alqı-satqı müqavilələri etibarsız sayılaraq dövlət qeydiyyatı ləğv edilməlidir. İşin yuxarıda sadalanan faktiki hallarına Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, iddiaçının iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən söhbət gedə bilməz. Məsələyə başqa cür yanaşma ciddi problemlərə səbəb ola bilər. Abşeron rayonu Saray Bələdiyyəsinin əhatə etdiyi Saray qəsəbəsində təxminən 20000-25000 nəfər arasında əhali yaşayır(iddiaçı həmin qəsəbənin sakini deyil). Hazırki əsaslarla və qaydada onların hər birinin Bələdiyyənin qərarının məhkəmə qaydasında mübahisələndirməsi imkanının tanınması hərc-mərcliyə, bələdiyyənin fəaliyyətinin iflic olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət — bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra — «bələdiyyələr» adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin qanunun 3.1-cü maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində X13) həyata keçirir. Qanunun 5.0-5.0.2-ci maddələrinə görə inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar. Qeyd edildiyi kimi istinad olunan Qanuna əsasən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində X8 göndərilir. Başqa sözlə, hazırda mübahisələndirilən aktların da X8 göndərilməsi və həmin aktların qanuniliyinin yoxlanılması şübhəsizdir. “X. Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir Şərh olunanlara əsasən, məhkəmə kollegiyası mübahisə üzrə iddiaçının hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin hazırki formada qüvvədə saxlanılması aşkar ədalətsizliyə səbəb ola bilər. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materialları ilə müəyyən olur ki, iddia ərizəsinin verilməsi üçün 20 manat dövlət rüsumu, ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 manat və mütəxəssis tədqiqatının aparılması üçün 148,45 manat olmaqla, ümumilikdə 218,45 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia ərizəsi təmin edilmədiyindən iddia ərizəsinin və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat və 10 manat məbləğində dövlət rüsumları İddiaçı özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 və Cavabdeh2 hər biri tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi İddiaçı alınıb onlara qaytarılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 (yüz) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba və mütəxəssis tədqiqatının dəyəri olan 148,45 (yüz qırx səkkiz manat qırx beş qəpik) manat pul "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)- 104/2020 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Abşeron rayon Saray bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt torpaq müsabiqə və hərrac komissiyasına qarşı hərracın nəticələrinin, torpağın və daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat və 10 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 və Cavabdeh2 hər biri tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi İddiaçı alınıb onlara qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 100 (yüz) manat pul İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin dəyəri olan 148,45 (yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində pul İddiaçı alınıb "xxxx" ASC-nin 1 saylı Xətai filialı, KOD:200071, VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZÖ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Lahiyyə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-458/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-458/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver